Qubad İbadoğlunun təşkilatı qeydiyyata alınmadı
13:18 27-05-2015
CƏMİYYƏT
Qubad İbadoğlunun təşkilatı qeydiyyata alınmadı
Ədliyyə Nazirliyinin Hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti idarəsi Qubad İbadoğlunun rəhbərlik etdiyi Azərbaycan Demokratiya və Rifah Hərəkatı (ADR) İctimai Birliyinin qeydiyyatla bağlı təqdim etdiyi sənədləri geri qaytarıb. Teleqraf.com xəbər verir ki, bu barədə Qubad İbadoğlunun özü bildirib.
Qubad İbadoğlu bildirib ki, ADR Hərəkatının dövlət qeydiyyatı ilə bağlı sənədlərini "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" və "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunlarının tələblərinə uyğun surətdə hazırlanaraq Ədliyyə Nazırliyinə təqdim edilib.
Ədliyyə Nazirliyi ADR Hərəkatını qeydiyyata almaqdan imtina etmiş və bəzi texniki iradlarla sənədləri geri qaytarmışdır. Həmin iradlar nəzərə alınmaqla ADR Hərəkatının sənədlərini yaxın günlərdə yenidən qeydiyyata təqdim edəcək.
Müsavat Partiyası başqanlığına sabiq namizəd Qubad İbadoğlu və tərəfdarları "Azərbaycan Demokratiya və Rifah" (ADR) Hərəkatının yaradılması haqqında 2014-cü il dekabrın 4-də bəyannamə yayıb. 2015-ci il fevralın 21-də təsis konfransı keçirilib.
Bəyannamədə bildirilir ki, yeni yaradılan hərəkatın məqsədi Azərbaycanda etnik, dini, siyasi mənsubiyyətindən asılı olmayaraq hər bir ölkə vətəndaşının hüquq və azadlıqlarını və yüksək rifahını təmin edəcək azad, demokratik cəmiyyətin və hüquqi dövlətin qurulmasına töhfə verməkdir.
Digər Xəbərlər
2024-11-25 09:13:06
2024-11-25 08:53:18
2024-11-25 08:29:36
2024-11-25 00:14:00
2024-11-24 21:51:00
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33