Vergilər Nazirliyi Avropa Oyunlarına görə nəzarəti gücləndirdi
Banklar tərəfindən verilən sifarişlər üzrə təkcə keçən ildən bəri ölkəmizə 75 min ədəd POS-terminal gətirilib. Onların bir hissəsi "kart vasitəsilə birbaşa təmas olmadan" istifadəni nəzərdə tutan xüsusi qurğulardır ki, bunlar inkişaf etmiş ölkələrdə son illərdə tətbiq edilməkdədir.
Vergilər Nazirliyinin analitik informasiya şöbəsindən verilən məlumata görə, ilin əvvəlindən indiyədək respublikada POS-terminalların sayı 81,7 mindən 86 minə çatdırılıb. Fəaliyyətini dayandıran iki minə yaxın obyekt üzrə POS-terminallar qeydiyyatdan çıxarılıb. İndiyədək quraşdırılan POS-terminalların 62,4%-i Bakı şəhərinin, 37,6%-i isə regionların payına düşür.
Nazirlikdən verilən məlumata görə, 2015-ci ildə əlavə quraşdırılan POS-terminalların sayında regionların payı daha çoxdur. Xüsusilə Sumqayıt, Mingəçevir, Şəmkir, Şirvan və Lənkəran şəhərlərində, Abşeron, Şamaxı, İsmayıllı, Oğuz, Qəbələ, Şəki, Göyçay, Balakən, Qax və Zaqatala rayonlarında POS-terminalların quraşdırılması daha fəal həyata keçirilib. May ayından bütün respublikada, xüsusilə Bakı və Mingəçevir şəhərində yerləşən 30287 obyekt üzrə POS-terminalların işlək vəziyyətdə olması yoxlanılıb, onlardan 1632-nin nasaz olduğu müəyyən edilib və 1430-u təmir olunaraq obyektlərə qaytarılıb. Bu qurğuların işlək vəziyyətdə olması yoxlanılan zaman POS-terminallardan istifadə qaydaları bir daha vergi ödəyicilərinə və ya onların işçilərinə əyani şəkildə göstərilib.
Statistik göstəricilərə əsasən, POS-terminalların tətbiqinin genişləndirilməsi nağdsız dövriyyənin artmasına da tədricən təsir göstərməkdədir. Nağdsız ödənişlərin həcmi 2014-cü ilin ilk rübü ərzində 154 milyon manat olduğu halda, 2015-ci ilin müvafiq dövrü üzrə bu rəqəm 172 milyon manat təşkil edib, artım həcmi 18 milyon və ya 12% olub.
Vergilər Nazirliyi tərəfindən POS-terminallardan istifadənin üstünlükləri və istifadə qaydası barədə həm əhali, həm də vergi ödəyiciləri arasında mütəmadi məlumatlandırma işləri aparılır. Nazirliyin hazırladığı "POS-terminalların tətbiqi ilə əlaqədar vergi ödəyicilərinin məlumatlandırılması zamanı görülməli işlərə dair tövsiyələr" vergi ödəyicilərinə obyektlərdə quraşdırılmış POS-terminallardan istifadə vərdişlərinin aşılanması, eləcə də nağdsız ödənişlərin əlverişliliyi və üstünlükləri barədə geniş izahat və təbliğat işlərinin həyata keçirilməsi üçün nəzərdə tutulub. Bundan əlavə, əhalinin məlumatlandırılması məqsədilə sahibkarlıq obyektlərinin görünən yerlərində stiker formasında təbliğat-təşviqat lövhələri quraşdırılıb.
Toğrul
Digər Xəbərlər
2024-11-27 13:34:49
2024-11-27 13:24:12
2024-11-27 13:22:49
2024-11-27 13:19:08
2024-11-27 12:39:18
2024-11-27 11:29:13
2024-11-27 11:24:20
2024-11-27 11:15:59
2024-11-27 10:32:39
2024-11-27 10:15:58
2024-11-27 10:09:11
2024-11-27 09:58:21
2024-11-27 09:46:15
2024-11-27 09:19:14
2024-11-27 08:50:28
2024-11-26 22:28:55