"Azərişıq" ASC-nin sədri regionda görüş keçirib
14:29 28-05-2015
CƏMİYYƏT
"Azərişıq" ASC-nin sədri regionda görüş keçirib
Baba Rzayev: "Azərişıq" tərəfindən ilkin olaraq reabilitasiya planı hazırlanaraq həyata keçirilməsinə başlanılıb"
"Azərişıq" ASC-nin sədri Baba Rzayev mayın 26-da Mingəçevir şəhərində Mərkəzi Aran regionunun icra strukturlarının, rayon və şəhər elektrik təchizatı idarələrinin rəhbərlərinin iştirakı ilə görüş keçirib.
"Azərişıq" ASC-dən "Unikal"a verilən məlumata görə, görüşdə son aylar enerji sisteminin təchizatı ilə bağlı Mingəçevir və Naftalan şəhərləri, eləcə də Tərtər, Bərdə, Yevlax, Goranboy, Ucar, Ağsu, Göyçay, Ağdaş rayonlarında görülən irimiqyaslı işlər müzakirə edilib.
Görüş iştirakçıları əvvəlcə Mingəçevir şəhərinin mərkəzində Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad ediblər, abidəsi önünə əklil və gül dəstələri qoyublar. Görüşü açan Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov keçirilən görüşün əhəmiyyətindən və son aylar enerji sisteminin təchizatı ilə bağlı Azərbaycanın regionlarında, eləcə də Mingəçevir şəhəri və Mərkəzi Aran rayonlarında görülən iri miqyaslı işlərdən danışıb.
B. Rzayev bildirib ki, prezident İlham Əliyevin imzaladığı sərəncamdan irəli gələn vəzifələrin uğurla həyata keçirilməsi məqsədilə cəmiyyət tərəfindən geniş miqyaslı tədbirlər həyata keçirilir. O qeyd edib ki, mövcud vəziyyətin monitorinqi aparıldıqdan sonra "Azərişıq" tərəfindən ilkin olaraq reabilitasiya planı hazırlanaraq həyata keçirilməsinə başlanılıb.
"Azərişıq" ASC tərəfindən Bakı, Şimal, Qərb, Cənub, Aran, Mərkəzi-Aran və Şimal-Qərb regional idarələr yaradılıb. Reabilitasiya proqramına əsasən I mərhələdə regionlarda istehlakçıların fasiləsiz enerjiyə daha çox tələbatı olan region, şəhər, kənd və qəsəbələrdə 600 ədəd 10 kV-luq komplekt transformator məntəqələrinin quraşdırılmasına başlanılıb. Adından göründüyü kimi reabilitasiya planı ilkin mərhələ üçün təxirəsalınmaz tədbirlər görülməsini əhatə edir. Əsas görüləcək işlər regionların elektrik enerjisi ilə təchizatı işində əsaslı dönüşü nəzərdə tutan perspektiv inkişaf proqramı çərçivəsində həyata keçiriləcək. Təhvil alınan elektrik təchizatı şəbəkələri demək olar ki, yenidən qurulacaq və Bakı şəhərində olduğu kimi regionlarda da elektrik şəbəkələrinin yeni, müasir infrastrukturları yaradılacaq.
Cəmiyyətin sədri ölkənin enerji infrastrukturunun yenilənməsi ilə bağlı Azərbaycan hökuməti ilə Asiya İnkişaf Bankı arasında coxtranşlı kreditin ayrılmasına dair niyyət protokolu imzalandığını və yenidənqurma işlərinin isə ASC-nin daxili vəsaitləri hesabına aparıldığını da görüş iştirakçılarının diqqətinə çatdırıb.
Sonra Cəmiyyətin Texnoloji İnformasiya İdarəsinin rəisi Qalib Həmidov "Azərişıq" Mərkəzi Aran regionu üzrə mövcud vəziyyətin təhlili və görüləcək işlər barədə təqdimatla çıxış edib. Elektrik ötürücü xətlərinin istismar vəziyyəti, elektrik enerjisi istehsalı və yığımı, şəbəkənin ticari və texniki itkiləri, sayğaclaşmanın vəziyyəti, elektron ödəmələrin tətbiqi və elektron xidmətlərə qoşulma haqqında geniş məlumat verdi. Təqdimatda bildirildi ki, İnkişaf Planına uyğun olaraq artıq ölkənin Mərkəzi Aran regionuna 91 ədəd yeni KTM göndərilib, 74 ədədi quraşdırılıb və 22 ədədi artıq şəbəkəyə qoşulub. Qısa müddət ərzində 817 ədəd taxta dayaqlar yeni dəmir dayaqlarla əvəzlənib, 19,3 km uzunluğunda 0,4 kVt-luq yeni elektrik veriliş xətləri çəkilib. "Asan xidmət"lə inteqrasiya sahəsində də intensiv işlərin görüldüyü diqqətə çatdırılıb.
Mərkəzi Aran regionun icra strukturlarının rəhbərləri müşavirədə çıxış edərək keçirilən bu cür görüşlərin dəyərli olduğunu söylədilər. Hər bir iştirakçı təmsil etdiyi rayonun mövcud problemləri və görülən işlərdən danışıb. Qeyd olunub ki, "Azərişıq" tərəfindən aparılan reabilitasiya tədbirləri əhalinin enerji təchizatında çox böyük dəyişikliklər yaradıb. Bu da son nəticədə sakinlərin etibarlı və keyfiyyətli enerji təminatına müsbət təsir göstərib.
Görüşdə müvafiq qurumlar qarşısında duran vəzifələrdən danışıldı, ətraflı fikir mübadiləsi aparıldı və səmərəli təkliflər səslənib. Görüşdən sonra B. Rzayev I Avropa Oyunlarına hazırlıqla əlaqədar Mingəçevir şəhərində Üzgüçülük və Turizm infrastrukturlarının elektrik enerjisi ilə təchizatı və xidmət göstərəcək mühəndis və personalın hazırlığı vəziyyəti ilə tanış olub.
Elvin Rüstəmov
Digər Xəbərlər
2024-11-27 13:34:49
2024-11-27 13:24:12
2024-11-27 13:22:49
2024-11-27 13:19:08
2024-11-27 12:39:18
2024-11-27 11:29:13
2024-11-27 11:24:20
2024-11-27 11:15:59
2024-11-27 10:32:39
2024-11-27 10:15:58
2024-11-27 10:09:11
2024-11-27 09:58:21
2024-11-27 09:46:15
2024-11-27 09:19:14
2024-11-27 08:50:28
2024-11-26 22:28:55