Nazir: "Hotellər tərəfindən manatla göstərilən xidmətlərdə heç bir qiymət dəyişikliyi yoxdur"
11:20 03-04-2015
CƏMİYYƏT
Nazir: "Hotellər tərəfindən manatla göstərilən xidmətlərdə heç bir qiymət dəyişikliyi yoxdur"
Mədəniyyət və Turizm Nazirliyi hotellərdə qış turizmi ilə əlaqədar monitorinq keçirib.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında bildirib ki, monitorinq zamanı hotellərdə qiymət artımı qeydə alınmayıb: "Bəlli olub ki, hotellərin xidmət keyfiyyəti artıb. Ötən ilə nisbətən bu il heç bir hoteldə bahalaşma olmayıb. İnanıram ki, yay turizm mövsümü zamanı da hotellərdə, turizm obyektlərində bahalaşma olmayacaq. Çünki buna əsas yoxdur . Hətta yeni açılan hotellərdə turistlərə xüsusi imtiyazlar və cəlbedici təkliflər olunur. Nazirlik yeni turist marşrutlarının formalaşdırılmasına xüsusi önəm verir. Hazırda tarixi abidələrin qorunması və həmin yerlərə turistlərin cəlb edilməsi istiqamətində işlər aparırıq".
Ə. Qarayev dolların manata nisbətən məzənnəsinin bahalaşmasının turizm obyektlərinə təsirinə də aydınlıq gətirib: "Bakıda və regionlarda otellər tərəfindən manatla göstərilən xidmətlərdə heç bir qiymət dəyişikliyi yoxdur".
Digər Xəbərlər
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15