"Azərsu"dan abonentlərə yenilik
"Azərsu" Açıq Səhmdar Cəmiyyəti istehlakçılara göstərilən müştəri xidmətlərinin asanlaşdırılması və bu sahədə şəffaflığın təmin edilməsi məqsədilə islahatları davam etdirir.
Qurumun mətbuat xidmətindən "Unikal"a verilən xəbərə görə, bu istiqamətdə aparılan işlər çərçivəsində birinci qrup, yəni əhali istehlakçılarının içməli su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması məqsədi ilə texniki şərtlərin alınması üçün elektron formada müraciət etmək imkanı yaradılıb. Adıçəkilən xidməti www.azersu.az və www.e-gov.az saytları üzərindən həyata keçirmək mümkündür. Texniki şərt əldə etmək üçün torpaqayırma və ya mülkiyyət hüququnu təsdiq edən sənədin surətinin elektron formada təqdim olunması kifayət edir. Şəxsiyyət vəsiqəsi barədə məlumatlar "Elektron hökumət" portalı üzərindən alındığından onun surətinə ehtiyac qalmır.
"Azərsu" ASC-nin abonentləri yaxın zamanlarda daha bir elektron xidmətdən istifadə etmək imkanı qazanacaqlar. Belə ki, onlar içməli su və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə borcun olub-olmaması barədə arayışı elektron formada əldə edə biləcəklər. Artıq bu istiqamətdə işlər yekunlaşmaq üzrədir və xidmətin "Elektron hökumət" portalına inteqrasiyası da nəzərdə tutulur.
Hazırda Səhmdar Cəmiyyət tərəfindən "Elektron hökumət" layihəsi çərçivəsində "Borcun onlayn öyrənilməsi","Borcun onlayn ödənilməsi","Abonent məlumatlarının dəyişdirilməsi" elektron xidmətlərinin göstərilməsi təmin edilir.
Digər Xəbərlər
2024-11-25 19:58:17
2024-11-25 19:42:58
2024-11-25 19:32:57
2024-11-25 19:28:12
2024-11-25 19:20:03
2024-11-25 19:03:45
2024-11-25 18:58:59
2024-11-25 18:48:59
2024-11-25 18:20:41
2024-11-25 17:09:33
2024-11-25 16:50:57
2024-11-25 16:33:16
2024-11-25 16:08:31
2024-11-25 16:05:04
2024-11-25 15:35:54
2024-11-25 15:29:58
2024-11-25 14:50:00
2024-11-25 14:48:05