Sərdar Cəlaloğlu: "Müsavatdakı vəziyyət düzəlməyəcək"
13:17 27-05-2015
CƏMİYYƏT
Sərdar Cəlaloğlu: "Müsavatdakı vəziyyət düzəlməyəcək"
Azərbaycan Demokrat Partiyası mitinq keçirməyi düzgün hesab eləmir. Bunu Modern.az-a partiyanın sədri Sərdar Cəlaloğlu deyib. O bildirib ki, mitinq və aksiyanı istənilən vaxt keçirmək mümkündür: "Mitinq hadisəsi sosial proses olduğuna görə bunu hansı fəsildə keçirməyin fərqi yoxdur. Sadəcə olaraq, gündəmlə bağlı proseslərin qəbul edəcəyi vəziyyətdən asılı olaraq mitinqlər keçirilir.
Əgər mitinqlərin keçirilməsi üçün konkret situasiya varsa, bu proses baş verir. Bizim partiya hesab edir ki, Konstitusiyanı nəzər alaraq Azərbaycanda ciddi küçə hərəkətlərini eləmək düzgün deyil. Ona görə də biz hələlik kütləvi aksiyalardan imtina eləmişik. Heç bir mitinqlərə də qoşulmuruq. Belə aksiyalarının nəticələrini də ziyanlı hesab edirik".
Son vaxtlar Müsavatda baş verən istefalara münasibət bildirən Sərdar Cəlaloğlu deyib ki, istefalar lider dəyişməsi ilə bağlıdır:
"Vaxtilə bizim partiyadan da Rəsul Quliyev və İlyas İsmayılov gedəndən sonra belə qopmalar olmuşdu. Bu cür hadisələr bir çox partiyalarda olub. Bunun baş verməsi təbiidir.
Liderlər gedəndən sonra ona görə partiya gələnlərin bir qismi istefa verir. Müsavatda baş verənlər göstərir ki, partiyada olan bir çox insanlar İsa Qəmbərin şəxsiyyəti ətrafında birləşmişdi. Yeni başqan gələndən sonra isə onu qəbul etmirlər. Bu səbəbdən də istefalar olur. Hesab edirəm ki, partiyadakı vəziyyət düzələn deyil. Partiyada Arif Hacılı və onun ətrafında olan şəxslər qalacaq".
Sevinc Yasinqızı
Digər Xəbərlər
2024-11-25 19:20:48
2024-11-25 19:03:45
2024-11-25 18:58:59
2024-11-25 18:48:59
2024-11-25 18:20:41
2024-11-25 17:09:33
2024-11-25 16:50:57
2024-11-25 16:33:16
2024-11-25 16:08:31
2024-11-25 16:05:04
2024-11-25 15:35:54
2024-11-25 15:29:58
2024-11-25 14:50:00
2024-11-25 14:48:05
2024-11-25 14:34:00
2024-11-25 14:24:03
2024-11-25 14:17:26
2024-11-25 14:14:54