Avropanın Azərbaycana qərəzi nədən qaynaqlanır?
"Siyasi məhbus" adı verilən bir qrup şəxsin taleyi bir milyondan artıq məcburi köçkünün taleyindən daha önəmlidirmi?
Zaman keçdikcə siyasi mübarizənin, eləcə də bir dövlətin digərini işğal etmək metodlarının mahiyyətində ciddi dəyişikliklər baş verib.
Əgər orta əsrlərdən başlayaraq son 100 ilə qədər işğalın yalnız bir – silahlı müdaxilə forması vardısa artıq yaşadığımız 21-ci əsrdə çox şeylər dəyişib. İndi Qərb özünün "yüksək dəyərlər" adını verdiyi təzyiq üsulları ilə digərlərini daim nəzarəti altında saxlamağa çalışır. "Demokratiya", "söz azadlığı", "siyasi məhbus məsələsi" və s elə bu baxımdan Qərbin işğalçı ordusunun "kəşfiyyat taborunun əsgərləri" funksiyasını yerinə yetirir.
Hazırkı durumda Azərbaycanın timsalında bir müsəlman ölkəsinin bu qədər inkişafı, bütün dünya dövlətləri ilə əməkdaşlıq etməsi, inamla irəliyə doğru addımlaması Avropanın müəyyən dairələrini narahat edir. Avropa isə əsassız ambisiyalarından əl çəkə bilmir. Son zamanlar bəzi Avropa dairələrindən ölkəmizə qarşı irəli sürülən əsassız iddialar da məhz həmin maraqdan qidalanır.
Maraqlıdır ki, Azərbaycan həmişə Avropaya açıq olub. Amma çox təəssüf ki, bizə münasibətdə bunun əksi sərgilənir, əsas məsələlər kənara qoyularaq uydurulmuş, qeyri-real məsələlər müzakirə olunur. Bu gün Azərbaycan cəmiyyətini daha bir problem narahat edir. Tez–tez müşahidə edirik ki, bəzi insanlar ayrı-ayrı ölkələrdən ideal demokratiya tələb edərək öz ölkələrindəki duruma və orada gedən proseslərə heç də fikir vermirlər. Bu zaman bir neçə sual meydana çıxır: "siyasi məhbus" adı verilən bir qrup şəxsin taleyi bir milyondan artıq qaçqın və məcburi köçkünün taleyindən daha önəmlidirmi? Nəyə görə Avropada icazəsiz nümayişlərin dağılması asayişin qorunması kimi qələmə verilir, Azərbaycana gəlincə insan haqlarının pozulması kimi qiymətləndirilir?.
Cinsi azlıqların vəziyyəti bugünkü Avropada insan haqları mövzusunda ən ali amil kimi qəbul edilir. Dəyərlərin tamamilə dəyişməsi, demokratiya anlayışının mənasını itirməsi, ikili standartlar, qərarlarında, düşüncələrində, atdığı addımlarda tam uyğunsuzluq və məntiqsizlik müşahidə olunur. Necə olur ki, Azərbaycanda vəziyyət müzakirəyə çıxarılır, lakin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövzu kənarda qalır?! Azərbaycana dair müzakirə olunan bütün məsələlər bilavasitə Dağlıq Qarabağ münaqişəsi ilə bağlıdır. Torpaqlarımızın işğal altında olduğu hazırkı vəziyyətdə biz əlimizdən gələni edirik ki, təşkilatın tələblərinə cavab verək. Çox təəssüf ki, bizə münasibətdə bunun əksi nümayiş etdirilir. Təcrübə göstərir ki, AŞ PA-nın qəbul etdiyi qərarlar və qətnamələr heç bir gücə malik deyil, heç bir əhəmiyyət daşımır. Biz öz müstəqil siyasətimizi davam etdirərək, milli maraqlarımızı qoruyaraq və heç kimə baxmayaraq irəli getməliyik və gedirik də. İlk növbədə, beynəlxalq səyləri Dağlıq Qarabağ münaqişəsinin həll olunmasına, Ermənistanın beynəlxalq hüquq normalarına hörmətlə yanaşmasına və həqiqətin etiraf edilməsinə çalışmalıyıq. Bu günün gündəmində ədalətin bərpa edilməsi, haqsızlığın aradan qaldırılması olmalıdır. Digər məsələlər isə Azərbaycanın ərazi bütövlüyünün bərpası, bir milyondan çox qaçqın və məcburi köçkünün doğma torpaqlarına qayıtmasından sonra müzakirə oluna bilər.
Avropanın "köhnə demokratiya nağıllarına" gəlincə isə daha bu nağıllara kimsənin inamı qalmayıb. Qərb sadəcə olaraq özünün mənfur maraqlarını bu kimi gəlişigözəl ideyalarla pərdələməyə çalışır ki, bu da artıq çoxdan ifşa olunub.
Orxan
Digər Xəbərlər
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18
2024-11-27 13:51:44
2024-11-27 13:45:22
2024-11-27 13:34:49
2024-11-27 13:22:49
2024-11-27 13:19:08
2024-11-27 11:29:13
2024-11-27 11:24:20
2024-11-27 11:15:59