Müsavatda istefa dalğası davam edir
12:55 21-05-2015
CƏMİYYƏT
Müsavatda istefa dalğası davam edir
Bu dəfə narazı qalan qadınlar partiyanı tərk ediblər
Məlum olduğu kimi, Müsavat Partiyasının Məclis üzvü Məlahət Mürşüdlü partiyadan istefa verib. "Unikal"ın məlumatına görə, M.Mürşüdlü partiya rəhbərliyindən narazı olduğu üçün bu addımı atıb.
Onun ardınca isə daha bir qadın müsavatçı fəal partiyadan uzaqlaşıb. Dünən Müsavat Partiyasının Məclis üzvü Arifə Hüseynli partiyadan istefa verib. O, Müsavat rəhbərliyinin siyasətinə etiraz olaraq partiyadan istefa verdiyini bildirib. Xatırladaq ki, A.Hüseynli hazırda Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatında təmsil olunur.
"Unikal"ın məlumatına görə, Müsavat Partiyası Məclisinin sədri Nüşabə Sadıqlı məsələyə reaksiya verib. O bildirib ki, Ellada Məmmədli Müsavat üzvlərini partiyadan çıxaraq Azərbaycan Demokratiya və Rifah Hərəkatına qoşulmağa dəvət edib. O, Müsavat Qadınlar Birliyinin sədri Ellada Məmmədlinin partiyadan xaric olunmasına münasibət bildirərək bu haqda qərarın Nizamnaməyə uyğun olduğunu söyləyib: "Ellada Məmmədlini Xətai rayon təşkilatı partiyadan çıxarıb. Əsas irad da bu olub ki, o, Nizamnamə pozuntusuna yol verib və bütün bunlar Ellada Məmmədlinin partiyada qalmasını qeyri-mümkün edib".
N.Sadıqlı qeyd edib ki, partiyadan çıxarılmış insanların Müsavat rəhbərliyinə qarşı təhqiramiz ifadələr işlətməsi müsavatçılığa yaraşan hərəkət deyil: "Müsavatın üzvləri hazırda partiyada baş verənlərlə bağlı çox əsəbi və narahatdırlar. Mən özüm təsəvvür edə bilməzdim ki, özünə müsavatçı deyən insanlar bu cür mövqedən çıxış edə bilərlər. Təhqirlər və aşağılayıcı sözlərlə çıxış etmək müsavatçılığa yaraşmayan bir sifətdir. Bəlkə də kimin kim olmasının aydınlaşması yaxşı oldu. Mən sizi əmin edirəm ki, bu cür insanlar müsavatçı adını daşımağa layiq deyillər. Ona görə də onlar partiyadan xaric olunsa yaxşıdır".
Məsələylə bağlı "Unikal"a açıqlama verən Müsavat Qadınlar Birliyinin sabiq sədri Ellada Məmmədli N.Sadıqlının fikirlərinin əsassız olduğunu vurğulayıb: "Müsavatçılara damğa vurub qapı göstərənlərin özlərinin müsavatçı olmalarına şübhəm var. Kimdir müsavatçı? İllərini partiyaya vermiş, bütün məhrumiyyətlərə sinə gərmiş, işindən, yaxın ətrafından, qohum-əqrəbasından olmuş mübariz, fədakar insanlar yoxsa heç nəyindən məhrum olmayıb ,həm iqtidara həm müxalifətə yarınanlar, həm iqtidarda həm müxalifətdə vəzifə tutanlar? Yoxsa şəxsi çıxarları üçün qrup maraqlarından çıxış edənlər? Məncə, bu sual haqqında düşünməyə dəyər. Kimdir müsavatçı? Müsavata layiq olmayanların meyarı, deyəsən, indiki rəhbərliyin siyasi sifarişidir. Anlayıram, indiki mühitdə heç kim haqqı deyəni yanında görmək istəmir. O ki, qaldı Arif Hacılı. Onu dəqiq bilirəm Müsavat Partiyasını dağıdanları nə tarix, nə də Məhəmməd Əmin Rəsulzadə ruhu bağışlamayacaqdır".
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-12-29 11:48:00
2024-12-29 11:32:57
2024-12-29 11:32:55
2024-12-29 11:12:00
2024-12-29 11:05:37
2024-12-29 10:53:00
2024-12-29 10:51:43
2024-12-29 10:41:35
2024-12-29 10:26:07
2024-12-29 10:05:52
2024-12-29 09:59:25
2024-12-29 09:44:15
2024-12-29 08:53:05
2024-12-29 01:07:51
2024-12-29 01:00:26
2024-12-29 00:28:56
2024-12-29 00:08:51