Əli Kərimlinin xəyanəti AXCP-ni dağıdır
14:26 28-05-2015
CƏMİYYƏT
Əli Kərimlinin xəyanəti AXCP-ni dağıdır
Sabiq funksioner partiya rəhbərliyini və "Azadlıq" qəzetini məhkəməyə verib
"AXCP-də mənə münasibət çoxdandır, dəyişib. Məni partiya rəhbərliyini tənqid etməkdə ittiham edirlər. Bu onların xoşuna gəlmir".
Bunu Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Nərimanov rayon şöbəsi sədrinin müavini Dəyanət Babayev deyib. O, partiya rəhbərliyini tənqid etdiyi üçün "facebook" səhifəsinin dağıdıldığını iddia edir: "Bundan əvvəlki Məclisdə də mənim partiyadan çıxarılmağımla bağlı məsələ qoyulacaqdı. Lakin Ağaşirin Tanrıverdioğunun məsələsi qoyuldu və onu partiyadan çıxardılar. Həmin vaxt mən buna etiraz edəndə Məclis üzvü Babək Həsənli məni hədələdi. Mən də bu barədə "facebook" səhifəmdə yazandan sonra profilim dağıdıldı və deaktiv edildi. Hesab edirəm ki, səhifəm AXCP tərəfindən dağıdılıb. Dünən mən bu məsələnin araşdırılması üçün Milli Təhlükəsizlik Nazirliyinə müraciət etmişəm. Mənə qarşı partiya tərəfindən aqressiyanın yaranma səbəbini özüm də anlamıram. Mənə deyirlər ki, partiya rəhbərlinin siyasətini tənqid etdiyim üçün bu münasibət formalaşıb".
D. Babayev partiyadan istefa verəcəyini də istisna etməyib: "Mənə qarşı bu münasibətdə AXCP rəhbərliyinin rolu var. Mənə deyirlər ki, dövlət saytlarına açıqlama vermə, versəm, partiyadan qovulacağam. Mən qəti qərar vermişəm ki, profilimi dağıdanların AXCP funksionerləri olduğu sübuta yetirilərsə, həmin gün partiyadan istefa verəcəyəm".
AXCP-nin Təşkilat Şöbəsinin müdiri Rafiq Daşdəmirli isə D.Babayevin ittihamlarının araşdırılacağını və müvafiq qərar veriləcəyini bildirib.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Nərimanov rayon təşkilatının təşkilati məsələlələr şöbəsinin sabiq müdiri Ağaşirin Tanrıverdioğlu partiya rəhbərliyini və "Azadlıq" qəzetini məhkəməyə verib. A.Tanrıverdioğlu "Report"a açıqlamasında iddia ərizələrini 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinə təqdim etdiyini bildirib. O, AXCP rəhbərliyini və qəzeti məhkəməyə verməsinin səbəblərini də açıqlayıb: "Ömrümün 26 ilini AXCP-yə həsr etmişəm. Amma bunlar məni qanunsuz olaraq partiyadan xaric ediblər. Partiya rəhbərliyini məhkəməyə vermişəm ki, onlar məndən üzr istəsin. Ya da 156 min dollar məbləğində təzminat ödəməlidirlər. "Azadlıq" qəzetindən də təzminat tələb edirəm. Çünki həmişə bu qəzetə dəstək olmuşam, ianələr vermişəm. Amma bunlar mən partiyadan çıxarılandan sonra mövqeyimi dərc etməyiblər. Ona görə ki, qəzet AXCP sədri Əli Kərimliyə xidmət edir".
AXCP rəhbərliyi məsələyə münasibət bildirməkdən imtina edib. Xatırladaq ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Nərimanov rayon təşkilatının sonuncu müşavirəsində Ağaşirin Tanrıverdioğlunun fəaliyyətinə baxılıb və onun partiyadan xaric edilməsi barədə qərar qəbul olunub.
Qərib Gərayzadə
Digər Xəbərlər
2024-11-26 19:33:40
2024-11-26 19:16:18
2024-11-26 19:00:48
2024-11-26 18:42:18
2024-11-26 18:39:43
2024-11-26 18:21:48
2024-11-26 17:55:00
2024-11-26 17:36:00
2024-11-26 17:23:03
2024-11-26 17:16:48
2024-11-26 17:01:19
2024-11-26 16:46:10
2024-11-26 16:40:23
2024-11-26 16:33:13
2024-11-26 16:23:54
2024-11-26 16:22:15
2024-11-26 16:18:00
2024-11-26 16:17:42
2024-11-26 16:15:02
2024-11-26 15:57:05