"Azərsu" işçi axtarır

"Azərsu" işçi axtarır. ASC-dən Unikal-a verilən məlumata görə, "Azərsu" kadr ehtiyat bazasının gücləndirilməsi məqsədilə Şirvan, Hacıqabul, Kürdəmir, Ucar və Sabirabad sukanal idarələri üçün müxtəlif vəzifə və peşələr üzrə müraciətlərin qəbulunu elan edir.
Kadr ehtiyat bazasına avtomatika və metrologiya üzrə mühəndis, mexanik, energetik, hidrotexnik, kimyaçı-bioloq, təmizləyici qurğuların operatoru, təmirçi çilingər, nasos qurğularının maşinisti, xlorator qurğusunun operatoru daxil ediləcək. Maraqlananlar şəxsi məlumatlarını (CV) müvafiq vəzifənin və ya peşənin adı göstərilməklə aprelin 15-dək [email protected] ünvanına göndərə bilərlər.