"Mc Donalds"dan azərbaycanlılara böyük təhlükə
10:37 12-03-2015
CƏMİYYƏT
"Mc Donalds"dan
azərbaycanlılara
böyük təhlükə
Fast-food restoranlar şəbəkəsinin insan sağlamlığını təhdid edən anti-biotiklərdən yararlandığı ortaya çıxdı!
Amerika Birləşmiş Ştatlarında (ABŞ) məşhur fast-food restoranlar şəbəkəsi kimi tanınan "Mc Donalds" şirkətinin anti-biotiklə yetişdirilən toyuq ətindən imtina etməsi qalmaqal yaradıb. Həmin restoranlar şəbəkəsinin Azərbaycanda da geniş yayıldığı nəzərə alınarsa, məsələ bizim üçün də aktuallıq kəsb edir.
Xarici KİV-in məlumatına görə, dünyanın ən böyük fast-food restoranlar şəbəkəsi "Mc Donalds" anti-biotiklə yetişdirilən toyuq ətindən istifadəyə son qoyub. Şirkət yaydığı açıqlamada 14 min restoranının yerləşdiyi Amerika Birləşmiş Ştatlarında bu cür ətdən istifadə etməyəcəyini elan edib. Avropada isə bu qərar mərhələli şəkildə tətbiq ediləcək.
Şirkət bu qərarını toyuqların tez böyüməsi üçün vurulan "RBST" anti-biotikinin insan sağlamlığına təhlükə yaratması ilə əsaslandırıb.
Bu məsələni bizim üçün həssas edən məqamsa adıçəkilən fast-food şirkətinin Azərbaycanda da fəaliyyət göstərməsidir.
Nəzərə alsaq ki, ölkəmizdə fast-food qidaların istehlakçıları əsasən uşaqlar və gənclərdi, bu zaman məsuliyyət ikiqat artır. Məsələ ilə bağlı açıqlama verən şirkət nümayəndəsi Anar Bayramov adıçəkilən fast-food restoranında təqdim olunan bütün ət məhsullarının dondurulmuş halda Avropadan gəldiyini və ölkəmizdə də bütün yoxlamalardan keçdiyini deyib: "Avropa səhiyyə təşkilatlarının bu anti-biotiklərin istifadəsi və ya istifadə olunmaması sırf nəzarət altında olur. Ona görə bu mərhələli bir şəkildə tətbiq olunub. Biz bilmirik bu nə vaxt Avropada və yaxud bizim aldığımız təsisatda tətbiq olunacaq? Bu sistem tətbiq olunanda biz mediaya məlumat verəcəyik".
İstehsalçı şirkət məhsullarının təhlükəsizliyindən əmin olsa da, həkimlər bu cür qidaların qəbulu zamanı diqqətli olmağı tövsiyə edir.
Həkim Sadıx Salmov bildirib ki, bu qidalardan hər gün istifadə olunması ziyanlıdır: "Hətta yeməklərin tərkibində kansirogen maddələr olur. Bu isə sonda xərçəngə də gətirib çıxara bilər. Əgər ayda bir-iki dəfə istifadə olunarsa, o zamanı onun heç bir qorxusu yoxdur".
Həkimin dediyindən belə məlum olur ki, hər şeyin azı qərar, çoxu zərərdir. Bu zərəri minimuma endirmək üçün ABŞ-da start verilən yeni istehsal üsulunun Azərbaycanda nə vaxt tətbiq ediləcəyini isə sadəcə gözləmək qalır.
Hesab etmək olar ki, sözügedən restoranlar şəbəkəsi ilə bağlı ortaya çıxan yeni və təhlükəli xəbər növbəti dəfə "Mc Donalds" qidalarının sağlamlığımıza nə qədər təhlükə yaratdığı mövzusunu gündəmə gətirəcək. Eyni zamanda bu restoranlar şəbəkəsinin ölkəmizdəki fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı bir neçə il əvvəl başlayan və sonradan unudulan müzakirələrin də yenidən canlana biləcəyini təxmin etmək mümkündür.
Onu da qeyd edək ki, artıq bir neçə ildir Avropa və ABŞ-ın özündə "Mc Donalds" yeməkləri ilə bağlı narazılıqlar, şikayətlər yüksəlməkdədir. Hətta bir çox Avropa ölkələrində bu restoranlar şəbəkəsinin xidmətindən istifadə olunmur.
Analoji tendensiyanın ölkəmizdə də baş qaldıra bilməsi bu şəbəkənin Azərbaycandakı gələcəyini elə indidən şübhə altına almaq üçün ciddi əsaslar verir.
Elvin Rüstəmov
Digər Xəbərlər
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15