Elxan Süleymanov: ""Human Rights Watch" Azərbaycana qarşı qərəzli kampaniyanın flaqmanı rolunda özünü təsdiqləməyə çalışır"
11:22 09-04-2015
CƏMİYYƏT
Elxan Süleymanov: ""Human Rights Watch" Azərbaycana qarşı qərəzli kampaniyanın flaqmanı rolunda özünü təsdiqləməyə çalışır"
"Bu günlərdə "Human Rights Watch" beynəlxalq təşkilatı növbəti anti-Azərbaycan bəyanatını yayımlayıb.
Bəyanatın Avropa İttifaqının Avropa qonşuluq siyasəti və genişlənmə üzrə komissarı Yohannes Hanın Bakıya səfəri ərəfəsində yayımlanması maraq doğurur".
Bunu Azərbaycanın AVRONEST PA-da nümayəndə heyətinin rəhbəri, AŞPA-da nümayəndə heyətinin üzvü Elxan Süleymanov deyib. E. Süleymanov xatırladıb ki, bir qrup xarici QHT Avropa İttifaqının İnsan hüquqları üzrə xüsusi nümayəndəsi Stavros Lambrinidisin fevralın 23-26 tarixlərində Azərbaycana rəsmi səfəri ərəfəsində də analoji anti-Azərbaycan bəyanatı ilə çıxış edib: "Qeyd edilməlidir ki, "Human Rights Watch" növbəti dəfə "ənənəsinə" sadiq qalaraq, heç bir əsas olmadan Azərbaycanda insanlara təzyiqlərin artdığını və repressiyaların dərinləşdiyini iddia edir. Burada heç bir yenilik yoxdur və təşkilat öz ampluasından çıxış edərək, Azərbaycana qarşı hazırlanmış qərəzli kampaniyanın flaqmanı rolunda özünü təsdiqləməyə çalışır".
E. Süleymanov deyib ki, bəyanat anti-Azərbaycan xarakteri daşısa da, əsasən Azərbaycan ictimaiyyətinə deyil, Avropa İttifaqına və onun komissarı Yohannes Hana ünvanlanıb: "Bəyanatda Avropa İttifaqı Azərbaycanla əməkdaşlıq etdiyinə görə qınaq obyektinə çevrilib. Sənədin müəllifləri iddia edirlər ki, "ölkədə təzyiqlər artdıqca, Avropa İttifaqı əksər hallarda kənara çəkilib" və "dərinləşən repressiyalara baxmayaraq, Aİ Azərbaycanla əlaqələri daha da möhkəmləndirək niyyətindədir". Qeyd edilənlər təşkilatın məkrli məqsədlərinə tam aydınlıq gətirir. Göründüyü kimi, bu təşkilatın əsas məqsədi Azərbaycanın beynəlxalq imicinə zərbə vurmaqdan, Azərbaycanın Aİ, bütövlükdə dünya ictimaiyyəti ilə əlaqələrinin kəsilməsinə, ölkəmizin dünyadan təcrid edilərək təklənməsinə nail olmaqdan ibarətdir. Təşkilatının əsas məqsədi insan hüquqlarını qorumaq olsaydı, Azərbaycan ərazilərinin 23 ildən artıqdır, işğalına son qoyulması və yüz minlərlə insanın hüquqlarının bərpası istiqamətində addımlar atardı. Bu təşkilatın əsl məqsədi insan hüquqlarının müdafiəsi deyil, Azərbaycana qarşı təzyiqləri artırmaq, Ermənistana himayədarlıq etmək və Azərbaycan ərazilərinin işğal müddətini uzatmaqdır".
Nümayəndə heyəti rəhbərinin sözlərinə görə, beynəlxalq aləmdə insan hüquqları ilə bağlı aparılan anti-Azərbaycan kampaniyası sistemli xarakter daşıyır, bir mərkəzdən idarə edilir, Human Rights Watch təşkilatının bəyanatı da bu kampaniyanın tərkib hissəsi kimi nəzərdə tutulub və bu kampaniya 2015-ci il Birinci Avropa Yay Olimpiya Oyunları və parlament seçkiləri ərəfəsində beynəlxalq aləmdə Azərbaycanın mənfi imicinin formalaşdırılması üçün əsas vasitələrdən biri kimi istifadə edilməkdədir: "Təşkilat 100 milyonluq layihə ilə eynicinslilərin evlənməsinin təbliği ilə məşğuldur. Allahın qanunlarına zidd, eyni zamanda yer üzünün əşrəfi sayılan insanın məhv olunmasına yönəlmiş layihə icra edən bir təşkilatın ümumiyyətlə insan hüquqlarından danışmağa mənəvi haqqı varmı!?"
Digər Xəbərlər
2024-12-28 21:32:07
2024-12-28 21:04:54
2024-12-28 20:24:55
2024-12-28 19:26:22
2024-12-28 18:33:26
2024-12-28 18:32:46
2024-12-28 18:25:42
2024-12-28 18:17:08
2024-12-28 18:07:14
2024-12-28 17:55:16
2024-12-28 17:48:07
2024-12-28 17:47:11
2024-12-28 17:42:00
2024-12-28 17:15:00
2024-12-28 16:37:00
2024-12-28 16:27:21
2024-12-28 16:24:19
2024-12-28 16:18:00