Mirmahmud Mirəlioğlu Milli Şura ilə bağlarını qopardı
07:24 08-04-2015
CƏMİYYƏT
Mirmahmud Mirəlioğlu Milli Şura ilə bağlarını qopardı
KXCP sədri Əli Kərimli və Cəmil Həsənli ilə bir yerdə olmadıqlarını rəsmən bəyan etdi
KXCP sədri Mirmahmud Mirəlioğlu Milli Şura ilə bağlı mövqeyini qətiləşdirib. Artıq deyəsən, KXCP sədri adının Milli Şura ilə hallanmasını belə istəmir.
"Unikal"ın məlumatına görə, Mirmahmud Mirəlioğlu mövqeyini bu şəkildə açıqlamaqla Milli Şura ilə bağlarını tamamilə qoparmış olur. Elə onun bu barədə açıqlamasında da həmin məqamlar öz əksini tapıb: "KXCP Milli Şurada üzv deyil, bizim üzvlərimiz orada üzvdür. Bu gün münasibətlər bizim üçün, ola bilsin, MŞ-nın özü üçün də əhəmiyyət kəsb edən məsələ deyil. Xeyli zaman öncə MŞ-nın bizim qərargahda keçirilən sessiyasında məsələyə münasibət bildirdik. MŞ-nin tərkibinin genişləndirilməsi ilə bağlı müzakirələr aparıldı, təkliflər oldu. O təkliflər zamanı belə qənaətə gəldik ki, MŞ-nın tərkibi kənar şəxslərlə genişləndirilsin. Amma təklif ediləndə bəlli oldu ki, genişləndirilmədə nəzərdə tutulan daha çox bir partiyanın üzvləridir".
M.Mirəlioğlu onu da qeyd edib ki, mövqelərini açıq ifadə ediblər və hər hansı bir narazılığı gizlətmək niyyətində deyillər: "Biz açıq sözümüzü dedik ki, əgər genişləndirilmə belə nəzərdə tutulubsa, sizin partiyada da yüzə qədər Ali Məclis üzvü var, bizim də partiyanın elə bu qədər Ali Məclis üzvü var. Elə gəlin, biz ümumi şəkildə Ali Məclis üzvlərinin hamısını oraya qəbul edək, olsun genişlənmə. Bununla məsələ həll olunmur. Həmin gün sessiyada bu məsələ gündəlikdən çıxarıldı. Sonradan da bu məsələyə münasibət bildirəndə elə qənaətə gəlindi ki, mən sessiyanı tərk etdim. Bu münasibət sonda da təkrarlandı və mənim Milli Şurada iştirakıma ehtiyac qalmadı. Bizim ki, orada təklifimiz keçmir, orada yeniləşmə yoxdur, biz orada nə səbəbdən olmalıyıq? Orada insanlar var ki, Azərbaycan üçün çox qiymətli insanlardır. Amma Milli Şura öz missiyasını bitirib. Bu, o demək deyil ki, həmin adamlar öz missiyasını bitirib. Bu qurum 2013-cü il prezident seçkilərində təsis olunub. Artıq prezident seçkiləri keçirilib qurtarıb. Bu il parlament seçkiləridir. Daha MŞ-də təmsil olunanlar fəaliyyətlərini necə quracaq, bu, onların öz işidir. Bizim artıq Milli Şuralıq işimiz qalmayıb".
Qeyd edək ki, M.Mirəlioğlu bu barədə konkret qərarını nə zaman verəcəyini deməmişdi. Bu səbəbdən MŞ-dən nə zaman çıxacağı aktual idi, çünki Milli Şuranın mitinqlərində lider olaraq təmsil olunmur, iştirak etmir. KXCP sədri isə bildirib ki, iştirak edənlərin bəyəm nəsə bir söz demək imkanları varmı ki, iştirak etməyənlərdən ötrü belə narahatçılıq keçirənlər olsun. Onun sözlərinə görə, xeyli müddətdir Azərbaycan siyasi səhnəsində məşhur tezis var, təşkilində iştirak etmədiyimiz tədbirdə iştirak etmirik. "Onlar da nəzərdə tuturlar ki, mitinqə gələnlərdən kim əvvəlcədən orada olmayıbsa, təşkildə iştirakı, yoxsa vətəndaş kimi orada iştirak edə bilərlər", - deyə M.Mirəlioğlu bildirib və Milli Şuradan tamamilə kənarlaşdığını bəyan edib.
Qərib Gərayzədə
Digər Xəbərlər
2024-12-28 20:24:55
2024-12-28 19:26:22
2024-12-28 18:33:26
2024-12-28 18:32:46
2024-12-28 18:25:42
2024-12-28 18:17:08
2024-12-28 18:07:14
2024-12-28 17:55:16
2024-12-28 17:48:07
2024-12-28 17:47:11
2024-12-28 17:42:00
2024-12-28 17:15:00
2024-12-28 16:37:00
2024-12-28 16:27:21
2024-12-28 16:24:19
2024-12-28 16:18:00
2024-12-28 16:07:47
2024-12-28 16:03:34
2024-12-28 15:59:00