Nazirlikdən ilk yerli sosial şəbəkəyə dəstək
Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Azərbaycanın ilk milli sosial şəbəkəsi olan MyDay.az-a dəstək gəlib.
Sosial şəbəkənin təsisçisi Elvin Abbasovun nazirliyə ünvanladığı milli resursların tanıdılması, təbliğ və təşviqi məqsədiyə əməkdaşlıq istəyinə nazirlikdən rəsmi cavab gəlib.
Məktubda informasiya cəmiyyətinin inkişafı şəraitində milli kontentin genişləndirilməsinə, zənginləşdirilməsinə və inkişafına, əhalinin ondan müasir texnologiyalar vasitəsilə istifadəsinə və bilik səviyyəsinin artırılmasına xidmət edən internet resursların yaradılmasının RYTN tərəfindən müsbət qarşılandığı bildirilir.
Məktubda eyni zamanda, ehtiyac duyulduğu təqdirdə "MyDay.az" saytının təhlükəsizliyinin təşkili, dizayn və proqram kodları ilə bağlı məsələlərlə əlaqədar RYTN-nin müvafiq mərkəzlərinin xidməti təklifi edilir.
Digər Xəbərlər
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18
2024-11-27 13:51:44
2024-11-27 13:45:22
2024-11-27 13:34:49
2024-11-27 13:22:49
2024-11-27 13:19:08
2024-11-27 11:29:13
2024-11-27 11:24:20
2024-11-27 11:15:59