Nalbandyan kütlüyünü sübut elədi
13:14 04-04-2015
CƏMİYYƏT
Nalbandyan kütlüyünü sübut elədi
"BMT İnsan Hüquqları Komissiyasının Ermənistanın təşəbbüsü ilə "soyqırımların qarşısını almaq" barədə qəbul etdiyi sənəd də Ermənistanın xarici siyasət idarəsinin başçılarının kütlüyünü çox aydın şəkildə göstərir".
Bunu Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
Politoloq qeyd edib ki, virtual Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan BMT İnsan Hüquqları Şurasının sədri Yoahim Ryükkerlə görüşdü: "Görüş zamanı Y.Ryükker BMT İnsan Hüquqları Şurasının Ermənistanda apardığı monitorinqin acınacaqlı nəticələri barədə E.Nalbandyana məlumat verdi. 2008-ci ilin 1 mart hadisələri üzrə bu günədək Ermənistanda istintaq işi, demək olar ki, başlamayıb. E.Nalbandyanın Y.Ryükkerin Ermənistanda insan hüquqlarının acınacaqlı vəziyyəti barədə suallarına hansı cavabı verməsi bəlli deyil. Çünki E.Nalbandyan və onun mətbuat xidmətinin rəhbəri bu barədə məlumat yaymayıblar. Amma E.Nalbandyan Y.Ryükkerə "soyqırımların qarşısının alınması" barədə qətnamə layihəsini təqdim etdiyi barədə məlumat yaydı".
M.Əhmədoğlu bildirib ki, Ermənistanın təqdim etdiyi və BMT-nin İnsan Hüquqları Şurasının təsdiq etdiyi bu sənədin mətni etiraz doğurmur: "Söhbət konkret "erməni soyqırımı"ndan deyil, nəzəri soyqırım mövzusundan gedir. Qətnamədə vaxtaşırı monitorinqin aparılması məsələsi çox yerində olan məsələdir. Hər halda müntəzəm monitorinq aparılarsa, bəlli olacaq ki, monoetnik, monokonfessional Ermənistan belə təşəbbüsə müəlliflik edə bilməz. Tarixi boyu erməni xalqı heç bir xalqla normal münasibətdə olmayıb. Erməni xalqı öz tarixi dövründə hansı xalqla təmasda olubsa, sonradan yalnız problemlər diqqət çəkib".
Politoloq vurğulayıb ki, indi bu ermənilər beynəlxalq aləmə sırımaq istəyirlər ki, "erməni soyqırımı"nın tanınması dünyanın digər dövlətlərində soyqırımın qarşısını alan faktordur: "Guya vaxtilə "erməni soyqırımı" tanınsaydı, Holokost olmazdı. Müasir dövrdə Ermənistan rəhbərliyinin bu arqumentin ucundan tutub ucuzluğa getməsi daha çox ermənilərin nadanlığı ilə əlaqəlidir. Ermənilər dünyanın hansı dövlətlərində yaşayırlarsa yaşasınlar, kompakt yaşamağa üstünlük veriblər. Ermənilər digər millətlərlə inteqrasiya olmağa hazır deyillər. Ermənilər hələ 1905 və 1918-ci illərdə çar Rusiyası və bolşeviklərlə xüsusi münasibətlərindən istifadə edib, Bakıda və Azərbaycanın digər yerlərində azərbaycanlıları soyqırıma məruz qoymuşlar. Özlərini milli, dini və xüsusi statusları ilə fərqləndirmələri istər-istəməz onları müxtəlif proseslərdə ön plana çıxarır".
Politoloqun sözlərinə görə, Ermənistan dünyada olan çox az saylı monoetnik və monokonfessional dövlətlərdəndir. O bildirib ki, Ermənistan tarixən Azərbaycan ərazisidir və ermənilər köçürülənədək bu ərazilər başdan-ayağa azərbaycanlılarla məskunlaşmışdı:
"Bu gün Ermənistan ərazisində bir nəfər də olsun azərbaycanlı yaşamır. Ermənistan Azərbaycanın torpaqlarını işğal edib. Azərbaycan ərazilərində işğalçı ordu saxlayır. Bununla da, beynəlxalq hüququ pozur. Ermənistan "erməni soyqırımı"nın profilaktikasına nail olmaq istəyirsə, ilk növbədə beynəlxalq hüquq prinsiplərinin tam və dəqiq icra olunması istiqamətində fəaliyyət göstərməlidir. "Soyqırım profilaktikası" üçün ən münbit şəraiti multikulturalizim və tolerantlıq yaradır. Müxtəlif millətlərin və dinlərin təmsilçiləri ilə bir dövlətdə yaşamaqla Ermənistan özünü soyqırımdan siğortalaya bilər".
Toğrul Əliyev
Digər Xəbərlər
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15