Xristian dünyasından Ermənistana zərbə
10:05 31-03-2015
CƏMİYYƏT
Xristian dünyasından Ermənistana zərbə
Vatikan gözlənilməz addım atdı
Qondarma erməni "soyqırım"ının yüz illiyi yaxınlaşdıqca gərginliklər də artır. Çünki qondarma "soyqırım"la yanaşı,Türkiyədə çanaqqala yürüşü də olacaq. Bu isə o deməkdir ki, dünya dövlətləri seçim etmək məcburiyyəti ilə üz-üzə qalacaqlar. Bu arada isə daha maraqlı məqamlar ortaya çıxır.Aydın olur ki, Böyük Britaniya, Almaniya kimi dövlətlər Yerevanda anım mərasimində iştirak etməyəcəklər. Amma bu sırada daha ciddi hadisə Vatikanda oldu.
Belə ki, ermənilərin 1915-ci il hadisələri üçün Vatikandan xüsusi ayin istəmələrinə Papadan rədd cavabı gəlib. Məlumata əsasən, Türkiyənin Vatikandakı səfiri Mehmet Paşacı deyib ki, Vatikanda 12 apreldə ermənilər üçün xüsusi ayin keçirilsə də, bu ayına "Yüz il qurbanları" adı verilməyəcək.Vatikanın belə bir qərar çıxartması isə heç də birmənalı qarşılanmayıb. Gəlin bunların səbəblərinə baxaq. Ekspertlər hesab edir ki, uzun illər Ermənistan və erməni lobbisi Türkiyəyə və Azərbaycana qarşı apardığı savaşda xristian faktorundan istifadə etməklə türkdilli dövlətləri çıxılmaz duruma salırdılar.Hətta Dağlıq Qarabağ savaşında erməni lobbisi Avropada belə bir rəy yaratmışdı ki, güya Ermənistan xristian dövləti olduğu üçün türklərin basqıları ilə üz-üzə qalıblar.Bu səbəbdən uzun illər Ermənistan xristian həmrəyliyindən maksimum dərəcədə yararlana bildilər.Hətta xristian həmrəyliyi o həddə qədər şişmişdi ki, AŞPA, Avropa İttifaqı kimi ölkələr də ciddi təsir altında idilər və Ermənistan bundan istifadə edə bildi. Amma bu gün Vatikanın belə bir addım atması süni şəkildə yaradılan xristian həmrəyliyini alt-üst etdi. Bunu da unutmayaq ki, hazırkı Roma Papası türklərə yanaşmada soyuq mövqe nümayiş etdirirdi və ermənilər bundan yararlanmağa çalışırdılar. Amma aparılan diplomatik işlər nəticəsini verdi. Ekspertlər hesab edir ki, Vatikanın doğru mövqe seçməsinə təsir edən əsas faktorlardan birincisi Azərbaycanla Vatikan arasındakı münasibətlərdir. Belə ki, artıq bir neçə ildir ki,Vatikanla Azərbaycan arasında sıx münasibətlər formalaşıb və bu münasibətlər Heydər Əliyev Fondunun xətti ilə daha da ciddiləşib. Fondun prezidenti Mehriban xanım Əliyeva dəfələrlə Vatikanda olub, xristianlığın beşiyində bir sıra abidələrin bərpası məhz Heydər Əliyev Fondu tərəfindən həyata keçirilib.Bundan əlavə fondun prezidenti bu yaxınlarda Roma Papası ilə görüşdü və ən sonda prezident İlham Əliyevdə Vatikana səfər etdi.Ümumiyyətlə erməni "soyqırım"ına ən ağır zərbəni elə Azərbaycan vurdu. Heydər Əliyev Fondunun həyata keçirtdiyi "Xocalıya ədalət" kampaniyasından sonra dünya dövlətləri Ermənistanın yalanlarına daha inanmadılar və bu səbəbdən erməni "soyqırım"ı mənasını itirdi.Bununla bağlı "Unikal"a açıqlama verən politoloq Əli Orucov bildirdi ki, onsuz da, bütün dünya bilir ki,1915-ci ildə ermənilərin "soyqırıma" məruz qalmaları barədə iddiaları cəfəngiyyatdır:"Ermənilərin özləri də onlara qarşı hər hansı bir "soyqırımın" həyata keçirilmədiyini yaxşı bilirlər.O üzdən də Türkiyənin inadkar tələblərinə baxmayaraq tarixi arxiv materiallarının açılmasına və araşdırılamsına nəinki həvəs göstərmirlər,hətta bundan qaçırlar. Vatikan teokratik dövlət olsa da xristian dünyasının siyasi güc və ideologiya mərkəzidir. Dünya bu balaca dövlətdən idarə edilir fikrlərini söyləsək yanılmarıq.Papa belə bir razılaşma etsə bu həm Vatikanın, həm də Papanın beynəlxalq aləmdə nüfuzunu zədələyə bilərdi. Çünki yalana şərik çıxmaq, yalanı təsdiqləmək anlamının yaradılmasına yol açardı.Məncə Vatikan da istəməz ki, öz maraqlarını,öz nüfuz və imicini qondarma erməni iddialarına qurban versin.Bunu həm Türkiyəyə, türk dünyasına eləcə də ermənilərə bir mesaj kimi qiymətləndirirəm".Ekspertlər bunu da bildirir ki,Vatikanın bu addımından sonra dini inancları güclü olan bir sıra Avropa ölkələri də erməni "soyqırım"ını yad etmək üçün Yerevana getməyəcəklər. Beləliklə hesab etmək olar ki, xristian dünyası artıq Ermənistandan imtina etməyə başlayıb.Bu isə bir daha sübutlayır ki, erməni lobbisinin və Ermənistanın həyata keçirtdiyi siyasət tam iflasa uğramaqdadır
Toğrul Əliyev
Digər Xəbərlər
2024-11-25 00:14:00
2024-11-24 21:51:00
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24