"Azərişıq"ın nurlu fəaliyyəti
10:57 26-05-2015
CƏMİYYƏT
"Azərişıq"ın nurlu fəaliyyəti
Yeni qurum mümkün olmayanı belə mümkünləşdirə bildi
Bu gün Azərbaycan regionda aparıcı bir dövlətə çevrilməkdə, ordusu,iqtisadiyyatı inkişaf etməkdə və regiondakı siyasi proseslərə bir başa təsir etmə qabiliyyətindədir. Sözsüz ki, bunlara nail olmaq üçün peşəkar siyasi xətt yürütmək, günün nəbzini tutmaqla bilavasitə bağlıdır. Bu səbəbdən prezident İlham Əliyev Azərbaycanın maraqlarını təmin edən siyasət yürüdür, zaman-zaman kadr islahatları ilə, struktur dəyişiklikləri ilə cəmiyyətdə bir aktivlik yaradır.
Əsasən sosial yönlü büdcə siyasəti həyata keçirən prezident, həmçinin bürokratiyanın qarşısını almaq üçün struktur dəyişikliklərini sürətləndirir. Bu baxımdan bir neçə il öncə ASAN xidməti yaratmaqla demək olar ki, məmur vətəndaş münasibətlərinə bir yenilik gətirdi. Daha çox şəffaflığın təmin olunması üçün həyata keçirilən bu yenilik öz müsbət nəticəsini göstərdi. Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar əhalinin enerjiyə olan tələbatı sahəsində də özünü göstərdi. Belə ki, bir müddət öncə prezident İlham Əliyev kifayət qədər ciddi islahatlara start verdi. O, "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında sərəncam imzaladı.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. "Bakıelektrikşəbəkə" Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti adlandırılsın.
2. Müəyyən edilsin ki, "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının ərazisində elektrik enerjisini satın almaqla istehlakçıları etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatını həyata keçirir, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
3.1. iki ay müddətində:
3.1.1. Azərbaycan Respublikasının ərazisində "Azərenerji" Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilən elektrik enerjisi ilə istehlakçıların təmin olunması fəaliyyətinin "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinə ötürülməsi, o cümlədən istehlakçıların elektrik enerjisi ilə təchizatı üçün zəruri olan və "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin balansındakı əmlak və digər avadanlıqların "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin balansına verilməsi üçün tədbirlər görsün;
3.1.2. "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin və "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin ümumi yığıncağının səlahiyyətlərini həyata keçirən dövlət orqanları barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
3.1.3. "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin və "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin yeni Nizamnamələrinin və strukturlarının layihələrini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
3.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
4. "Azərenerji" Açıq Səhmdar Cəmiyyəti bu Sərəncamın 3.1.1-ci yarımbəndində göstərilənlərin yerinə yetirilməsi üçün tədbirlər görsün.
5. Müəyyən edilsin ki, Naxçıvan Muxtar Respublikasında bu Sərəncamın 2-ci hissəsində nəzərdə tutulan funksiyaları Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Agentliyi həyata keçirir.
Hər şey yenidən başladı
Prezidentin məlum sərancamından sonra "Azərişıq" aktiv fəaliyyətə başladı. Yeni qurumun qarşısında on illərdir ki, yığılıb qalan problemlər vardı. Bir tərəfdən illərin problemini həll etməli, digər tərəfdən yeni qurumun formalaşmasını təmin etməli, başqa bir tərəfdən isə şəffaflığı təmin etməklə yenidənqurma işlərini həyata keçirtmək lazım idi. "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin sədri Baba Rzayev prezidentin göstərişlərinin icrasına elə şəffaflığın təmin olunması məsələsindən başladı. Bunun üçün Dövlət orqanlarının elektron xidmətlərindən "bir pəncərə" prinsipi əsasında istifadənin təşkili üçün "Elektron Hökumət" portalının təkmilləşdirilməsi, elektron xidmətlərin təşkili sahəsində görülən işlərin səmərəliliyinin artırılması, dövlət orqanlarının elektron xidmətlərindən geniş istifadə edilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanına uyğun olaraq dövlət orqanlarının portala inteqrasiyası üzrə həyata keçirilən tədbirlərin nəticəsi olaraq daha bir dövlət qurumu portala inteqrasiya edildi.
06.05.2015-ci il tarixdə "Elektron Hökumət" portalının operatoru - RYTN-nin Məlumat Hesablama Mərkəzində "Azərişıq" ASC-nin aidiyyatı nümayəndələrinin iştirakı ilə keçirilən toplantıda qəbul edilmiş qərara əsasən görülmüş birgə işlərin nəticəsində "Azərişıq" ASC portala qoşuldu və bu gün "Texniki Şərt üçün müraciət forması" adlı elektron xidmət portal üzərindən vətəndaşlara təqdim etdi.
Sözügedən elektron xidmət vasitəsilə istifadəçilər elektrik təchizatına qoşulmaq üçün texniki şərtlərin verilməsi barədə "Azərişıq" ASC-yə müraciət edə biləcəklər. İstifadəçi portalda qeydiyyatdan keçib xidmətə daxil olan zaman onun şəxsiyyət vəsiqəsində olan məlumatlar İAMAS-dan götürülərək avtomatik olaraq doldurulur. Obyektin elektrik şəbəkəsinə qoşulması haqqında texniki şərtlərdə qoşulma nöqtələri, gərginliyin səviyyəsi, qoşulması nəzərdə tutulmuş gücə müvafiq olaraq mövcud şəbəkəni gücləndirmək haqqında əsaslandırılmış tələblər, elektrik enerjisinin keyfiyyət göstəricilərinə, reaktiv gücün kompensasiyasına və istehlakına verilən tələblər, elektrik enerjisinin uçotuna olan tələblər və s. göstərilir.
Qeyd edək ki, "Azərişıq" ASC-nin 100 minə yaxın abunəçi üzrə ev telefon nömrəsi və FİN üzrə məlumatlar MHM tərəfindən təyin edilərək əlavə edilmiş və "Azərişıq" ASC-ə təqdim edilmişdir. Bu istiqamətdə işlər davam etdirilir və birinci mərhələdə Bakı şəhəri üzrə abunəçilər, ikinci mərhələdə isə region abunəçiləri (əvvəlki Azərnerji abunəçiləri) üzrə məlumatların portala inteqrasiyası nəzərdə tutulur. Hazırda, "Azərişıq" ASC üzrə bir neçə digər xidmətlərin elektronlaşdırılaraq portala interqasiyası üzərində birgə işlər aparılır.
Bu elektron xidmətin "Elektron hökumət" portalına inteqrasiya olunması ilə portalda təqdim olunan xidmətlərin sayı 420-yə çatdı.Bununla da məmur-vətəndaş münasibətlərində şəffaflıq təmin edildi və bürokratik əngəllər aradan qaldırıldı. Bununla yanaşı Baba Rzayev təxirəsalmadan bölgələrdə quruculuq işlərinə start verdi.
"Azərişıq"
yenidən quruldu
"Azərişıq" ASC ilk növbədə, elektrik enerjisinin bəzi bölgələrdə verilməsində yaranan problemlərin aradan qaldırılması işinə başladı. Buna görə bayram günləri də daxil, Səhimdar Cəmiyyətin vəzifəli şəxsləri, mütəxəssisləri regionlara göndərildi. Bütün rayon mərkəzlərində qəsəbə və kəndlərində yararsız, istismar müddəti başa çatmış komplekt transformator məntəqələrinin yenilənməsi-müasir tipli avadanlıqlarla təchiz edilməsi prosesinə başlanılıb. Yeni güc mərkəzləri həm görünüşcə əvvəlkindən fərqlənir, həm də böyük texniki üstünlüklərə malik olmaqla yeni, müasir KTM-lərdir".Həmçinin standarta uygun gəlməyən alüminium naqillər özünüdaşıyan (ÖİN) izolyasiyalı kabellərlə dəyişdirilib. Bu işlərlə yanaşı uzun illər istismar olunan agac dayaqlar da yeni dəmir boru dayaqlarla əvəzlənir. Açıq tipli, uzun müddət istismarda oldugu üçün yararsız vəziyyətə düşmüş, heç bir standarta uygun gəlməyən alüminium naqillər özünüdaşıyan (ÖİN) izolyasiyalı kabellərlə dəyişdirilir. Bu tədbirlər abonentlərin elektrik enerjisinə olan təlabatını yaxşılaşdırmaqla bərabər normadan artıq texnoloji itkilərin azaldılmasına və uçot sisteminin daha təkmil şəkildə aparılmasına müsbət təsir göstərəcək".
"Azərişıq"ın 7 regional
idarəsi yaradıldı
İşlərə başlanan zaman aydın oldu ki, regionlarda durum həqiqətən də gərgindir. İllərdir ki, texnikalar yeniləşdirilməyib, naqillərdən tutmuş, digər texniki avadanlıqlara qədər əksər sahədə çıxılmaz durum yaranıb. Buna görə problemi daha köklü həll etmək üçün "Azərişıq"ın 7 regional idarəsi yaradıldı.
"Azərişıq"dan fantastik
nəticələr
I Avropa Oyunlarının həyata keçirilməsi üçün "Azərişıq" ASC-nin də üzərinə ağır vəzifələr düşmüşdür. Bir tərəfdən yenidənqurma işləri həyata keçirilir, digər tərəfdən isə yeni inşa edilmiş stadionların,şəhərciklərin işıqla təmin olunması kimi kompleks məsələlər gündəmdə idi. Ekspertlər hesab edir ki, işlərin əhatə dairəsi o qədər böyük idi ki, hətta əlavə güc olmazsa işləri başa çatdırmaq mümkün olmayacaqdı. Amma Baba Rzayev və komandası bu məsuliyyətli işin öhdəsindən gələ bildilər. Belə ki, əsas tədbirlərin keçiriləcəyi Olimpiya stadionunun elektrik təchizatı üçün uzun müddət istismarda olan 35/6 kv-luq 19 və 35 saylı yarımstansiyalar sökülərək yerində qapalı tipli yeni yarımstansiyalar inşa edilib.
35/6 kv-luq "Koroğlu" və 35 saylı yarımstansiyaları "Olimpiya stadionu" yarımstansiyası ilə 35 kv-luq kabel xətləri ilə əlaqələndirilib. Olimpiya stadionunun elektrik təchizatı bir-birindən asılı olmayan 4 müxtəlif 220 kv-luq güc mərkəzlərindən qidalanan 110 kv-luq yarımstansiyaların 35 kv-luq şəbəkəsi ilə təchiz olunur.
"Azərişıq" ASC-də I Avropa Oyunlarının keçiriləcəyi obyektlərin fasiləsiz, dayanıqlı və etibarlı elektrik enerjisi ilə təchizatını təmin etmək məqsədilə xüsusi plan təsdiq olunub və əməkdaşların yüksək səviyyədə hazırlığı ilə bağlı əks-qəza məşqlərinin keçirilməsi də intensivləşdirilib. Oyunların keçiriləcəyi ərazilərdə, o cümlədən oyunlarla əlaqəli obyektlərin – atletlər kəndi, media mərkəzi, mehmanxanalar, restoranlar və əyləncə mərkəzlərinin enerji təchizatının tam dayanıqlılığının təminatı məqsədilə "Azərişıq" ASC-nin 110- kv-luq 204, "Yeni Bayıl", "Xoca Həsən", "İçəri Şəhər", "Hava Limanı", "Dağlıq" və 35 kv-luq "Koroğlu", 19, 35, 80, 81, 88, 99, 208, 217, 218, "Gənclik", "Bayraq Meydanı", 102, 109, 118 saylı yarımstansiyalarının texniki vəziyyətləri və avtomatikaları yoxlanılaraq SCADA sisteminə qoşulub.
"Azərişıq"dan
dəyərli addım
Beləliklə "Azərişıq" ASC üzərinə düşən vəzifəni həyata keçirə bildi. Bununla yanaşı olaraq ASC həm də insanların çətin günündə onların yanında durmağın mümkünlüyünü də sübut edə bildi.Belə ki, mayın 19-da paytaxtın Binəqədi rayonu, Azadlıq prospekti, 200/36 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın hadisəsi ilə bağlı ASC insanlığa sığacaq əlamətdar addım atdı. ASC rəhbərliyi bu olayla bağlı xüsusi qərar qəbul etdi. Qərara əsasən, Binəqədi rayonu, Azadlıq prospekti, 200/36 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının sakinlərinin bütün elektrik borcları Səhmdar Cəmiyyətin hesabına ödənilib. Yanmış binanın sakinləri qarşıdakı aylarda da məskunlaşacaqları istənilən yerlərdə elektrik haqlarından azad ediləcək və həyatları normal axara düşənə qədər "Azərişıq" ASC bu abonentlərin bütün elektrik sərfiyyat xərclərini öz üzərinə götürür.
Fuad Əliyev
Digər Xəbərlər
2024-12-29 11:32:57
2024-12-29 11:32:55
2024-12-29 11:12:00
2024-12-29 11:05:37
2024-12-29 10:53:00
2024-12-29 10:51:43
2024-12-29 10:41:35
2024-12-29 10:26:07
2024-12-29 10:05:52
2024-12-29 09:59:25
2024-12-29 09:44:15
2024-12-29 08:53:05
2024-12-29 01:07:51
2024-12-29 01:00:26
2024-12-29 00:28:56
2024-12-29 00:08:51
2024-12-29 00:04:31