Arif Hacılıya qarşı etirazlar dərinləşir
11:45 07-03-2015
CƏMİYYƏT
Arif Hacılıya qarşı etirazlar dərinləşir
Müsavat Partiyasının başı üzərində dolaşan qara buludlar hələ də açılmayıb. Yeni başqan Arif Hacılının tutduğu mövqe hər kəsi narazı salmaqdadır.
Hətta iş o yerə çatıb ki, mühacir həyatı yaşayan müsavatçılar da Arif Hacılının yürütdüyü siyasətə etirazlarını bildirirlər. Belə ki, Müsavat Partiyasının üzvü, jurnalist Elbəyi Həsənli başqan Arif Hacılının onu partiya sıralarından uzaqlaşdıracağı haqda gəzən söhbətlərə münasibətini açıqlayıb.
"Unikal"a açıqlama verən E.Həsənli deyib ki, A.Hacılının ona qarşı aqressiyası dərinləşib və artıq o, əməli tədbirlərə keçə bilər: "Müsavatçı həmkarım zəng vurub deyir ki, bəy, sənin işin şuluqdur, səni patiyadan çıxaracaqlar. Niyə elə düşündüyünü soruşdum. Dedi ki, niyəsi yoxdur. Arif Hacılı şəxsən sənin haqqında status yazıb: "Azərbaycan hakimiyyəti öz muzdurları vasitəsi ilə yeni siyasi fəaliyyət növü yaradıb. Müxalifətə müxalifətçilik". Yəni, Müsavatın qaragüruhçu elitası əl-ələ verib üstünə yeriyir. Divan üzvləri Alya Yaqublu, Osman Kazımov, müavinlər Elman Fəttah, Səxavət Soltanlı, müşavirlər və hücumun önündə MNTK sədri Müsavatın "Femidası" Sevinc Hüseynova. Düyməyə basıblar, səni tikə-parça edəcəklər. Partbiletini əlindən ala bilərlər, amma onların dəstəsi sənin klavyaturan ağırlığında belə deyil. Partiyanın bütün vitrin fiqurları ya bu dəstədən bezib kənara çəkiliblər, ya da Qubad İbadoğlunun yanındadırlar. Hələ gedənlər çox olacaq. 20 ildir ki, müsavatdasan. Sənə verilən qiymət də o oldu ki, Elbəyi Həsənli hakimiyyətin muzdurudur. Sənə demişdimi ki, bunlar yararsız adamlardır, bunlara baş qoşma. Hələ gedib arı yuvasına çöp də soxursan. Arifçilərin şüarı budur: "Ya bizdənsən, ya da düşmən". Həmkarım mənə sonda xeyli təsəlli verib telefonu qapatdı".
E.Həsənli 2000-ci ili xatırladaraq, Müsavat Partiyasının köhnə qərargahında redaksiyadan aşağı düşəndə Arif Hacılı ilə görüşdüyünə işarə verərək deyib ki, vaxtiylə yeni başqan ona fərqli münasitbətdə olub. Onun sözlərinə görə, Arif Hacılıya qarşı elədiyi jestə görə "sənin bu kişiliyini heç vaxt unutmaram" vədini versə də, indi sözünə əməl etmir. E.Həsənli onu da bildirib ki, qurultaydan öncə də Arif Hacılını müdafiə edib: "Başqan seçkisi ərəfəsində Səxavət Əlisoy belə bir bəyanat verdi ki, Müsavatın başqanı türk olmalıdır. Arif Hacılını qeyri-türk olmaqda suçladılar. Arif bəyin qardaşı Vaqif Hacıbəyli az qala arxiv sənədlərini ortaya tökmüşdü. Bununla bağlı mən də etiraz etdim. Müsavat kimi demokratik partiyada türk və ya qeyri-türk arqument ola bilməz. Çünki bu arqumentdən adətən faşistlər istifadə edirlər. Dərhal təşəkkürlər gəldi. İndi məni söyənlər, xüsusən Mustafa bəy dönə-dənə təşəkkür etdi. Seçkidən sonra Qubad İbadoğlu Arif bəyin başqanlığını yaxın buraxmadı. Qubad bəyə etiraz etdim. Dedim ki, qurultayın qərarına hörmət etmək lazımdır. Onda isə Arif bəy mənə "belə bir məqamda dəstəyə görə təşəkkür etdi". Arif bəy elə düşünür ki, mənim işim-gücüm bunu hücumlardan müdafiə etməkdən ibarətdir. Deməli, mən Arif bəyin işinə yarıyanda kişi adam oluram və təşəkkürə layiqəm. Yaramayanda, xüsusən onun maraqlarına toxunan fikirlər səsləndirəndə həmin "hakimiyyətin muzdlu" nümayəndəsinə çevrilirəm. Məsələn, bunu necə normal qarşılamaq olar ki, ölkə prezidenti İlham Əliyevin cəmi 2 müşaviri var, amma müxalifət partiyası başqanı Arif Hacılının müşavirlərinin sayı 12-dir və inşallah, dalı gələcək. Lağlağı iş görürsüz. Etiraz edənə də "pis kişi" deyirsiz. Yeri gəlmişkən, bəs vədinə nədən xilaf çıxdın? Demişdin ki, sənin kişi adam olduğunu heç vaxt unutmaram".
Göründüyü kimi, Arif Hacılı indiyə qədərki fəaliyyəti dövrundə "çörəyi dizinin üstə" olan şəxs imici formalaşdıra bilib. Elə bu səbəbdən də yan-yörəsində heç kim qalmır. Bu isə Müsavatın bir partiya olaraq, silinməsi ilə nəticələnəcək.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15