Deputat: "Məmurun qəbuluna gedirsən, qabağını polis kəsir"
11:47 07-03-2015
CƏMİYYƏT
Deputat: "Məmurun qəbuluna gedirsən, qabağını polis kəsir"
"Bəzi məmurlara zəng edəndə telefonlara katibələri cavab verir. Onlar öz şəxsi obyektlərində olurlar. Əgər belə olacaqsa, o zaman desinlər, biz də katibələrlə işləyək"
Bunu Milli Məclisin iclasında "Vətəndaşların müraciətləri haqqında" qanun layihəsinin müzakirəsi zamanı Vətəndaş Həmrəyliyi Partiyasının sədri, deputat Sabir Rüstəmxanlı məmurların ünvanına sərt tənqidlər səsləndirib.
O, məmurların, nazirlərin vətəndaşların müraciətlərinə cavab vermədiyini qeyd edib və bildirib ki, kimsə yazır ki, hörmətli filankəs, amma cavabda heç şikayətçinin adı da yazılmır:
"Bəzi məmurlara zəng edəndə telefonlara katibələri cavab verir. Onlar öz şəxsi obyektlərində olurlar. Əgər belə olacaqsa, o zaman desinlər, biz də katibələrlə işləyək. Məmurların üzlərində buz ifadəsi olur, sanki adam qarşısında bir heykəl dayanıb. Kiminsə qəbuluna getmək istəyirsən, qabağını polis kəsir. Deyir ki, qəbula yazılmamısansa, içəri keçə bilmərsən".
Sabir Rüstəmxanlı onu da vurğulayıb ki, dövlət məmurlara xidməti telefon versə də, onların hərəsinin 5-6 telefonu olur.
Digər Xəbərlər
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15