Ermənistan Avropa Oyunları ərəfəsində təxribatı intensivləşdirib
11:40 23-05-2015
CƏMİYYƏT
Ermənistan Avropa Oyunları ərəfəsində təxribatı intensivləşdirib
Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 79 dəfə pozub. Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan Respublikasının Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Qeyd edək ki, Müdafiə Nazirliyi hər gün bu tipli xəbərləri yayır. Xüsusən də Avropa Oyunlarına hazırlıqlar başlayandan bəri Ermənistar cəbhə xəttində təxribatları daha da artırıb. Sözsüz ki, bunun arxasında məkirli erməni siyasəti dayanıb və bununla dünyaya Azərbaycanın Avropa Oyunlarının keçirilməsi üçün stabil ölkə olmadığını göstərmək niyyəti dayanır.
Bu barədə "Unikal"a açıqlama verən Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov deyib ki, Azərbaycana düşmən mövqeyində olan bir ölkədən yalnız bunu gözləmək olar: "Bildiyiniz kimi, ilk dəfə keçiriləcək Avropa Oyunları kimi mötəbər bir yarışa ev sahibliyi edən Azərbaycana qarşı təxribatlar müxtəlif səviyyələrdə olub və oyunlara 20 gün vaxt qaldığını nəzərə alsaq bu təxribatların artacağı istisna deyil. Həm müxtəlif beynəlxalq təşkilatlar, həm ayrı-ayrı dövlətlər səviyyəsində bunlar müşahidə edilməkdədir. Təbii ki, bədnam qonşularımız olan ermənilər də bunun paxıllığını çəkərək cəbhədə gərginliyi artırmağa cəhdlər edirlər. Bu gün sadə erməni əhalisi kasıblıqdan əzab çəkir, ölkə tənəzzülə uğramışdır, heç bir regional və beynəlxalq layihəyə cəlb edilmir, amma, Azərbaycan iqtisadi böhranlar fonunda iqtisadiyyatını inkişaf etdirir, insanların rifahı yüksəlir və qitənin ən nüfuzlu idman yarışına ev sahibliyi edir. Bu ilk növbədə səfil Ermənistanın siyasi dairələrində və onların xaricdəki himayədarlarında qıcıq yaradır. I Avropa Oyunları yaxınlaşan ərəfədə atəşkəsin pozulması təxribatlara hesablanıb. Lakin, ordumuzun qarşısında dilənçi vəziyyətində olan erməni əsgəri duruş gətirə bilməz və əsgərlərimiz hər cür təxribatın qarşısını almağa qadirdilər. Əsas odur ki, ölkədə məqsədli və sistemli şəkildə görülən hazırlıq tədbirləri artıq başa çatmaq üzrədir, idman obyektləri tam hazırdır, təhlükəsizlik ideal səviyyədədir, insanlarımızda həmrəylik və birlik vardır. Ona görə də, heç bir təxribat bu mötəbər yarışa təsir edə bilməz. Biz oyunlar zamanı dünyaya iqtisadi qüdrətimizi, turizm potensialımızı, qonaqpərvərliyimizi, ölkədəki əmin-amanlığı, sabitliyi göstərə biləcəyik. Biz göstərəcəyik ki, müsəlman dövləti olan Azərbaycan müxtəlif dinlərin, dillərin, maraqların, mədəniyyətlərin və sivilizasiyaların qovuşduğu gözəl bir məmləkətdir".
"Unikal"ın məlumatına görə, Qarabağ Azadlıq Təşkilatının (QAT)sədri Akif Nağı ermənilərin cəbhə xəttindəki təxribatçı əməllərinə münasibət bildirərkən deyib ki, ermənilər Azərbaycanın beynəlxalq imicinə zərbə vurmaq üçün hər fürsəti dəyərləndirir. Onun sözlərinə görə, heç kimə sirr deyil ki, ermənilər Azərbaycanın qazandığı hər bir uğura əngəl törətməyə çalışırlar. QAT sədrinin sözlərinə görə, ermənilər I Avropa Oyunlarının Bakıda keçirilməsini heç cürə həzm edə bilmirlər: "Azərbaycan qarşı aparılan qara-piar kampaniyasını maliyyələşdirən təşkilatların böyük əskəriyyəti də məhz ermənilərdir. Çünki burada erməni barmağı var. Erməni nümayəndələri Bakıda keçiriləcək oyunlar zamanı iştirak edib-etməyəcəyi ilə bağlı spekulyasiya edirlər. Hətta onlar I Avropa Oyunları başlanan an cəbhə xəttində atəşkəs rejimini pozacaqları ilə bağlı fikirlər səsləndirirlər. Hesab edirəm ki, bütün bunlara qarşı ATƏT-in Minsk qrupu ciddi addımlar atmalıdır. Heç olmasa onlar burada bir qədər obyektiv olmalıdırlar".
Digər Xəbərlər
2024-12-29 11:12:00
2024-12-29 11:05:37
2024-12-29 10:53:00
2024-12-29 10:51:43
2024-12-29 10:41:35
2024-12-29 10:26:07
2024-12-29 10:05:52
2024-12-29 09:59:25
2024-12-29 09:44:15
2024-12-29 08:53:05
2024-12-29 01:07:51
2024-12-29 01:00:26
2024-12-29 00:28:56
2024-12-29 00:08:51
2024-12-29 00:04:31
2024-12-28 23:42:42
2024-12-28 23:41:59
2024-12-28 22:51:21