AXCP Sumqayıt şəhər şöbəsinin sədri partiya sıralarından istefa verdi
15:07 22-05-2015
CƏMİYYƏT
AXCP Sumqayıt şəhər şöbəsinin sədri partiya sıralarından istefa verdi
Artıq Əli Kərimlinin yanında olan adamlar onun əsl sifətini görən kimi dərhal partiyadan çıxıb gedirlər
Əli Kərimlinin yürütdüyü siyasətin nəticəsində partiyada adam qalmayıb. Belə ki, dünən AXCP Sumqayıt şəhər şöbəsinin sədri İsa Qurbanov partiya üzvlüyündən və tutduğu vəzifədən istefa verib.
"Unikal"ın məlumatına görə, bu məlumatı İsa Qurbanov vəkili vasitəsilə təqdim edib. Həmin bəyanatı təqdim edirik: "Bildirirəm ki, 17 mart 2015-ci il tarixdə hər hansı bir cinayət əməli (hərəkət və ya hərəkətsizlik) olmadığı halda, DİN-nin BMCMİ-nin əməkdaşları tərəfindən həbs olunaraq, 151900151 №-li cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, mənə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmiş və Nərimanov rayon məhkəməsinin 17 mart 2015-ci il tarixli qərarı ilə barəmdə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Əminəm ki, mənə elan edilmiş ittihamda və barəmdə göstərilən qətimkan tədbirinin seçilməsində anlaşılmazlıq və yanlışlıq var. Bununla əlaqədar olaraq ümid edir və inanıram ki, tezliklə mənim işimə ədalətlə baxılacaq və pozulmuş Konstitusion və digər hüquqlarım bərpa ediləcəkdir. Buna görə istintaqa heç bir kənar təsirlərin və bəzi dairələrin bu məsələyə siyasi don geyindirilməsinin qarşısının alınması üçün AXCP Sumqayıt şəhər şöbəsinin sədrliyindən və AXCP üzvlüyündən istefa verdiyimi bəyan edirəm. Bu bəyanatımı, vəkilimin vasitəsi ilə KİV-lərə təqdim edirəm. Bakı şəhəri, 20 may 2015-ci il, Qurbanov İsa Sadəddin oğlu".
Məsələylə bağlı "Unikal"a aıçqlama verən BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı AXCP-də baş verən istefaların təbii olduğunu bildirib. Onun sözlərinə görə, Əli Kərimlinin yürütdüyü siyasətin nəticəsi bundan da pis prosesə gətirib çıxaracaq: "Əli Kərimlidən kimlər imtina etmədi ki, artıq Əli Kərimlinin yanında olan adamlar onun əsl sifətini görən kimi dərhal istefa verirlər. Butün bunlar gözləniləndir. Bu adamla uzun müddət bir təşkilatda qalmaq mümkün deyil. Son aylarda Əli Kərimlinin 2 müavini istefa verib, ondan uzaqlaşıb. Özünün şəxsi ambisiyaları və hər kəs bunun kimi düşünməlidir , bunun kimi danışmalıdır yanaşması bu cür istefalara səbəb olur. İstefa verən şəxslər artıq görürlər ki, bu adamın yanında qalmağın heç bir perspektivi yoxdur. Hal-hazırda onun yanında olan şəxslər siyasi təcrübəsi olmayan gənclərdir. Və o da onlara şirin vədlər verməklə yanında saxlayırdı. İndi həmin adamlar da görür ki, Əli Kərimli onları necə aldadırmış".
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-27 12:23:52
2024-11-27 11:29:13
2024-11-27 11:24:20
2024-11-27 11:15:59
2024-11-27 10:32:39
2024-11-27 10:15:58
2024-11-27 10:09:11
2024-11-27 09:58:21
2024-11-27 09:46:15
2024-11-27 09:19:14
2024-11-27 08:50:28
2024-11-26 22:28:55
2024-11-26 21:37:26
2024-11-26 20:08:06
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48