Hesablama Palatası Füzuli Ələkbərovu yoxlamağa başladı
12:47 26-05-2012
İQTİSADİYYAT
Hesablama Palatası Füzuli Ələkbərovu yoxlamağa başladı
Heydər Əsədov Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyini dərindən təftiş etdirir
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi strukturlarında genqi ş miqyaslı yoxlamalar başlayıb. Yoxlamaları Hesablama Palatası aparır. Bu barədə redaksiyamıza məlumatlı mənbələrdən bilgi daxil olub.
Mənbələrin deməsinə görə, Füzuli Ələkbərovun rəhbərlik etdiyi nazirlikdə büdcə vəsaitlərinin səmərəli və şəffaf xərclənməsinə dair uzun müddətdir şübhələr var: "Həmin şübhələrin doğru olub-olmadığını təsbit etmək üçün Hesablama Palatası hərəkətə keçib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin son bir il ərzində çoxsayda vəzifəli əməkdaşının həbsi də həmin şübhələrin qüvvətlilik dərəcəsini artırıb, bu səbəbdən nazirliyin strukturlarında maliyyə təftişi aparmaq qaçılmaza çevrilib".
Mənbələrimiz xatırladır ki, Milli Məclisə hesabat verən, daimi fəaliyyət göstərən dövlət büdcə-maliyyə nəzarəti orqanıdır: "Bu mənada hesab etmək olar ki, Palatanın yoxlamalar aparması bilavasitə büdcədən adıçəkilən nazirliyə ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsini təftiş
etmək məqsədi daşıyır. Amma digər məqsədlər də ola bilər. Söhbət ondan gedir ki, artıq bir neçə aydır ölkə mətbuatında Bakıda keçirilən "Eurovision" musiqi yarışmasından sonra hökumət daxilində ciddi kadr islahatlarına gediləcəyinə dair iddialar yer alır. Elə sizin qəzetdə də bu mövzuda bir neçə dəfə yazılıb. İqtidarın bir sıra iri məmurlarla vidalaşaraq cəmiyyətdə hökumətə qarşı narazılıqları önləməyi planlaşdırdığı məlumdur. Eyni zamanda bir çox iri məmurlardan qurtulmaqla hökumət həm daxildə, həm də xaricdə reformlara meylliliyini əyani nümayiş etdirmək, yerli və beynəlxalq ictimaiyyət yanında əlini gücləndirmək istəyir. "Vurulacaq" məmurların başında isə məhz əmək və əhalinin sosial Müdafiəsi naziri gəlir. Onsuz da Füzuli Ələkbərovun son bir ildə xeyli sayda vəzifəli işçisinin korrupsiya və rüşvət ittihamları ilə həbsi onun iqtidar dəhlizlərindəki mövqeyini zəiflədib. Hesablama Palatasının apardığı yoxlamaların sonucunda ortaya çıxacaq neqativliklər isə əmək və əhalinin sosial müdafiəsi nazirinin görəvdən uzaqlaşdırılması üçün əsasları daha da dərinləşdirəcək".
Mənbələrimizin iddiasına görə, ilk baxışda Heydər Əsədovun rəhbərlik etdiyi Hesablama Palatasının hansısa dövlət qurumunda təftiş aparması təəccüb doğurmur: "Yəni bu cür yoxlamalar Hesablama Palatasının işinin özəyini təşkil etdiyi üçün bəlkə də Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyindəki yoxlamaları da təəccüblə qarşılamamaq lazımdır. Kimsə deyə bilər ki, adıçəkilən qurum başqa nazirliklərdə də maliyyə təftişi aparmırmı, bunda maraqlı nə var? Amma məsələ burasındadır ki, Füzuli Ələkbərovun nazirliyi ilə bağlı vəziyyət fərqlidir. Əvvəla Hesablama Palatası hər hansı nazirliyin strukturlarında bu cür geniş təftişləri adətən ilin son aylarında aparır. İkincisi, bir qayda olaraq yoxlamaların miqyası da bu qədər geniş çaplı olmur. Üçüncüsü, hər hansı nazirin iqtidar daxilindəki dayaqları əhəmiyyətli şəkildə sarsılmış olduqda və həmin nazirin "vurulması" an məsələsinə çevrildikdə Hesablama Palatasının yoxlamalarının nəticələrinin əhəmiyyəti birə-beş artır. Çünki nəticələr neqativ olduqda bu, həmin nazir barədə yekun qərar verilməsinə gətirib çıxarır".
Mənbəmiz bildirir ki, Füzuli Ələkbərovun nazirliyindəki həbslər və nazirliklə bağlı dövri mətbuatda ardı-arası kəsilməyən korrupsiya ittihamlarının yer alması belə deməyə əsas verir ki, əslində Heydər Əsədovun müfəttişləri yoxlamalar zamanı ciddi problemlərlə üzləşməyəcəklər. Onlar üçün əmək və əhalinin sosial müdafiəsi nazirinin vəzifəsindən kənarlaşdırılmasına yekun əsas yaradacaq neqativlikləri aşkarlamaq çətin olmayacaq.
Çətin olan Füzuli Ələkbərovun başı üzərini almış "qara buludları" necə qovacağıdır.
Emin
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00