AMEA prezidentinə və sabiq iri məmura şok xəbər
09:37 07-04-2015
CƏMİYYƏT
AMEA prezidentinə və sabiq iri məmura şok xəbər
Ötən il Azərbaycanda 4 dövlət qurumunun vəzifəli şəxsləri tərəfindən dövlətə 17,1 milyon manatdan çox zərər vurulub. Bu barədə Hesablama Palatasının 2014-cü ilin fəaliyyətinə dair hesabatında bildirilir.
Hesabatda qeyd edilir ki, 2014-cü ildə "Hesablama Palatası haqqında" Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin on ikinci abzasının və Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 22 iyun tarixli 103 nömrəli Fərmanının 7-ci bəndinin talablərinə uyğun olaraq 4 nəzarət tədbirinin nəticələri ilə bağlı materiallar araşdırılması məqsədilə aidiyyati uzrə müvafiq orqana göndərilib.
Dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Genetik Ehtiyatlar İnstitutuna ayrılan vəsaitlərin və büdcədənkənar daxilolmaların icrasına dair, "Aqrolizinq" ASC-yə dovlət büdcəsindən ayrılan və təkrar istifadə edilən vəsaitlərin proqnozlasdırılması və istifadəsinə dair, Azərbaycan Respublikasi Əmək va Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Təminat Xidmətinin Bərdə rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən dövlət büdcəsindən ayrılan vəsaitlərin icrasına dair və dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan və ehtiyat fondlarından 2011-2013-cü illər və 2014-cü ilin I yarımilliyi üzrə Kürdəmir rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsinə dair aparılmış nəzarət tədbirlərinin nəticələri Hesablama Palatasının Kollegiyasında müzakirə edilib.
AMEA-nın Genetik Ehtiyatlar İnstitutu, "Aqrolizinq" ASC-nin, ƏƏSMN yanında Dövlət Sosial Təminat Xidmətinin Bərdə rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin və Kürdəmir rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə, etibar edilmiş dövlat əmlakından, ayrılmış büdcə vəsaitlərindən qanunsuz istifadə halları, büdcə ödəliklərinin icra edilməməsi, iş həcmlərinin artırılması halları müəyyən olunub.
Eyni zamanda, məlumatda qeyd olunur ki, borcların uçotdan yayındırılması və digər maliyyə pozuntuları, ünvanlı dövlət sosial yardımlarının, sosial müavinətlərin və təqaüdlərin təyin olunması və ödənilməsində ciddi hüquq pozuntularına yol verilməklə külli miqdarda ödənişlərin həyata keçirilməsi, rəsmi sənədlərlə yalan məlumatların daxil edilməsi və bir sıra digər ciddi nöqsan və çatışmazlıqlara yol verilməklə dövlətə 17104,4 min manat zərər vurulması ehtimalı nəzərə alınaraq yuxarıda qeyd olunan təşkilatlar üzrə yoxlama materialları Baş Prokurorluğa göndərilib.
Diqqəti xüsusi çəkən məqam akademik Akif Əlizadənin prezidenti olduğu AMEA-da yeyinti hallarının aşkarlanması, eyni zamanda Əli Bayramovun rəhbərlik etdiyi dövrlə bağlı "Aqrolizinq"də yeni mənimsəmə faktlarının ortaya çıxmasıdır. Ölkənin "elm məbədi" sayılan Milli Elmlər Akademiyasında korrupsiyaya rastlanması şübhəsiz ki, ürək ağrıdan məqamdır. Ümumiyyətlə, son vaxtlar AMEA-nın adının hansısa elmi nailiyyətlər əvəzinə, bu cür neqativ məlumatlarla gündəmə gəlməsi xeyli düşündürücüdür. Qurum rəhbərliyi bu məsələ ətrafnda yaxşı düşünməli və belə halların önlənməsi, AMEA-nın nüfuzuna daha ağır zərbə vuran oxşar faktlara bundan sonra yol verilməməsi istiqamətində təsirli addımlar atmalıdır.
"Aqrolizinq"də Əli Bayramovun rəhbərlik etdiyi dövrlə bağlı yeni yeyinti faktlarının aşkarlanması da olduqca ilgincdir. Onun ASC sədri olduğu vaxtda külli miqdarda dövlət vəsaitinin mənimsənildiyi barədə KİV çoxdan yazırdı. Elə Bayramovun da məhz bu cür faktlara görə vəzifəsini itirdiyi də heç kimə sirr deyil.
Hətta iş o yerə çatmışdı ki, Əli Bayramov postundan uzaqlaşdırıldıqdan sonra hətta onun cinayət məsuliyyətinə cəlb ediləcəyi, barəsində həbs qərarı çıxarılacağı yönündə iddialar da uzun müddət medianın gündəmindən düşməmişdi. "Aqrolizinq"dəki mənimsəmələrin yenidən KİV-də yer almasının "Aqrolizinq"in sabiq sədri üçün ürəkaçan hal olmadığı bu mənada heç bir şübhə doğurmur.
Eyni zamanda Hesablama Palatasının hesabatında açıqlanan bu məqamlara qarşı tərəfin münasibətini də maraqla gözləməyə dəyər. Həmçinin üst-üstə 17 milyon manatdan artıq mənimsəmə ilə bağlı Hesablama Palatasının hesabatında göstərilən materiallara Baş Prokurorluğun reaksiyası da şübhəsiz ki, maraqla gözləniləcək.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15