Səlim Müslümov qəbul keçirdi, tapşırıqlar verdi
16:03 26-06-2015
CƏMİYYƏT
Səlim Müslümov qəbul keçirdi, tapşırıqlar verdi
Nazir: "Bütün müharibə əlilləri və şəhid ailələri mənzillə təmin olunacaq"
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Qəbələ rayonunda bu rayonun və Şəki, Oğuz, Balakən, Zaqatala, Qax rayonlarının sakinlərini fərdi qaydada qəbul edib.
Nazirliyi İctimaiyyətlə əlaqələr şöbəsindən "Unikal"a verilən məlumata görə, "Açıq qapı" şəraitində keçən qəbul zamanı vətəndaşlar əsasən dövlət büdcəsi hesabına mənzil və minik avtomobilləri ilə təmin olunma, bərpa-müalicəsinə köməklik edilməsi, məşğulluğun təminatı, sosial xidmət müəssisəsinə qəbul edilmə, istehsalat xəsarətinə görə müavinətin təyin olunması, əmək hüquqlarının müdafiəsi, peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunma və digər məsələlərlə bağlı müraciət ediblər. Hər bir müraciət nazirliyin aidiyyəti struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə diqqətlə araşdırılaraq cavablandırılıb. S.Müslümovun tapşırığı əsasında bir sıra müraciətlərdə əksini tapan məsələlərin qısa vaxt ərzində həllini tapması, ayrı-ayrı vətəndaşların bərpa-müalicəsinə köməklik göstərilməsi, lazımi reabilitasiya avadanlıqları, əlilliyi olan şəxslərin sanator-kurort yollayışı ilə təmin olunması və s. barədə tapşırıqlar verilib.
"İndi respublikanın demək olar ki, bütün bölgələrində müharibə əlilləri və şəhid ailələri üçün mənzillər tikilir. Bakıda 96 mənzilli, İmişli, Beyləqan rayonlarında hər biri 54 mənzilli, Şamaxı rayonunda 36 mənzilli yaşayış binaları inşa olunur. Bununla bərabər, Bakıda, Sumqayıtda, Gəncədə, Mingəçevirdə istismara hazır binalardan alınmış mənzillər təmir edildikdən sonra qeyd olunan təbəqələrə aid şəxslərin istifadəsinə veriləcəkdir. Digər tərəfdən, ölkənin regionlarında 379 fərdi ev, o cümlədən Qəbələ rayonunda 3 ədəd, Şəki rayonunda 6 ədəd, Oğuz rayonunda 5 ədəd, Balakən rayonunda 3 ədəd, Zaqatala rayonunda 16 ədəd, Qax rayonunda 3 ədəd fərdi ev inşa olunur. Onların bu il ərzində istifadəyə verilməsi təmin ediləcək. 2014-cü ilədək bütün növbədə olan müharibə əlilləri və şəhid ailələrinin mənzillə təminatını yaxın illərdə həyata keçirəcəyik", - deyə S.Müslümov bildirib.
Ayrı-ayrı şəxslərin minik avtomobilinə tibbi göstərişinin olub-olmamasının müəyyən edilməsi üçün onların müayinəsinin aparılması barədə göstəriş verən nazir bildirib ki, müharibə əlilləri və onlara bərabər tutulan şəxslərin minik avtomobili ilə təminatının sürətlənməsi bu məqsədlə növbəyə dayanmaq istəyənlərin sayının artmasına səbəb olub: "Lakin burada qanunvericiliyə əməl olunmasına və şəffaflığın təminatına ciddi nəzarət həyata keçirilir. Təkcə cari ilin yanvar-mart aylarında TSEK-lərə müraciət edənlərdən yalnız 31,1%-nin (130 nəfər) minik avtomobilinə tibbi göstərişinin olduğu müəyyən edilib və onlara həmin göstərişlər verilərək növbəyə götürülüb".
Qəbul zamanı iş yeri ilə təmin edilmək üçün müraciət edən şəxslərin məşğulluğunun təminatına yerindəcə köməklik göstərilib. Ünvanlı sosial yardım və əlillik təyinatı ilə bağlı müraciətlər azlıq təşkil edib və həmin müraciətlərin obyektiv araşdırılaraq konkret tədbirlər görülməsi tapşırılıb. Bir sıra müraciətlər nazirliyin fəaliyyət sahələrinə aid olmayan məsələlərlə bağlı olduğundan onlar müvafiq qurumlara göndərilməsi üçün qeydiyyata alınıb.
Hüseyn İsgəndərov
Digər Xəbərlər
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18
2024-11-27 13:51:44
2024-11-27 13:45:22
2024-11-27 13:34:49
2024-11-27 13:22:49
2024-11-27 13:19:08
2024-11-27 11:29:13