Fevralın 7-də Azərbaycanda keçirilmiş prezident seçkilərində seçici fəallığının ən yüksək və ən aşağı olduğu seçki dairələrinin adları açıqlanıb.

"Unikal" xəbər verir ki, 15 saylı Yasamal birinci seçki dairəsində ən yüksək seçici fəallığı müşahidə olunub.

Bu seçki dairəsində 54 min 339 seçicidən 45 min 299 nəfəri (83,36 faiz) səsvermədə iştirak edib.

Passiv seçki dairəsi isə 19 saylı Nərimanov birinci seçki dairəsidir. Burada qeydiyyatda olan 54 min 953 seçicidən 32 min 864 nəfəri (59.80 faiz) səs verib.

*** 18:13

Bu gün Azərbaycanda keçirilən prezident seçkilərində seçici fəallığının ən yüksək olduğu seçki dairələri bəlli olub.

"Unikal" xəbər verir ki, saat 17:00-a olan məlumata əsasən, seçici fəallığının ən yüksək olduğu dairə 10 saylı Binəqədi üçüncü seçki dairəsidir. Bu seçki dairəsində 40 791 nəfər (77.97%) səsvermədə iştirak edib.

Saat 17:00-a olan məlumata görə, seçici fəallığının ən aşağı olduğu dairə 25 saylı Nizami İkinci Seçki Dairəsidir. Bu seçki dairəsində seçici fəallığı 44.74 % olub.