Rusiya Azərbaycana qarşı düşündüyü "qaz planı"nı gerçəkləşdirir
10:17 02-06-2015
CƏMİYYƏT
Rusiya Azərbaycana qarşı düşündüyü "qaz planı"nı gerçəkləşdirir
Kreml qaz müharibəsində son "kozır"a əl atır: pul!
Rusiyanın "Qazprom" şirkəti mübahisəli "Türk axını" qaz kəmərinin Yunanıstandan keçən hissəsinin tikintisini maliyyələşdirməyə hazırdır.
Bu haqda "Kommersant" Rusiyanın qaz monopolistinin rəhbəri ilə Yunanıstanın energetika naziri Panayiotis Lafazanislə ötən həftə Moskvada aparılmış danışıqların nəticələrinə istinadən yazır.
"Türk axını" layihəsinin Avropada şübhə ilə qarşılandığı bir vaxtda "Qazprom" danışıqlara sonuncu və ən təsirli aləti daxil edir-pul.
Bu vaxta qədər kəmərin quru hissəsinin tikintisini üzərinə götürməkdən imtina edən "Qazprom" mövqeyini dəyişib və ən azından Yunanıstana kəmərin tikintisini maliyyələşdirmək variantını təklif edib.
"Türk axını"nın sələfi olan "Cənub axını" kəmərini də məhz bu sxemlə inşa etmək nəzərdə tutulmuşdu"-qəzet yazır.
"Türk axını" kəmərinin Yunanıstandan keçən hissəsinin tikintisi 2 milyard avroya başa gələ bilər. İndiyədək "Qazprom" Yunanıstana ancaq onu vəd edirdi ki, bu kəmərlə iştirakçı ölkələrin ərazisindən qaz nəqlinə təminat verir. Bu isə iştirakçı ölkələrə kəmərin inşası üçün kreditlər cəlb etməyə imkan yaradacaq.
Öz növbəsində Afina Rusiyadan milyardlarla avro dövlət krediti almağı və sonradan onu "Türk axını"ından əldə ediləcək tranzit gəlirləri hesabına qaytarmağı nəzərdə tuturdu. Ancaq Moskva kredit verməyə razı olmayıb, hətta etiraf edib ki, bunu etmək mümkün deyil. Çünki Yunanıstanın iri kreditoru olan Avropa İttifaqı bu ölkənin başqa mənbələrdən maliyyələşməsinə baryerlər yarada bilər.
"Türk axını" kəməri Azərbaycan qazını Avropaya çatdıracaq Cənub Qaz Dəhlizinə rəqib layihə kimi də nəzərdən keçirilir. Hərçənd ki, SOCAR bu layihədən narahat olmadığını açıqlayıb.
"Qazprom" hazırda birtərəfli qaydada kəmərin Qara dənizin Rusiyanın iqtisadi zonasına aid hissəsində tikintisini başlatdığını elan edib.
Türkiyə tərəfi isə hələlik bu layihəyə dair hər hansı razılaşmaya imza atmayıb. Türkiyə tərəfinin mövqeyi bu ölkədə yaxın günlərdə keçiriləcək parlament seçkilərindən sonra dəqiqləşə bilər.
Analitiklərin qənaətinə görə, "Qazprom"un Yunanıstanı ciddi-cəhdlə "Türk axını" kəmərinə qoşmaq səylərində ən ciddi "kozır"ı ortaya atması vəziyyəti onun xeyrinə dəyişdirə bilər. ABŞ və Avropa İttifaqı Yunanıstana təzyiq edirlər ki, bu layihədən uzaq dursun və Azərbaycan qazını Avropaya nəql edəcək TAP kəmərinin tikintisinə başlasın.
Yunanıstanın energetika naziri isə bir daha təsdiq edib ki, onun ölkəsi "Türk axını" layihəsini dəstəkləyir.
Digər Xəbərlər
2024-11-27 13:34:49
2024-11-27 13:24:12
2024-11-27 13:22:49
2024-11-27 13:19:08
2024-11-27 12:39:18
2024-11-27 11:29:13
2024-11-27 11:24:20
2024-11-27 11:15:59
2024-11-27 10:32:39
2024-11-27 10:15:58
2024-11-27 10:09:11
2024-11-27 09:58:21
2024-11-27 09:46:15
2024-11-27 09:19:14
2024-11-27 08:50:28
2024-11-26 22:28:55