Həyacanlı xəbər
10:21 01-04-2015
CƏMİYYƏT
Həyacanlı xəbər
"I Avropa Oyunlarını gözdən salmaq Azərbaycanın nail ola biləcək müvəffəqiyyətlərinə kölgə salmaq məqsədi güdür"
Arzu Nağıyev: "Bu erməni lobbisinin məqsədyönlü təxribatıdır"
Avropadakı bəzi anti-Azərbaycan dairələr, eləcə də onların daxildəki əlaltıları, bu qüvvələrə xidmət edən bəzi beynəlxalq və yerli kütləvi informasiya vasitələrinin iyun ayında Bakıda keçiriləcək I Avropa Oyunlarını gözdən salmaq cəhdləri davam edir. Ortaya atdıqları bir iddia təkzib edilib onun yalan məlumat olduğu üzə çıxan kimi sözügedən şəbəkə başqa bir yalanla Azərbaycanın imicinə zərbə vurmağa çalışır.
Bəs, görəsən, burada əsas məqsəd nədir və I Avropa Oyunlarının Bakıda keçirilməsi hansı səbəbdən məlum qüvvələri narahat edir? Bunlara aydınlıq gətirən politoloqArzu Nağıyev maraqlı məqamlıara toxunub. O bildirib ki, Bakıda keçiriləcək Birinci Avropa oyunları beynəlxalq miqyaslı mühüm bir tədbirdir. Bu, hər şeydən əvvəl ölkənin nüfuzudur, tanınmasıdır, gələcəkdə daha böyük tədbirlərə ev sahibliyi etmək istiqamətində bir sınaqdır. Avropa mediasında son zamanlar verilən qeyri-ciddi məqalə və yazılar heç bir məntiqə sığmır. Məlumdur ki, Oyunlar Avropanın 49 Milli Olimpiya Komitəsini birləşdirən Beynəlxalq Olimpiya Təşkilatı tərəfindən keçirilir və 49 ölkədən 20 idman növü üzrə 6000-dən çox idmançının iştirakı gözlənilir. Bu haqda qərar isə 8 dekabr 2012-ci il tarixində, Romada baş tutmuş Avropa Olimpiya Komitəsinin 41-ci Baş Assambleyasında qəbul edilib, dörd ildə bir keçirilməsi planlaşdırılır və növbəti oyunlar 2019-cu ildə baş tutmalıdır. Yəni gizli səsvermə yolu ilə nüfuzlu Avropa təşkilatlarının verdikləri qərar olduğu halda sensasiya yaratmaq və oyunları gözdən salmaq ancaq Azərbaycanın nail ola biləcək müvəffəqiyyətlərinə kölgə salmaq məqsədi güdür. Yəqin ki, ilk öncə bu, erməni lobbisinin məqsədyönlü təxribatıdır. Çünki Ermənistanın özü də vaxtilə səsvermədə imtina mövqeyini tutub. Bir sözlə, bu bəyanatları ciddi qəbul etmək düzgün deyil:-" Yuxarıda qeyd etdiyim kimi əsas narahat dairələr regionda və ümumiyyətlə, beynəlxalq aləmdə Azərbaycanın gücünün, nüfuzunun, siyasi çəkisinin, söz sahibi olmasının əleyhinə olan qüvvələrdir. Əlbəttə, bunun başında beynəlxalq erməni lobbisi və onların havadarları durur. Çünki Azərbaycanın beynəlxalq nüfuzunun artması, dünya idmanında, ümumiyyətlə, Avropada tanınması onlara sərf etmir. Necə ola bilər ki, bir Cənubi Qafqaz dövləti, o cümlədən müsəlman ölkəsi nüfuzlu Avropa oyunlarına ev sahibliyi edir. Budur onları qorxudan, narahat edən.Bilirsiniz, bu idman yarışıdır, bu ölkələrin öz şərəfini və adını qorumaq üçün verilən önəmli şansdır. Hər bir dövlət öz idmançısının şərəfinə ifa edilən himni dinləmək və bayrağının dalğalanmasına baxmaq arzusu ilə iştirakçı olur. Tarixdə olimpiya oyunlarını, idman yarışlarını siyasi ambisiyalara söykənərək boykot çağırışları ilə nüfuzdan salmaq təklifləri dəfələrlə olub, lakin bu, heç vaxt müsbət effekt verməyib. Əlbəttə, I Avropa Oyunlarına qədər də bu kimi neqativ hallar, təxribata meyllər də gözləniləndir. Lakin tədbirə ev sahibliyi edən bir dövlət olaraq Azərbaycan buna hazır olmalıdır və düşünürəm ki, hazırdır". Politoloq daha sonra qeyd edib ki, elə məsələlər var ki, siyasi əqidəsindən, dini inancından asılı olmayaraq birlik nümayiş etdirmək zəruridir. Bu gün ilk Avropa Oyunlarına ev sahibliyi etmək Azərbaycan üçün bir şansdır və bundan maksimum istifadə edilməlidir. Əlbəttə, elə qüvvələr var ki, hər şeyin pis tərəfini görmək və göstərməyə çalışır, istənilən uğuru özü üçün bir təhqir və məğlubiyyət sayır. Nəticədə öz çirkin əməllərini həyata keçirə bilmir, zəhmətsiz gəlirlərini, qrant paylarını ala bilmir, rüşvət mənbələrindən məhrum olurlar. Sanki, bu uğurlar ona bu işlərində mane olur. Bəzi qüvvələr düşünürlər ki, xarici ölkə vətəndaşlarını ölkəmizə səfərlərindən öz maraqları üçün, daha doğrusu, neqativ ambisiyaları üçün yararlana bilərlər. Düşünürəm ki, belə addımlarla həmin qüvvələr və onların dəstəkçiləri özlərini gülüş obyektinə çevirməkdən başqa ciddi bir şeyə nail ola bilməzlər.
Mehdi
Digər Xəbərlər
2024-11-25 00:14:00
2024-11-24 21:51:00
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24