Avropa

Avropa Oyunlarında qalib gəlmiş idmançılarımız mükafatlandırıldı

İyunun 29-da birinci Avropa Oyunlarında qalib gəlmiş idmançılarımız, onların məşqçiləri, Azərbaycan idman ictimaiyyətinin nümayəndələri və Oyunların təşkilində xidmətləri olmuş xarici tərəfdaşlarla görüş keçirilib.

AzVision.az xəbər verir ki, görüşdə prezident İlham Əliyev ilk Avropa Oyunlarında qalib gələn idmançıları mükafatlandırıb. Yarışda qızıl medal qazanan idmançılar "Şöhrət", bürünc medal sahibləri isə "Tərəqqi" medalına layiq görülüb.
İdmaçılar onlara təqdim edilən mükafatları sosial şəbəkədə paylaşıblar.
I Avropa Oyunlarında çıxış etmiş idmançıların "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
AzVision.az xəbər verir ki, sərəncama əsasən Azərbaycan idmanının inkişafındakı xidmətlərinə görə aşağıdakı idmançılar "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif ediliblər.
Ölkə başçısının digər sərəncamı ilə "Bakı 2015" Avropa Oyunları üzrə Koordinasiya Komissiyası sədrinin müavini Zlatko Matesa "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilib.
Prezident həmçinin Avropa Olimpiya Komitələri İcraiyyə Komitəsinin üzvlərini də təltif edib.
I Avropa Oyunlarının təşkili və uğurla keçirilməsində səmərəli fəaliyyətlərinə görə Avropa Olimpiya Komitələri İcraiyyə Komitəsinin üzvləri "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif ediliblər.
Prezident İlham Əliyev "Bakı 2015" Avropa Oyunları Əməliyyat Komitəsi əməkdaşlarının "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
I Avropa Oyunlarının təşkili və uğurla keçirilməsində səmərəli fəaliyyətlərinə görə "Bakı 2015" Avropa Oyunları Əməliyyat Komitəsinin əməkdaşları "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif ediliblər.
Ölkə başçısı həmçinin "Bakı 2015" Avropa Oyunları Əməliyyat Komitəsinin I Avropa Oyunlarının keçirilməsini təmin etmiş əməkdaşlarının "Dostluq" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Azərbaycan Respublikasında olimpiya hərəkatının inkişafında böyük xidmətlərinə və I Avropa Oyunlarının təşkilində səmərəli fəaliyyətlərinə görə "Bakı 2015" Avropa Oyunları Əməliyyat Komitəsinin əməkdaşları "Dostluq" ordeni ilə təltif ediliblər.
Prezident İlham Əliyev Azərbaycan idmanının inkişafındakı xidmətlərinə görə I Avropa Oyunlarında uğurla çıxış etmiş idmançıların məşqçiləri "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edib.