Əkbər Hacıyevin işçilərinə qarşı ağır ittiham
09:28 02-07-2015
CƏMİYYƏT
Əkbər Hacıyevin işçilərinə qarşı ağır ittiham
"Azəriqaz" məmurları şikayətçinin evinə basqın edib?
Ucar rayonunun Gəraybəyli kəndində yaşayan Həmidov Samir Tarif oğlu tərəfindən strateq.az-a şikayət məktubu daxil olub.
Şikayətçi yazır ki, "Azəriqaz" İstehsalat Birliyi Ağsu Regional Qaz İstismar İdarəsinin və onların tabeçiliyində olan Ucar Xidmət Sahəsinin əməkdaşları heç bir qanunu əsas olmadan onun yaşadığı evə basqın edərək, qaz sayğacının plombunu qəsdən qırıblar: "Ağsu Regional Qaz İstismar İdarəsinin 2 əməkdaşı dayım Məmmədov Nadir Əziz oğlunun adına olan və mənim yaşadığım evə gəlib, heç bir sənəd təqdim etmədən qaz sayğacıma müdaxilə etdilər. Onlar sayğacın plombunu qırdılar və bunun mənim tərəfimdən edildiyini utanmadan israr etdilər. Bu hadisədən bir neçə gün sonra Ucar Xidmət Sahəsinin əməkdaşları gəlib, qəsdən yararsız hala salınmış qaz sayğacını açıb apardılar ki, guya laboratoriyaya göndəriləcək. Buna görə də bizə 216 manat cərimə yazdılar. Guya qaz sayğacına müdaxiləni biz etmişik. Bundan başqa, qazdan istifadəyə görə heç bir borcumuz olmasa da, 116 manat da əsas borc yazıblar. Qonşuların və ya digər şəxslərin iştirakı olmadan özlərinin tərtib etdikləri saxta akta ancaq özləri imza ediblər...".
Şikayətçi deyir ki, "Azəriqaz"ın işçilərinin bu qanunsuz əməlləri evlərinin qarşısında quraşdırılmış müşahidə kamerası vasitəsi ilə çəkilib.
Məsələ ilə bağlı qarşı tərəfi də dinləməyə hazırıq.
Eyni zamanda "Azəriqaz"ın rəisi Əkbər Hacıyevin son vaxtlar işçiləri ilə bağlı mətbuatda artan şikayətlərə hansı reaksiyanı verəcəyi maraq doğurur. Gəlin gözləyək.
Elvin
Digər Xəbərlər
2024-11-27 17:04:00
2024-11-27 16:45:00
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18
2024-11-27 13:51:44
2024-11-27 13:45:22
2024-11-27 13:34:49
2024-11-27 13:22:49
2024-11-27 13:19:08