Xanlar Vəliyev niyə hərbi prokuror əvəzedicisi qalıb?
09:36 07-04-2015
CƏMİYYƏT
Xanlar Vəliyev niyə hərbi prokuror əvəzedicisi qalıb?
Onun hərbi prokuror kimi rəsmən təsdiqlənməməsi karyerasının sona yetdiyini göstərir
Məlum olduğu kimi, bir müddət öncə Azərbaycan Prezidenti İlham Əliyev Hərbi prokuror Xanlar Vəliyevə "Əməkdar hüquqşünas" fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, prokurorluq orqanlarında uzun müddətli səmərəli fəaliyyətinə və qanunvericiliyin inkişafında xidmətlərinə görə Xanlar Rüstəm oğlu Vəliyevə Azərbaycan Respublikasının "Əməkdar Hüquqşünas" fəxri adı verilsin.
"Unikal.org"un məlumatına görə, bu təltif Azərbaycan Respublikası Baş prokurorunun müavini, Azərbaycan Respublikasının Hərbi prokuroru olan Xanlar Vəliyev üçün sonuncu müsbət jestdir. Çünki hərbi prokuror kimi onun səlahiyyət müddəti başa çatıb və yenidən həmin vəzifəyə təsdiqlənməsi üçün prezident sərəncam verməlidir. Bu barədə bizi bilgiləndirən mənbənin sözlərinə görə, Xanlar Vəliyev son bir neçə ildə fəaliyyəti zamanı yol verdiyi nöqsanlar, xüsusən də hakimiyyətdaxili qruplaşmaların mübarizəsinə qoşulması və müəyyən səhvlər buraxması karyerasına zərbə vurub. Belə ki, onun hərbi prokuror kimi səlahiyyət müddəti başa çatsa da, hələ də onun yenidən bu vəzifəyə təyin olunması üçün sərəncam verilməyib. Bilgili şəxs deyib ki, Xanlar Vəliyev bu sərəncamı gözləsə də, növbəti dəfə həmin kürsüyə otura bilməyəcək. Hətta yaxın günlərdə yeni bir simanın hərbi prokuror təyin olunması ilə bağlı sərəncamın veriləcəyi də gözlənilir.
Məlumat üçün bildirək ki, 14 il müdafiə nazirinin müavini vəzifəsində çalışmış, sonradan həbs olunan Hərbi Dəniz Qüvvələrinin(HDQ) vitse-admiralı Şahin Sultanovun işində də Xanlar Vəliyevin müəyyən nöqsanlara yol verdiyi və yuxarılara yanlış informasiya ötürdüyü müəyyənləşmişdi. Yəni, onun gözdən düşməsi hələ bir müddət əvvəldən başlayıb. Hər halda, hərbi prokurorluqda X.Vəliyev erasının bitdiyini söyləmək olar. Hazırda hərbi prokuror vəzifəsini icra etsə də, qanuna görə onun hər hansı bir sərəncam vermək, müəyyən məsələlərdə rəsmi qərar qəbul etmək hüququ yoxdur.
İnformasiya şöbəsi
Digər Xəbərlər
2024-11-27 08:50:28
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54