"Ermənistanda baş verənlər xalqın hazırkı cinayətkar və anti-xalq rejiminə qarşı üsyanıdır"
16:01 26-06-2015
CƏMİYYƏT
"Ermənistanda baş verənlər xalqın hazırkı cinayətkar və anti-xalq rejiminə qarşı üsyanıdır"
Əli Həsənov: "Qərbin Ermənistanda baş verən ciddi qanun pozuntularına, vətəndaşlara qarşı qəddar davranışa dair davamlı susqunluğu diqqəti cəlb edir"
"Ermənistandakı kütləvi aksiyalar erməni xalqının cinayətkar və anti-xalq Serj Sarkisyan rejiminə, bu hakimiyyətin dövründə sosial problemlərin milli fəlakət səviyyəsinə yüksəlməsinə, korrupsiya və rüşvətxorluğun dövlət siyasətinə çevrilməsinə, anti-demokratik üsul-idarəçiliyə, insanların haqq səsinin boğulmasına və onların kütləvi şəkildə ölkəni tərk etməsinə qarşı üsyandır".
Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Ermənistanda iyunun 20-dən başlayan etiraz aksiyaları ilə bağlı sualı cavablandırarkən belə deyib. Əli Həsənov qeyd edib ki, etiraz aksiyasının hakimiyyət qüvvələri tərəfindən sərt şəkildə və xüsusi amansızlıqla dağıdılması bu ölkədə anti-demokratik durumun əyani göstəricisidir: "Yüzlərlə insan döyülüb, onlara fiziki xəsarət yetirilib, zorakılıq tətbiq olunub. Aksiyanın dağıdılması üçün xüsusi texniki vasitələrdən geniş istifadə olunub. Hətta aksiyanı işıqlandıran jurnalistlər, həmçinin hüquq müdafiəçiləri polis və xüsusi xidmət orqanları əməkdaşlarının zorakılığına məruz qalıb və həbs olunublar. Ermənistan hakimiyyəti xalqın qəzəbindən qorxaraq ən qəddar vasitələrə əl atıb".
Prezidentin köməkçisi qeyd edib ki, adətən Azərbaycanda kiçik bir hadisəni şişirdərək rəsmi strukturlar səviyyəsində münasibət bildirən Qərb dairələrinin susqunluğu təəccüb doğurmaya bilməz: "Azərbaycanda hansısa kiçik bir məsələyə ABŞ Dövlət Departamenti, Avropa Parlamenti, Avropa Şurası, ATƏT, ayrı-ayrı Avropa dövlətlərinin rəsmi qurumları səviyyəsində münasibət bildirən Qərbin Ermənistanda baş verən ciddi qanun pozuntularına, vətəndaşlara, KİV nümayəndələrinə, hüquq müdafiəçilərinə qarşı qəddar davranışa dair davamlı susqunluğu diqqəti cəlb edir. Azərbaycanda konkret cinayət əməli törətmiş hansısa şəxsin həbsini Dövlət Departamenti səviyyəsində tənqid edən ABŞ hökuməti Ermənistandakı hadisələrə bu ölkədəki səfirliyi vasitəsilə münasibət bildirdi. Münasibətin özü də daha çox beynəlxalq ictimaiyyətin diqqətini məsələnin mahiyyətindən yayındırmaq cəhdindən başqa bir şey deyildi.
Həmin gün AŞPA-nın plenar sessiyasında Azərbaycanı tənqid edən bəzi avroparlamentarilər özlərini elə apardılar ki, sanki Ermənistanda heç bir hadisə baş vermir. Qərb mediası məsələni səthi işıqlandırmaqla kifayətləndi, beynəlxalq QHT-lər isə ümumiyyətlə bu hadisəyə toxunmadılar. Azərbaycana qarşı qərəzli münasibətilə seçilən "Freedom House" təşkilatı Ermənistanda aksiyaçılara divan tutulduğu gün hesabat yayaraq, bu ölkəni az qala "demokratiya nümunəsi" kimi təqdim etdi.
Bütün bunlar Qərbin ikili standartlar, ayrı-seçkilik siyasətinin göstəricisidir. Bir ölkəyə qarşı planlı şəkildə, davamlı olaraq qarayaxma kampaniyası təşkil olunduğu halda, digər qonşu ölkədə etiraz aksiyasının amansız şəkildə dağıdılmasına, insan haqlarının tapdanmasına göz yumulması başqa cür adlandırılan bilməz".
Fuad Əliyev
Digər Xəbərlər
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18
2024-11-27 13:51:44
2024-11-27 13:45:22
2024-11-27 13:34:49
2024-11-27 13:22:49
2024-11-27 13:19:08
2024-11-27 11:29:13