Deputatlarımız Serbiyada Ulu Öndərin abidəsini ziyarət ediblər

Azərbaycan Respublikasının Milli Məclisinin deputatları Siyavuş Novruzov, Rauf Əliyev martın 31-dən 2 aprel tarixinə kimi NATO Parlament Assambleyasının 88-ci Rouz-Rout seminarında iştirak etmək üçün Serbiyanın paytaxtı Belqradda səfərdə olublar.
Onlar səfərləri zamanı Belqraddın mərkəzində yerləşən Taşmaydan (Daş Meydan) meydan parkında olublar və həmin parkda ucadılmış Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək əklil qoyublar. Bundan sonra nümayəndə heyəti Daş Meydan parkında Serbiyanın görkəmli yazıçısı Milorad Paviçinin abidəsini və 1999-cu ildə Belqraddın bombalanması zamanı həlak olmuş uşağların şərəfinə ucadılmış xatirə kompleksini ziyarət ediblər. Bu tədbirdə Azərbaycan Respublikasının Sebiyadakı səfirliyinin və Milli Məclisinin əməkdaşları da iştirak ediblər.