Azərbaycana könüllü təslim olmuş erməni əsgərindən etiraflar
10:08 31-03-2015
CƏMİYYƏT
Azərbaycana könüllü təslim olmuş erməni əsgərindən etiraflar
"Hərbi hissənin bölük komandiri Suren Balayan, baş çavuş Artur Salmanyan məni mütəmadi döyürdü"
Hüquq müdafiəçiləri Azərbaycanda saxlanılan erməni hərbçi Andranik Qriqoryanla görüşüblər
İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov və müavini Elçin Şirinov könüllü olaraq Azərbaycana təslim olmuş erməni hərbçi Andranik Araratoviç Qriqoryanla görüşüblər.
Bu barədə məlumat verən E. Behbudov bildirib ki, 1991-ci ildə Xocavənd rayonunda anadan olmuş A. Qriqoryan könüllü olaraq Azərbaycan tərəfinə keçdiyini deyib: "Bizimlə söhbət zamanı bildirdi ki, Azərbaycanda ona münasibət çox yaxşıdır. Xidmət etdiyi hərbi hissədən fərqli olaraq, Azərbaycanda gündə üç dəfə yeməklə təmin olunur. İstədiyi vaxt meyvə şirəsi, kofe verilir. Həftədə 3-4 dəfə hamamla təmin edilir, havada gəzir, isti yerdə saxlanılır. Otağında televizor var. Qəzetlərin ona verilib-verilməmədiyini soruşdum. Bildirdi ki, Azərbaycan dilini bilmədiyi üçün qəzetləri oxuya bilmir. Mənə dedi ki, rəssam olmaq istəyir. Buna görə ona qələm, karandaş və dəftər verilir. Yağlı boya da istədi. Mən də növbəti başçəkmə zamanı ona yağlı boya və digər ləvazimatlar aparacağımı söylədim. Andranik bildirdi ki, xidmət etdiyi hərbi hissədə çox pis şəraitdə saxlanılıb. Hərbi hissənin bölük komandiri, kapitan Suren Balayan, baş çavuş Artur Salmanyan tərəfindən mütəmadi olaraq döyülürmüş. Orada əsgərlərə vaxtı keçmiş yeməklərin verildiyini, qaldıqları yerin soyuq və şəraitsiz olduğunu söylədi. Bildirdi ki, imkanları olsa, digər erməni hərbçilər də onun kimi Azərbaycan tərəfinə keçərlər" .
Qeyd edək ki, martın 22-də günorta saatlarında 1991-ci ildə Xocavənd rayonunda anadan olmuş, Ermənistan Silahlı Qüvvələrinin hərbçisi, müqavilə əsasında hərbi xidmət keçən hərbi qulluqçu Andranik Araratoviç Qriqoryan öz hərbi hissəsini tərk edərək könüllü surətdə Azərbaycan tərəfinə təslim olub.
İlkin dindirmədə Andranik Qriqoryan bildirib: "Mən 1991-ci ildə Martuni rayonunda anadan olmuş Andranik Araratoviç Qriqoryanam. 22 mart 2015-ci il tarixində könüllü olaraq Azərbaycan tərəfinə keçmişəm. Bunun çox sadə bir səbəbi var. Mən mənasız yerə ölməkdən qorxuram.
Cəbhə xəttini keçəndə mən tək deyildim. Mənimlə siz tərəfə keçməyə cəhd göstərən bir nəfər də var idi. Mən daha cəld tərpəndim. Silahı atıb sizə tərəf gəldim. Onun taleyindən xəbərim yoxdur. Güman edirəm ki, artıq sağ deyil.
Nə qədər erməni hakimiyyəti öz xalqından martın 19-da olan hadisəni gizlətmək istəsə də, artıq hamı bilir. Mənasız təşkil olunmuş təxribat zamanı 20-dən artıq ölu, onlarla yaralı var. Əsgər çatışmadığına görə postlara mülkiləri yerləşdirirlər.
Mən onların çirkin oyunlarının növbəti qurbanı olmaq istəmirəm. Qarabağdakı dözülməz şərait, hərbi hissələrdəki intizamsızlıq, silah-sursat çatışmazlığı, qida və dərman qıtlığı, yerli ermənilərlə ermənistanlı ermənilər arasındakı münaqişə, zabitlərin əsgər və gizirlərə pis münasibəti və hərc-mərclik məni cana yığıb. Mənim kimi o tərəfdə bu cür yaşamaqdan bezib bura keçmək istəyən çoxlu sayda insan var.
Amma açığını deyim ki, burda onları nə gözlədiyini bilmədikləri üçün ürək etmirlər. Mən də bu addımı atmazdan əvvəl çox düşündüm və qərara gəldim orada qalıb ölüm saatımı gözləməkdənsə könüllü təslim olum. Gözlədiyimin tam əksi olaraq burda məni normal qarşıladılar və doyunca yemək-içmək verdilər.
Fuad
Digər Xəbərlər
2024-12-28 21:04:54
2024-12-28 20:24:55
2024-12-28 19:26:22
2024-12-28 18:33:26
2024-12-28 18:32:46
2024-12-28 18:25:42
2024-12-28 18:17:08
2024-12-28 18:07:14
2024-12-28 17:55:16
2024-12-28 17:48:07
2024-12-28 17:47:11
2024-12-28 17:42:00
2024-12-28 17:15:00
2024-12-28 16:37:00
2024-12-28 16:27:21
2024-12-28 16:24:19
2024-12-28 16:18:00
2024-12-28 16:07:47