Azərbaycan ATƏT müşahidəçilərini parlament seçkilərini izləməyə dəvət etdi
09:33 02-07-2015
CƏMİYYƏT
Oqtay Əsədov ATƏT Parlament Assambleyasının prezidentinə məktub göndərib
Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov ATƏT Parlament Assambleyasının (PA) prezidenti İlkka Kanervaya məktub göndərib.
Bu barədə Milli Məclis sədrinin müavini, Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri Bahar Muradova bildirib. O. Əsədovun məktubunda ATƏT PA-nın müşahidə missiyası bu il Azərbaycanda keçiriləcək parlament seçkilərini izləmək üçün dəvət olunur.
B. Muradova qeyd edib ki, ATƏT PA-nın iyulun 5-9-da Helsinkidə keçiriləcək illik sessiyasında bu məsələ açıq elan olunacaq və parlamentarilərdən müşahidəçi olaraq kim iştirak etmək istəyəcəksə, qeydə alınacaq: "Təbii ki, ATƏT PA-nın müşahidə missiyası bizim dəvətimiz əsasında parlament seçkilərində iştirak edəcək".
Digər Xəbərlər
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18
2024-11-27 13:51:44
2024-11-27 13:45:22
2024-11-27 13:34:49
2024-11-27 13:22:49
2024-11-27 13:19:08
2024-11-27 11:29:13
2024-11-27 11:24:20