Bahar Muradova: "Dağlıq Qarabağ barədə sussalar, paradoksal olar"
10:42 03-07-2015
CƏMİYYƏT
Bahar Muradova: "Dağlıq Qarabağ barədə sussalar, paradoksal olar"
"Müzakirələr zamanı Dağlıq Qarabağ
münaqişəsinin Ermənistanın işğalçılıq siyasəti
nəticəsində uzandığını xüsusi vurğulayacağıq"
ATƏT Parlament Assambleyasının iyulun 5-9-da Helsinkidə keçiriləcək illik sessiyasının plenar iclasında müzakirəyə çıxarılacaq qətnamə layihəsində "dondurulmuş" münaqişələrin həlli ilə bağlı hissədə Moldova (Dnestryanı), Gürcüstan (Cənubi Osetiya, Abxaziya), Ukrayna ilə yanaşı, Azərbaycan (Dağlıq Qarabağ) məsələsi də əksini tapıb.
"Unikal"ın ATƏT PA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, təşkilatın Siyasi Komitəsində müzakirə olunacaq qətnamə layihəsində isə "Cənubi Qafqazdakı münaqişələr" adlı hissə yer alıb.
Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri Bahar Muradova APA-ya açıqlamasında bildirib ki, müzakirələr zamanı münaqişənin Ermənistanın işğalçılıq siyasəti nəticəsində uzandığını xüsusi olaraq vurğulayacaqlar: "Dağlıq Qarabağ münaqişəsinin sənəddə yer almasına qarşı təkliflərin olması barədə bizdə məlumat var və qətnamə layihələrinin müzakirələri zamanı bu, aydın məlum olacaq. Bizim təklif etdiyimiz bənddə də bu məsələ açıq şəkildə qoyulub. Bilirsiniz ki, indi Avropada aktual mövzu daha çox Ukrayna məsələsidir. Amma paradoksal hal olar ki, bu gün Ukraynadakı vəziyyəti təhlükəli hesab edib, onu müzakirə edələr, amma Dağlıq Qarabağla bağlı susalar".
Digər Xəbərlər
2024-11-27 16:30:20
2024-11-27 16:19:00
2024-11-27 16:03:00
2024-11-27 15:44:30
2024-11-27 15:31:53
2024-11-27 15:29:42
2024-11-27 15:00:00
2024-11-27 14:55:18
2024-11-27 13:51:44
2024-11-27 13:45:22
2024-11-27 13:34:49
2024-11-27 13:22:49
2024-11-27 13:19:08
2024-11-27 11:29:13
2024-11-27 11:24:20