Azad

Azad Rəhimov hesabat Verdi

Nazir: "Biz bu işin öhdəsindən gəldik"

"Bakı-2015" I Avropa Oyunlarının bağlanmış mərasimi ilə bağlı mətbuat konfransı keçirilib.
Gənclər və idman naziri Azad Rəhimov çıxışında media nümayəndələrinə təşəkkür edib: "Avropa Oyunları ərzində xarici mütəxəssislər çox gözəl bir ifadə işlədirdilər. Biz sonuncu deyil, davamlı şəkildə görüşəcəyik. Media nümayəndələrinə təşəkkür edirəm. Siz bu yarışları çox yaxşı işıqlandırdınız və düzgün məlumatlar yazdınız. Sözsüz ki, bu müddətdə Azərbaycanı sevən insanlar sevindi və onlar indi möhtəşəm tədbirin başa çatmasına təəssüflənirlər. Xarici qonaqlar artıq ölkəni tərk edir. Onlar aeroportdan zəng edib bizə təşəkkür edirlər. Biz 2 il yarım müddətində bu işi üzərimizə götürdük və öhdəsindən gəldik".
Dünən baş tutan bağlanış mərasimindən danışan nazir deyib ki, biz komanda olaraq bu işin öhdəsindən gəldik: "İdmançılarlmızın nəticəsinə gəlincə, gözləmirdik ki, Avropa Oyunlarında Azərbaycan 2-ci yerə çıxacaq. Onlar adlarını Azərbaycan tarixinə yazdırdılar. Prezident İlham əliyev bu gün bütün idmançıları və əməyi keçən hər kəsi təbrik etdi. İdman zallarındakı mənzərələrdə bizi sevindirdi. Azarkeşlər idmançılarımızı tək buraxmadılar . Prezident İlham əliyev xaricdən gələn jurnalistləri də bu gün təbrik etdi. Bayram bu gün bitir. Biz çox istəyərdik ki, belə bayramlar tez-tez olsun və xaricdən gələnlərə öz qonaqpərvərliyimizi göstərək".
Daha sonra şıxış edən "Bakı-2015" Birinci Avropa Oyunlarının Əməliyyatlar Komitəsinin baş direktoru Saymon Kleqq bildirib ki, 2500-ə yaxın və azərbaycan və xarici əməkdaşlar bu layihə üzərində çalışıb:
"İstənilən təşkilat komitəsi müxtəlif təcrübəli insanları bir araya toplayır və bütün bu insanlar çalışır ki, məqsədə çatsın. 2500-dən çox könüllü, məşəlçi bu işin tərkib hissəsi idi. Onlar hər gün gülərüz sima ilə çalışırdı ki, bu tədbir yüksək səviyyədə təşkil olunsun. Açılış mərasimi bənzərsiz nailiyyət idi".
O, qeyd edib ki, iki idman növü birbaşa və ya dolayısı ilə Rio Olimpiyadasına lisenziya xarakteri daşayırdı:
"İmkan yarandı ki, onlar bu idman növlərinə maraq çəksinləır. Bu fürsət ola bilər ki, həmin qeyri-olimpiya oyunları 2020-ci ildə Olimpiya oyunlarına daxil ola bilsinlər. Olimpiya oyunlarından asılı olmayaraq Avropa oyunları yüksək səviyyədə keçdi".