Komitə sədri: "Bu cinayətlər bağışlanmır"
"1918-ci ildə azərbaycanlılara qarşı ermənilərin törətdiyi qətllər bir soyqırımıdır. Bu cinayətlər bağışlanmır. Belə cinayətin müddəti yoxdur. İndi də ermənilər Dağlıq Qarabağda bu cür cinayətlər törədirlər. Bu cinayətkarlar cəzasını mütləq alacaqlar". Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı Qafqaz Müsəlmanları İdarəsi tərəfindən keçirilən tədbirdə deyib.
M.Qurbanlı bildirib ki, Bakıda törədilmiş qırğınlar əslində Novruz bayramı ərəfəsində baş vermişdi:
"Lakin bilirsiniz köhə və yeni təqvim arasında 13 gün fərq var. Ona görə də, biz 31 martı soyqırım günü kimi qeyd edirik. İndiki Şəhidlər Xiyabaında o zaman minllərlə insan dəfn olunub. Xalq bunu yaddaşından silmədi və 1990-cı ildə həmin yerdə 20 yanvar şəbidlərini dəfn etməklə oranı Şəhidlər Xiyabanı adlandırdı".
Komitə sədri vurğulayıb ki, erməni xisləti daim güclünün tərəfində olmaqdır, onlar kiminsə himayəsinə sığınaraq Roma, Sasani və Osmanlı imperiyalarına arxadan zərbələr vurublar: "Amma törətdikləri cinayətləri ört-basdır etmək üçün saxta "soyqırımı" yaratdılar və bundan təbliğat vasitəsi kimi istifadə etməyə başladılar. Onlar İran, Türkiyə və Qafqazda böyük qırğınlar törədiblər. Amma ermənilər bu qırğınları törədənləri milli qəhrəman adlandırıb, onlara heykəllər qoyublar".
Dövlət Komitəsinin sədri Rusiyaya ölkədə bəzi tarixdəki hadisələrə görə ermənilərin qəhrəmanlaşdırılması faktları hallarına iradını da bildirib.
M.Qurbanlı bu il faşizmə qarşı qələbənin 70 illiyinin qeyd olunmasını xatırladaraq bildirib ki, Rusiyada bu qələbənin əldə olunmasına qanı tökulənlərə qarşı vuruşan, faşizmlə əməkdaşlıq edən, o vaxtkı alman komandirlərin rəhbərliyi altında çalışan bəzi ermənilərin qəhrəmanlaşdırılmasına çalışılır: "Bu, anormal haldır. Çox təəssüflər olsun ki, Rusiyada bu şəxslərin anılması üçün tədbirlər keçirməyə hazırlaşırlar. Amma Rusiyanın tanınmış ziyalıları, tarixçiləri prezident Vladimir Putinə məktubla müraciət eidblər ki, bu il keçirilən 70 illik ərəfəsində həmin ermənilərin anım tədbirlərinin keçirilməsi pis haldır".
M.Qurbanlı qeyd edib ki, 31 mart soyqırımının qurbanları daim yad edilməli, bu məlumtlar yeni nəslə çatdırılmalııdır. O bildirib ki, ermənilərin bu hərəkətlərinin qarşısı alınmasa, bunlar başqa yerlərdə də təkrarlana bilər.
Digər Xəbərlər
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15