
ANS telekanalının axşam efirindəki xəbərlər proqramında aparıcı Mətanət Əliverdiyeva ilə bağlı video material təqdim edilib.
Müəllifi Ləman Ələşrəfqızı olan həmin materialda ATV-nin efirində aparıcı tərəfindən yanğınla bağlı səslənən fikirlər sərt tənqid edilib.
Aparıcının "Biz o faciəni lap belə faciə etməməliyik. Oldu, elə bil bir külək idi, bir şey idi, bir film idi baxdıq, getdi" sözləri ilə bağlı hazırlanan materialı təqdim edirik: