İŞİD Çinə yaxınlaşır?
Bu terror təşkilatı sərhədlərin yenidən cızılması alətidir
"Bölgəmizdəki təşkilatlar "Troya atları" kimidirlər. Həmişə belə olub. Lakin son illərdə böyük metamorfozlar baş verib. Təşkilatlar əvvəlki miqyaslarından xeyli kənara çıxıb. Ağlasığmaz qüvvə əldə edib. Onların fəaliyyəti bögəmizin hüdudlarından kənara çıxan sarsıdıcı dağıntı və nəticələrə aparır". Bunu Türkiyənin hökumətyönlü "Yeni Safak" qəzeti yazıb (məqalə müəllifi: İbrahim Karagül)
Məqalədə daha sonra deyilir: "Bütün bunların arxasında hansısa kəşfiyyat qurumları durur. İdeoloji eyniyyəti hər necə olursa-olsun, heç bir təşkilat təkbaşına döyüşməyə və salamat qalmağa imkan verən gücə malik deyil.
Bu da həmişə belə olub. Fövqəldövlətlər soyuq müharibə dövründə üçüncü təşkilat və solçu azadlıq hərəkatları vasitəsilə bir-biriylə haqq-hesab çəkirdi. Lakin bu təşkilatlar son illərdə təkcə fövqəldövlətlərin mübarizəsində vasitəçi olmağı dayandırıb və ölkələrin, bölgələrin sabitsizləşdirilməsi alətinə çevrilib. Təşkilatlar ölkəni süquta aparmağa başlayıb. Onlar daha sərhəd tanımır, fəaliyyətləri kürəsəl nəticələrə doğru aparır.
İŞİD-i Əfqanıstana kim gətirdi?
Təşkilatların kürəsəlləşməsi bu cür baş verdi. Bunun ilk nümunəsi "Əl-Qaidə"dir. Ben Ladendən sonra onun təsiri zəiflyib, lakin öz siyasi dilini işləyib hazırlamış, strukturlu və yeni nəsillə ilk kürəsəl təşkilat ola bildi.
Hazırda onun yerini İŞİD tutub. O, İraq və Suriyada nəhəng hakimiyyətə malikdir. Görünür, tezliklə İordaniya və Livan boyu öz nüfuzunu möhkəmlədəcək. İŞİD terrorçuları Quzey Afrikada mövqelərini sürətlə bərkidirlər. Tunisə bu yaxınlardakı hücum açıq-aşkar siqnaldır. İŞİD Mərkəzi Afrikaya yayılır və digər təşkilatlarla alyanslar yaradır.
Ən çox heyrətləndirən odur ki, İŞİD Əfqanıstanda Talibanla vuruşur. Məlum olur ki, bu təşkilat hətta hər cür birləşmələrin on illərlə hökm sürdüyü ölkələrdə də möhkəmlənə bilər və bölgənin ən güclü qurumuna meydan oxuyar.
"Əl-Qaidə" və Taliban 2001-ci ildə Əfqanıstanın işğalı üçün bəhanə oldu. ABŞ bu işğala qədər Pakistan və Səuidiyyənin xüsusi xidmətləri vasitəsilə Talibana dəstək verirdi. Lakin sonradan müdaxilə üçün bəhanə qismində taliblərdən istifadə etdi.
Fəqət İŞİD-ə qayıdaq.
"Orta zolaq"da yeni
sərhədlər cızılır?
Baş verənlərin hamısı məndə bu fikri doğurur ki, "orta zolaq" dediyim bölgədə (Atlantikadan Sakit okeana qədər uzanan ərazilər ən önəmli quru və dəniz yollarını əhatə edir, zəngin enerji ehtiyatlarına malikdir) dövlətləri təşkilatlarla əvəzləmək cəhdləri müşahidə olunur.
Bu olduqca həyəcanlı fikirdir. Bu bölgədə təşkilatlar hətta dövlətlərdən güclü olub. Əvvələr biznesi dövlətlər və rejimlər aparırdı, lakin indi onların yerini təşkilatlar tutur. Məsələn, ABŞ və Avropa XX əsrdə hakimiyyətə gətirdikləri rejimlər vasitəsilə Yaxın Şərqə nəzarət edirdi. İndi görürük ki, əvvəllər rejimlərə verilən tenderlər hazırda təşkilatlar arasında bölünür.
Türkiyəni götürək. "Paralel struktur" (Guya türk hökumıətini devirmək üçün ilahiyyatçı Fətulla Gülənin yaratdığı gizli təşkilatı bildirmək üçün Ərdoğanın işlətdiyi termin-red.) burada sistemli şəkildə kadr ələntisi üçün istifadə olunurdu və əvvəldən axıra qədər xüsusi xidmətlərin əməliyyatı idi. İŞİD və başqa təşkilatlar da beləcə bölgənin yeni xəritəsinin cızılması üzrə kəşfiyyatların layihəsidir.
Təşkilat-dövlətlər
dövrü başlanır
Təşklat-dövlətlərin dönəmi çatıb. Həm də hansı ölkə bu dalğaya qarşı dura bilər? Yeni xəritənin yaradılması üzrə İraq və Suriyada İŞİD-n əliylə başlanmış iş Türkiyə sərhədlərinə qədər uzanır. İŞİD təhlükəsindən istifadə edən "Demokratik Birlik" partiyası (PYD) Türkiyəni güneydən mühasirəyə alır. Bu mühasirə onun "ağaları"na bütün Ttürkiyəni mühasirəyə almaq imkanı verə bilər.
Buna diqqət yetirin ki, İŞİD-in hərəkətverici qüvvəsi və PYD-nin əliylə bölgənin yeni xəritəsini formalaşdırmağa başlayan mərkəzlər eyni simalardır.
Bundan başqa, bu iki təşkilat arasındakı münasibətlərə (gah münaqişə, gah da strateji dəstək), həmçinin bu münasibətlərin keyfiyyətini müəyyən edən güclərə və onların Türkiyədəki tərəfdaşlarının eyniyyətinə daha diqqətlə baxın.
Hazırda bölgəmizdə daha dövlətlərin münaqişəsi olmayacaq. Bir-biri ilə təşkilatlar və təşkilatların koalisiyaları vuruşacaq. Onlar hələlik bir-biri ilə haqq-hesab çürüdən dövlətlərin əlində alətdir. Lakin təşkilatlar günlərin birində ölkələrə də zərbə endirmək gücündə olacaq.
Bölgənin yeni böyük xəritəsinin yaradılması üzrə iş gedir. Bu prosesi, həqiqətən də, dərk etdiymizi əminliklə deyə bilmərəm. Ən yaxın illərdə təşkilatların müharibəsi və sərhədlərin yenidən cızılması ilə üzləşəcəyik. Çətin ki biz buna lazımi diqqət yetiririk.
Kimsə İŞİD-i Şərqi Türküstana doğru aparır
Sonuncu misalı gətirim. Çin uzun illər boyunca Şərqi Türküstanda kütləvi qətliamlar törədir və Şərqi Türküstandakı (Sinszyan-Uyğur muxtar bölgəsində-red.) xalqı sıxışdırır. Orada müsəlmanları təmizləmə və sıxışdırma layihəsi fəaliyyətdədir. Türkiyə bu məsələyə görə dərindən narahatdır. Bu mövzu hər Ramazanda ölkəmizdə gündəmə çıxır və cəmiyyət buna lazımi şəkildə rəğbətlə yanaşır.
Bununla belə, Türkiyənin güney sərhədlərində bölgənin yeni xəritəsinin cızılması üzrə tam gücüylə iş getdiyi bir dövrdə Şərqi Türküstandakı hadisələrin təkidlə və mütəşəkkil şəkildə müzakirəyə çıxarılması mənə şübhəli görünür. Məni yanlış başa düşməyin, bu bölgədəki qardaş və bacılarımızın taleyini həmişə diqqətlə izləyəcəyik. Lakin baxın: heç vaxt bu məsələdə marağı olmayan dairələr bu kampaniyaya qoşulub və onun hansısa beynəlxalq təşkilat aparır. Burada isə infiormasiya qaynaqlarının bulanıqlığı və kampaniyanın özü də elə görünür ki, sanki bir resurs tərəfindən idarə olunur. Təbliğat arqumentlərinin əksəriyyəti gerçək hadisələr deyil, uydurmadır... Bütün bunlar məni son dərəcə narahat edir.
Mənim təşvişim Şərqi Türküstandakı bacı və qardaşlarımız barədədir.
Ümid edək ki, bütün bunlar həmin bölgənin qapısını İŞİD-ə açmaq üçün edilmir!
Bəlkə, lap tezliklə İŞİD-in Şərqi Türküstan qanadının necə fəaliyyətə başlamasının şahidi olacağıq?
Ssenari işləyir. Layihənin detalları göz qabağındadır. Orada da cəbhə olacaq. Bizim bütün ölkələrimizdə, bölgələrimizdə, şəhərlərmizdə olduğu kimi. Yeni xəritə yaratmaq - genişmiqyaslı işdir.
Və biz bu barədə söhbəti bir sadə səbəbə görə davam etdiririk: artıq bir dəfə keçdiyimiz müstəqillik uğrunda müharibə.
İraq, Suriya, Quzey Afrika ölkələrinə nəzər salın. Təşkilatın əliylə nələr edildiyinin hamısını görürsünüz. Sabitsizlik, vətəndaş müharibəsi, İslamın imici ilə manipulyasiyaya görə məhz onlar məsuliyyət daşıyır. Haradasa "Əl-Qaidə" ilə Talibanın arasında yerləşən qurum bütün bölgəyə yayılır. Mən onu lap əvvəldən "Yaxın Şərqin Talibanı"na bənzətdim. Ona qədər isə "Əl-Qaidə" var idi".
Murad İbrahimli
Digər Xəbərlər
2024-12-25 09:14:00
2024-12-25 09:09:09
2024-12-25 01:11:53
2024-12-25 00:47:19
2024-12-25 00:21:26
2024-12-24 23:29:58
2024-12-24 23:17:43
2024-12-24 22:49:47
2024-12-24 22:30:26
2024-12-24 22:15:39
2024-12-24 21:59:10
2024-12-24 21:31:18
2024-12-24 21:05:42
2024-12-24 20:16:47
2024-12-24 20:01:02
2024-12-24 19:41:16
2024-12-24 18:28:36
2024-12-24 17:07:07
2024-12-24 16:52:02
2024-12-24 16:15:07