AXCP-də narazılıq böyüyür
10:59 26-05-2015
CƏMİYYƏT
AXCP-də narazılıq böyüyür
Partiya rəhbərliyinin avtoritar idarəetməsinə etiraz edənlər müxtəlif yollarla zərərsizləşdirilir
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Nərimanov rayon təşkilatının təşkilati məsələləri şöbəsinin müdiri Ağaşirin Tanrıverdioğlu partiyadan çıxarılıb.
"Unikal"ın məlumatına görə, Ağaşirin Tanrıverdioğlu deyib ki, AXCP-nin Nərimanov rayon təşkilatında 28 May-Respublika Günü ilə bağlı müşavirə çağrılıb və orda A.Tanrıverdioğlunun partiyadan çıxarılması ilə bağlı qərar qəbul edilib. A.Tanrıverdioğlu partiyadan kənarlaşdırılmasında AXCP sədri Əli Kərimlini və onun müavinlərini ittiham edib: "Həmin iclasda Gözəl Bayramlı qeyri-qanuni yolla müşavirəni Məclisə çevirdi. Heç bir əsas olmadan Əli Kərimlinin göstərişi, Fuad Qəhrəmanlı və Gözəl Bayramlının təkidi ilə məni partiyadan çıxardılar". O bildirib ki, partiyadan kənarlaşdırılmasına səbəb AXCP sədrinin müavini Fuad Qəhrəmanlıya qarşı çıxması olub: "Azərbaycanda müxalifət qüvvəsi kimi Milli Şura tanınır. Fuad Qəhrəmanlı isə kəskin göstəriş verdi ki, mitinqlərdə Cəmil Həsənlinin deyil, Əli Kərimlinin adını çəkin, qışqırın. Sonradan mən məlumat əldə etdim ki, Əli Kərimli Milli Şuranın sədri olmaq istəyir və partiyada sədrliyi Fuad Qəhrəmanlıya vermək istəyir. Mən də buna qarşı çıxdığım üçün, partiyadan kənarlaşdırdılar". A.Tanrıverdioğlu sabah partiyanı məhkəməyə verəcəyini deyib: "Ancaq mən bütün hallarda sabah partiyanı məhkəməyə verərək, onlardan 25 illik haqqımı tələb edəcəyəm".
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı isə bugünkü qərardan məlumatlı olmadığını deyib. O, A.Tanriverdioğlunun onunla bağlı ittihamlarını isə "cəfəngiyyat" adlandırıb.
Məsələylə bağlı "Unikal"a açıqlama verən BAXCP fəalı, hüquqşünas Mehman Muradlı burada təəccüblü bir şey olmadığını bildirib. Onun sözlərinə görə, Əli Kərimlinin yürütdüyü siyasəti hər kəsi partiyadan iyrəndirdiyi üçün insanlar aqressivləşirlər: "Sirr deyil ki, AXCP-nin sədri təşkiatda avtoritar idarəetmə yaradıb. Əli Kərimli təşkikatda ona qarşı çıxan hər bir kəsi bu və ya digər formada uzaqlaşdırır. Bu məsələdə ona yardım edənlər sadəcə unudurlar ki, bir zaman kəsiyindən sonra Kərimli onları da partiyadan uzaqlaşdıracaq. Buna əsas səbəb isə əli Kərimlinin pula hərisliyidi. Pul bölgüsündə dəfələrlə o təşkilatda narazılıq olub və nəticədə narazılıq edən şəxsləri partiyadan uzaqlaşdırıblar. Fuad Qəhramanlının isə partiyanın rəhbəri təyin olunması bir az inandırıcı görsənmir. Belə ki, əli Kərimlinin heç vaxt əlindəki resursu digər şəxsə ötürməsinə inanmıram. Yəqin bir müddət sonra əli Kərimli Fuadın da partiyadan uzaqlaşdırılması üçün göstəriş verəcək".
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-12-27 00:31:47
2024-12-26 22:00:42
2024-12-26 21:54:02
2024-12-26 20:52:23
2024-12-26 19:52:00
2024-12-26 19:47:33
2024-12-26 19:32:13
2024-12-26 19:23:06
2024-12-26 19:05:56
2024-12-26 17:34:23
2024-12-26 17:30:51
2024-12-26 17:04:00
2024-12-26 16:51:35
2024-12-26 16:31:12
2024-12-26 16:07:17
2024-12-26 14:51:44