Əli Kərimlinin istefası tələb olundu
13:16 04-04-2015
CƏMİYYƏT
Əli Kərimlinin istefası tələb olundu
Azərbaycan Xalq Cəbhəsinin (AXCP) sədri Əli Kərimliyə qarşı narazılıq səngimək bilmir. Hətta Partiyadan uzaqlaşanlar belə onun saxta millətçilik, "demokratiya" uğrunda mübarizəsini sakit qarşılaya bilmirlər.
"Unikal"ın məlumatına görə, aprelin 5-də planlaşdırılan mitinqlə bağlı iddialı açıqlamalar verilməsi bir çoxları tərəfindən ikrahla qarşılanır. Azərbaycan Xalq Cəbhəsi Partiyasının keçmiş sədr müavini Razi Nurullayev Milli Şuranın 5 aprel mitinqini şərh edərkən deyib ki, Milli Şuranın 5 aprel mitinqi hansısa şəxslərə özünü sübut etmək üçün lazımdır: "Hazırda keçirilən mitinqlər xalqın ümumi maraqlarını əhatə etmir. Orada xalqın iştirakı çox zəif olur. Milli Şuranın üzvü olduğuma görə, onun təyin etdiyi mitinqə qarşı çıxa bilmərəm, mən də istəyərəm ki, mitinq yaxşı keçsin, xalq orada təmsil olunsun. Amma hesab edirəm ki, bu mitinqin keçirilməsi sadəcə olaraq hansısa şəxslərə özünü sübut etmək üçün lazımdır. Bu baxımdan mitinqlərə münasibətim birmənalı deyil. Mitinqdə iştiraka gəlincə isə, getməyi planlaşdırmıram".
R.Nurullayev AXCP-də gənclərlə partiya rəhbərliyi arasında yaşanan gərginliyə də münasibət bildirib. Qeyd edib ki, həmin gənclər fərqli sözün qurbanı olublar: "Onlara təzyiq olunub ki, pariyadan xaric olunduqlarını təkzib etsinlər. Amma təbii ki, buna baxmayaraq, onların uzaqlaşdırılması dəqiqdir. Bunun səbəbi isə həmin gənclərin fərqli fikir söyləməsidir. Mən də fərqli fikir deyirdim və eyni taleyi yaşadım. Onlar tənqid edir, amma AXCP-də tənqid qadağandır. Partiya rəhbəri tənqid oluna bilməz, fərqli fikir söylənilə bilməz".
Keçmiş sədr müavini hesab edir ki, AXCP bu şəkildə fəaliyyətini davam etdirməklə müsbət nəticə əldə edə bilməyəcək: "Müxalifətin bugünkü siyasətinin nəticə verəcəyinə inanmıram. Düşünürəm ki, yeni demokratik prosesin başlamasına, müxalifətdə yenilənməyə, yeni simaların irəli çəkilməsinə ehtiyac var. Köhnə metod və simalar lazımi nəticəni vermir və hətta xalqda qıcıq doğurur". R.Nurullayev Əli Kərimlini də sədrlikdən istefa verməyə çağırıb.
Məsələylə bağlı "Unikal"a açıqlama verən "İnformasiyalı Cəmiyyət Uğrunda" İctimai Birliyinin sədri, ictimai-siyasi fəal Mehman Muradlı deyib ki, Əli Kərimlinin rəhbərlik etdiyi AXCP-də həmişə intriqa olub və olacaq. Onun sözlərinə görə, bunun səbəbi isə Əli Kərimlinin özüdü: "Adam partiya idarə etmək əvəzinə, daxili intriqalarla məşğuldu. Bunu partiyadan xaric olunan və partiyadan könüllü istefa verən hər kəs təsdiq edə bilər. Götürək elə sədrin keçmiş müavini Razi Nurullayevin partiyadan istefa verməsi və sonra onun haqqında partiyanın başında duranların açıqlamalarını. O partiyanın məramı başqa, fəaliyyəti isə tamam başqadı. Əli Kərimlinin yeganə uğuru tamadalıq istedadının olmasıdır. Bu da müəyyən müddət gəncləri öz ətrafına toplamağa kömək olur. Populist çıxışları ilə gəncləri tez aldada bilir. Müəyyən zaman keçdikdən sonra həmin gənclər aldandıqlarını görəndə partiyada öz sözlərini deməyə başlayırlar. Əlbətdə ki, bu cür çıxışlar gənclərə bağışlanmır. Onları şantaj etməkdən belə çəkinmirlər".
M.Muradlı onu da bildirib ki, Əli Kərimlinin insanları şantaj etməyi və bunun üçün xüsusi "dəstə" saxlamağı bəlkə də çoxuna məlum deyil. "O, bu dəstənin vasitəsi ilə sosial şəbəkələrdə saxta profillər açmaqla özünə qarşı çıxanları təhqir etdirməkdən belə çəkinmir. Əli Kərimlinin yarıtmaz idarəetmə üsulu partiya üzvlərinin əksəriyyətini iyrəndirib. Çıxmaq istəyənlər Əli Kərimlinin təhqir və şantajlarından çəkinərək hələlik partiyanı tərk etmirlər", - deyə müsahibimiz fikrini tamamlayıb.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15