Azərbaycan və Ermənistana çağırış edildi
08:33 16-04-2015
CƏMİYYƏT
Azərbaycan və Ermənistana çağırış edildi
ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik daha bir məntiqsiz təkliflə çıxış edib. O bildirib ki, Azərbaycan və Ermənistan Paris görüşündə əldə olunmuş razılaşmaları qorumalı, dialoqu intensivləşdirməli, atəşkəs rejiminə riayət etməlidirlər.
"Unikal"ın məlumatına görə, Ceyms Uorlik Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında həmsədrlərin yaxın gələcəyə olan planları barədə sualı şərh edərkən bildirib ki, tərəflər sülh sazişinə rəvac verəcək danışıqlara başlamalıdır. "ATƏT-in Minsk Qrupu münaqişənin dinc nizamlanması üçün tərəflərlə işləməyə davam edir. Ermənistan və Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün özlərində iradə tapmalıdır", - deyə amerikalı diplomat vurğulayıb. O əlavə edib ki, həmsədrlər Azərbaycan və Ermənistanın XİN başçıları ilə sıx əməkdaşlığa davam edirlər, həmçinin bu ilin sonuna prezidentlərin görüşünü hazırlayırlar. Onun sözlərinə görə, hazırda həmsədrlərin regiona növbəti səfərinin vaxtı dəqiqləşdirilir.2014-cü ildə Azərbaycan və Ermənistan prezidentlərinin Parisdə görüşü baş tutub, lakin görüşdən 10 gün sonra Ermənistan Azərbaycanın işğal olunan ərazilərində, xüsusilə də Ağdamda genişmiqyaslı təlimlər keçirib.
Azərbaycan XİN-in sözçüsü Hikmət Hacıyev bildirib ki, Parisdə əsir və girovların dəyişdirilməsi, eləcə də itkin düşənlər haqqında məlumat mübadiləsi barədə razılaşma əldə olunmuşdu. Onun sözlərinə görə, Ermənistan hələ də bu razılaşmalara və Beynəlxalq Qırmızı Xaç Komitəsinin çağırışlarına məhəl qoymur.
Bu barədə "Unikal"a açıqlama verən tanınmış tərcüməçi-yazar, ictimai-siyasi fəal Nadir Qocabəyli həbsədrlərin fəaliyyətinin67 nəticəsiz olduğunu vurğulayıb. Onun sözlərinə görə, Amerikalı həmsədri bu çağırışı növbəti saxtakarlıqdan başqa bir şey adlandırmaq mümkün deyil: "Artıq Azərbaycan xalqı nə ATƏT-ə, nə onun Minsk Qrupuna, nə də amerikalı və avropalı diplomatların bəyənatlarına inanmır. Ümumiyyətlə, inanmır demək bir az doğru deyil bəlkə də. Bu tipli açıqlamalar ciddi qəbul edilməməklə yanaşı, həm də mən deyərdim ki, ikrah doğurur. Əgər Qərb Qarabağ münaqişəsində ədalətli mövqe tutsaydı, təcavüzkarı dəstəkləməsəydi, bu münaqişə çoxdan öz həllini tapardı. Bu münaqişədə Azərbaycanla Ermənistanı eyni tərəziyə qoymaqla, onların hər ikisindən sülh üçün eyni iradə göstərmələrini tələb etməklə, ABŞ səfiri növbəti ikili standartın, ədalətsiz mövqeyin altına imza atmış olub. İşğala məruz qalanla, işğalçını eyniləşdirəndən hansı ədaləti gözləmək olar?".
Z.MƏMMƏDLİ
Digər Xəbərlər
2024-11-25 10:23:00
2024-11-25 10:17:10
2024-11-25 09:38:50
2024-11-25 09:27:37
2024-11-25 09:13:06
2024-11-25 08:53:18
2024-11-25 08:29:36
2024-11-25 00:14:00
2024-11-24 21:51:00
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14