Putin ailəsini niyə gizlədir?
12:37 22-05-2012
DÜNYA
Putin ailəsini niyə gizlədir?
Rusiyanın yenidən prezidentliyə qayıdan liderinin xanımı və qızları üzərindəki sirr pərdəsi!
"Rusiya prezidenti Vladimir Putinlə həyat yoldaşı Lyudmila Putina prezident seçkiləri vaxtı birlikdə göründülər. Onların bu şəkli ər-arvad Putinin bərabər olub-olmadığı haqqında suallara səbəb oldu. Seçki günü ərinin bir addım arxasında səsverməyə gedən Lyudmila Putina arada Putinin qoluna toxundu. Ancaq Vladimir ona reaksiya vermədi. Səsvermədən çıxanda isə Lyudmila Vladimir Putinin qoluna girmişdi. İnternetdə yayılmış bir şəkildə isə Putin həyat yoldaşının əlini sıxarkən görünür. Bu şəklin altında "6 il sonra görüşərik" yazılıb. Rusiyada prezident seçkisi bir də 6 ildən sonra keçiriləcək".
Bu, nüfuzlu "Nyu-York Times" nəşrinin Rusiyanın yenidən prezidentliyə qayıdan avtoritar lideri Vladimir Putinin ailə gizlinləri haqqında yazısındandır. Yazının davamında da ilginc məqamlar var.
Putinin xanımı və qızları
üzərində sirr pərdəsi!
David M.Herzenhornun müəllifi olduğu yazının Azərbaycan oxucuları üçün maraqlı ola biləcəyini nəzərə alıb sizə təqdim edirik:
"Adamların bir çoxu Lyudmilanın birinci xanım kimi heç bir iş görmədiyini düşünür. Cütlük seçki günü uzun müddət sonra bir yerdə göründü. 12 ildir Rusiyanı idarə edən Putinin ailəsi ətrafında isə elə bir sirr var.
Putinin həyat yoldaşı və iki qızı haqqında az qala heç nə məlum deyil. Deyilənlərə görə, cütlük bir müddətdir ayrı yaşayır. Qızlarının isə başqa adlarla universitetdə oxuduqları bildirilir. Putinin qızlarının harada olduqları, hətta Rusiyada yaşayıb-yaşamadıqları, işləyib-işləmədiklərini heç kim bilmir. Rusiyalı jurnalistlər deyir ki, ölkənin beynəlxalq təhlükəsizliyi haqqında məlumat almaq Putinin ailəsi haqqında yazı yazmaqdan daha asandır.
Yaxın dostları belə Putinin
ailəsi haqqında danışmır
2008-ci ildə "Moskovsky Korrespondent" qəzeti Putinin həyat yoldaşını boşayıb olimpiya oyunlarında gimnastika üzrə qızıl medal qazanan Alina Kabayeva ilə evlənəcəyini iddia etmişdi. Bundan sonra qəzet bağlandı. Daha sonra isə Putin prezidentliyi Dmitry Medvedevə verdi və həyat yoldaşı ortada heç görünmədi.
Ancaq ən maraqlısı Putinin qızların görünməməsidir. 27 yaşındakı Maria və 25 yaşındakı Yekaterinanın adı heç bir sosial media saytında çəkilmir. Rusların çoxu onların xarici görünüşü haqqında da məlumatsızdırlar.
Putin dəfələrlə qızlarının "normal" həyat yaşamasını istədiyini bildirib. Qızlar haqqında məlumatlar da çox azdır. İkisi də Sankt-Peterburq Dövlət Universitetində oxuyub. Maria biologiya, Yekaterina isə Asiya oxuyub.
Cənubi koreyalı Yoon Joonwon atası Moskvadakı səfirlikdə işləyərkən Yekaterina ilə görüşdüyünü iddia edir. Rusiyanın "Gazprom" şirkətinə bağlı olan bir şirkətdə işləyən hollandiyalı Jorrit Faasenin isə Maria ilə görüşdüyü bildirilir.
Yaxın dostları belə Putinin ailəsi haqqında danışmır. Sankt-Peterburq Musiqi Evinin sənət rejissoru Sergey Roldugin Marianın xaç atası sayılır. Onun köməkçisi Sergey Roldugin Vladimir Putin və ailəsi haqqında heç bir suala cavab verə bilməyəcəyini deyib. Köməkçi deyib ki, "bu cür mövzular haqqında danışmaqdan çəkinir"".
Kənan Rzaquliyev
Digər Xəbərlər
2024-12-23 11:27:07
2024-12-23 11:13:10
2024-12-23 11:03:00
2024-12-23 10:55:05
2024-12-23 10:38:08
2024-12-23 10:36:05
2024-12-23 10:10:44
2024-12-23 09:41:00
2024-12-23 09:23:00
2024-12-23 09:12:00
2024-12-23 09:03:00
2024-12-23 01:02:15
2024-12-23 00:49:48
2024-12-23 00:05:51
2024-12-22 23:46:19
2024-12-22 23:16:06
2024-12-22 23:04:06
2024-12-22 22:38:27
2024-12-22 22:21:00
2024-12-22 22:12:28