"Zaminbank"a qarşı ağır ittiham
Bankın adı saxtalaşdırmada hallanır
"Zaminbank" ASC-dən şikayət var. Belə ki, Ucar rayonu Koroğlu küçəsi ev 25 sakini Fətalıyev Məzahir Mikayıl oğlu tərəfindən femida.az-a şikayət məktubu daxil olub. Məktubun mətnini olduğu kimi təqdim edirik: "Zaminbank" ASC-nin Göyçay filialının Ucarda yerləşən 18 nömrəli şöbəsinin Ziya adlı müdiri mənim xəbərim olmadan saxta sənədlər tərtib edərək kredit müqaviləsində məni zamin kimi göstərməklə ciddi qanunsuzluq edib ki, bu cinayət əməlidir. Belə ki, 2014-cü il tarixdə Ucar rayon sakini Elman Daşdıyevin "Zaminbank" ASC-nin Göyçay filialının 18-ci şöbəsindən kredit götüb. Həmin vaxt zaminlik müqaviləsinə imza etmişdim. Ancaq həmin krediti Elman Daşdıyev ödəmiş və yenidən "Zaminbank"ASC-nin Göyçay filialının 18-ci şöbəsindən götürdüyü kredit müqaviləsində mənim zaminliyimi xəbərim olmadan qeyd edib əvəzimə imza edilib. Bütün bu saxtakarlıqları , özbaşınalıqları "Zaminbank" ASC-nin Göyçay filialının 18-ci şöbəsinin Ziya adlı müdiri edib. Elman Daşdıyev kreditin ödənilməsini gecikdirdiyi üçün "Zaminbank" ASC-nin Göyçay filialı tərəfindən 19.06.2015-ci il tarixli məktubla bildiriş həm kredit götürən şəxsə və mənə təqdim edilib. Yalnız bundan sonra mənə məlum olub ki, "Zaminbank" ASC-nin Göyçay filialının 18-ci şöbəsinin Ziya adlı müdiri saxtakarlıq edib mənim xəbərim olmadan zamin kimi kredit müqaviləsinə adımı qeyd edib. Mən bu barədə həmin şəxsə bildirdim. Ancaq bir daha bildirirəm ki, mən "Zaminbank" ASC-nin Göyçay filialının 18-ci şöbəsi ilə vətəndaş Daşdıyev Elman Nəsrəddin oğlu arasında ikinci dəfə bağlanılmış kredit müqaviləsində zaminlik etməmişəm, həmin müqaviləyə mənim əvəzimə imza edilib, hər hansı arayış təqdim etməmişəm, həmin arayış əgər varsa tam qanunsuzdur. Bu cinayət faktının araşdırılıb "Zaminbank" ASC-nin Göyçay filialının Ucarda yerləşən 18 nömrəli şöbəsinin Ziya adlı saxtakar müdiri barəsində qanuna müvafiq tədbirlər görülməlidir. Mən bu cinayət əməli barədə hüquq-mühafizə orqanlarına şikayət ərizəsi ilə müraciət etmişəm. Nəticəni gözləyirəm".
Qərib Gərayzadə
Digər Xəbərlər
2025-03-03 13:36:00

2025-03-03 13:29:00

2025-03-03 13:13:00

2025-03-03 12:48:00

2025-03-03 12:36:37

2025-03-03 12:11:20

2025-03-03 11:51:11

2025-03-03 11:44:10

2025-03-03 11:43:00

2025-03-03 11:40:15

2025-03-03 11:22:00

2025-03-03 10:45:00

2025-03-03 10:36:00

2025-03-03 10:27:36

2025-03-03 10:02:26

2025-03-03 09:38:00

2025-03-03 09:22:06

2025-03-03 09:11:00

2025-03-03 08:54:16

2025-03-03 00:30:49
