"Ermənistan XİN-in rəhbərliyi kütlüyünü nümayış etdirməkdən qürur duyur"
12:04 02-04-2015
CƏMİYYƏT
"Ermənistan XİN-in rəhbərliyi kütlüyünü nümayış etdirməkdən qürur duyur"
Çinin xarici işlər naziri Van İ Çini Ermənistanın BMT-dəki nümayəndəsi Z.Mnasakanyanı başa sala bilmədi ki, millətlərin öz müqəddəratını təyinetmə prinsipi ərazi bütövlüyünün əleyhinə deyil.
Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
Politoloq deyib ki, Ermənistanın xarici işlər nazirinin müavini işləmiş Z.Mnasakanyan indi BMT-də bu ölkəni təmsil edir: "Onun məntiqinə görə, insan hüquqları prinsipi prioritet olmasaydı, indi BMT-də 193 dövlət olmazdı. Başqa sözlə, 193 dövlətin mövcudluğunu millətlərin öz müqəddəratını təyinetmə prinsipinin nəticəsi kimi göstərirdi. Cavab olaraq bildirmək olar ki, millətlərin öz müqəddəratını təyinetmə prinsipi tam gücü ilə fəaliyyət göstərsəydi, indi dünyada mövcud olan dövlətlərin sayı 2000-i keçərdi. Dünyada mövcud olan etnik qrupların sayı 2000-dən çoxdur. Bunu erməni diplomata başa salmaq çətindir. BMT prinsiplərinə riayət edilməsi ilə bağlı BMT TŞ-də keçirilən iclasa Çinin xarici işlər naziri sədrlik edirdi. Z.Mnasakanyan Çinin xarici işlər naziri ilə bu polemikanı həmin iclasda apardı".
M.Əhmədoğlu bildirib ki, erməni diplomatiyasının başçılarının Helsinki Yekun Aktının 8-ci maddəsini oxumağa vaxtı və ya intellektləri çatmır: "Ona görə həmin prinsipin 3 vacib elementindən və ya çağırışından xəbərləri yoxdur. Xalqların bərabərliyi və xalqların öz müqəddəratını təyin etməsi prinsipi məcburiliyə deyil, hörmətə əsaslanır. İkincisi, xalqlar öz taleləri barədə sərəncam verərkən beynəlxalq hüququn digər prinsiplərini, o cümlədən ərazi bütövlüyü prinsipini nəzərə almalıdır. Üçüncüsü, xalqların bərabərliyi və xalqların öz müqəddəratını təyin etməsi prinsipi yalnız digər xalqlarla dostluq münasibətlərinin inkişafına xidmət edə bilər. Ermənistanın yanaşmasında bunların heç biri yoxdur. Erməni diplomatları küt olduğu üçün hamını küt hesab edirlər. Ermənistanda diplomat, səfir olmağın qaydaları hamıya məlumdur.
Millətlərin öz müqəddəratını təyinetmə prinsipinin dominant olması arqumentindən təkcə Z.Mnasakanyan istifadə etməyib. Digər nazir müavinləri (Karen Nazaryan, Şavarş Koçaryan və.s.), eks-nazir müavini, indi Ermənistanın ATƏT-də təmsilçisi Arman Kirakosyan da dəfələrlə bu arqumentə istinad ediblər. Millətlərin öz müqəddəratını təyinetmə prinsipinin dominant olması arqumenti isə virtual Ermənistanın Xarici İşlər naziri E.Nalbandyanın sevimli arqumentlərindən biridir.
Virtual Ermənistanın Xarici İşlər Nazirliyinin rəhbərlərinin millətlərin öz müqəddəratını təyinetmə prinsipinin dominant olması arqumentinə sevgi bəsləmələrinin səbəbi bəllidir: "Bu Virtual Ermənistanın xarici siyasətinə rəhbərlik edənlərin kütlüyünü aydın şəkildə nümayiş etdirir".
Digər Xəbərlər
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15