Mikayıl Cabbarov internat məktəblərini ləğv edir
13:42 05-06-2015
CƏMİYYƏT
Mikayıl Cabbarov internat məktəblərini ləğv edir
Nazir deyir ki, xüsusi qayğıya ehtiyacı olan uşaqların ümumtəhsil prosesinə cəlb edilməsi əlavə resurslar tələb edir
"De-institutlaşdırma proqramında internat məktəblərinin ləğv olunması nəzərdə tutulub". Bunu təhsil naziri Mikayıl Cabbarov deyib.
Onun sözlərinə görə, proses mexaniki şəkildə deyil, məqsədyönlü formada həyata keçirilir: "Məqsədimiz mövcud olan internat təhsil müəssisələrində vəziyyəti ildən-ilə təkmilləşdirməkdir. Eyni zamanda, orada təhsil alan uşaqların tədricən bioloji ailələrinə qaytarılması və yaxud yeni tipli münasibət formasına keçirilməsi üçün işlər görülür. Bununla da onların ümumtəhsil məktəblərinə qatılması və inklüziv təhsillə əhatə edilməsi prosesləri həyata keçirilir".
Nazir əlavə edib ki, xüsusi qayğıya ehtiyacı olan uşaqların ümumtəhsil prosesinə cəlb edilməsi əlavə resurslar tələb edir: "Ona görə də bu prosesin sürəti bu və ya digər faktorlardan da asılıdır. Proses davam etdiriləcək. İnternatların ümumtəhsil müəssisələrinə və peşə təhsil məktəblərinə çevrilməsi ilə internat məktəblərinin sayının azaldılması, eləcə də orada qayğı ilə əhatə olunan uşaqlara təqdim edilən həm keyfiyyət, həm də əhatəsinə görə səviyyənin yüksəldilməsi nəzərdə tutulur".
Ümumi vəziyyətə toxunan M.Cabbarov hesab edir ki, bu sahədə son illərdə müsbət dəyişikliklər baş verib: "Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyavanın bu sahəyə diqqəti və qayğısı göz qabağındadır. Aidiyyəti dövlət orqanları, o cümlədən Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən xüsusi tipli təhsil, tərbiyyə müəssisələri üçün qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olmaq əsas hədəflərdəndir".
Digər Xəbərlər
2024-11-25 09:27:37
2024-11-25 09:13:06
2024-11-25 08:53:18
2024-11-25 08:29:36
2024-11-25 00:14:00
2024-11-24 21:51:00
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46