![Ziya Məmmədov "Azəryolservis"ə yeni sədr müavinləri təyin etdi Ziya Məmmədov "Azəryolservis"ə yeni sədr müavinləri təyin etdi](http://unikal.org/uploads/posts/2015-04/1428135427_01.jpg)
Ziya Məmmədov "Azəryolservis"ə yeni sədr müavinləri təyin etdi
Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-də yeni təyinatlar olub.
Qurumun Mətbuat Katibliyindən verilən məlumata görə, nəqliyyat naziri Ziya Məmmədovun əmri ilə "Azəryolservis" ASC-nin Avtomobil yollarının istismarı və reklam MMC-nin rəisi Əvəz Qocayev "Azəryolservis" ASC sədrinin müavini - Avtomobil yollarının istismarı idarəsinin rəisi, 1 saylı Layihə idarəetmə qrupunun direktoru Şaiq Məmmədov "Azəryolservis" ASC sədrinin iqtisadi məsələlər üzrə müavini, 4 saylı Layihə idarəetmə qrupunun direktoru Cəmil Rüstəmxanlı "Azəryolservis" ASC sədrinin müavini - İnvestisiya idarəsinin rəisi vəzifələrinə təyin ediliblər.