Qloballaşmanın getdiyi bir zamanda yad prinsiplərə inamdan imtina etməli, mövcud dövlətçilik ənənələrimizi qorumalı və milli ənənələrə söykənəcək vətəndaş cəmiyyətini formalaşdırmalıyıq
Bu gün dünyada vətəndaş cəmiyyətlərinin yaranması və formalaşması kifayət qədər müzakirə olunan məsələyə çevrilib. Çünki ideoloqların böyük əksəriyyəti hesab edir ki, əslində vətəndaş cəmiyyəti anlayışı Şərq fəlsəfəsindən qaynaqların və doğru yol budur ki, Şərq baxışları yenə əsas götürülsün.
İddia olunur ki, Şərq və Qərb sivilizasiyaları nə qədər doğmalaşmağa çalışsalar da, ortada ciddi çatlar var və buna görə Şərq məkanında Qərb baxışları reallaşa bilməz. Amma bəzi ekspertlər hesab edir ki, Qərbdə vətəndaş cəmiyyətləri demokratiya, söz azadlığı üzərində formalaşdığından daha doğru xətdir və bu dünyanın yaşam tərzinə çevrilməlidir. Buna misal olaraq Avropa Birliyi göstərilir. Gəlin, öncəliklə Avropa birliyinin ən azından nizamnamədə göstərilən prinsiplərinə baxaqaq. İnsan haqları, demokratiya və qanunun aliliyi Avropa İttifaqının təməl dəyərləridir.
Ümumdünya İnsan Haqları Bəyannaməsində tələb olunduğu kimi və 1993-cü il Dünya Konfransında İnsan Haqlarında təsdiq olunduğu kimi Aİ, bütün insan haqlarına – istər mülki, istərsə də, siyasi, iqtisadi, ictimai, yaxud mədəni – hər yerdə hörmət edilməsini təmin etməyi qarşısına məqsəd qoymuşdur. O, həmçinin qadın və uşaqların, azlıqlara mənsub şəxslərin, habelə məcburi köçkünlərin hüquqlarını təşviq edir.
Aİ üçün hüquqi və təşkilati bazanı müəyyən edən Lissabon Sazişində İttifaqın aşağıdakı prinsiplər əsasında idarə edilməsi aydın şəkildə ifadə edilmişdir: demokratiya, qanunun aliliyi, insan haqlarının və əsas azadlıqların ümumiliyi və ayrılmazlığı, insan ləyaqətinə, bərabərlik və həmrəylik prinsiplərinə hörmət, Birləşmiş Millətlər Təşkilatı Xartiyasının və beynəlxalq hüququn prinsiplərinə hörmət. Bu prinsiplər, Aİ-nın bütün bu hüquqları bir mətndə ehtiva edən Əsas Hüquqlar Xartiyası ilə möhkəmləndirilmişdir.
Ümumilikdə, Aİ-da insan haqları ilə bağlı yaxşı göstəricilər qeydə alınsa da, bu, arxayınlıq üçün əsas deyil. İttifaq irqçilik, ksenofobiya, habelə din, cins, yaş, əlillik və cinsi təmayül kimi digər diskriminasiya növləri ilə mübarizə aparır. Aİ-nı xüsusilə narahat edən sığınacaq və miqrasiya ilə bağlı insan haqlarıdır.
İttifaq insan haqlarına və demokratiyaya dəstəyi özünün xarici əlaqələr siyasətinin mərkəzi məsələsinə çevirmişdir. Bununla əlaqədar olaraq geniş miqyaslı proqramlar və fəaliyyətlər həyata keçirilir, o cümlədən:
- 30 və ya daha çox ölkə ilə insan haqları sahəsində dialoqlar
- Aİ-nın prioritetlərini nümayiş etdirən insan haqlarına dair səkkiz əsas istiqamət
- İctimaiyyətə mütəmadi açıqlamalar
- Səyyar şəraitdə Tapşırıq və əməliyyatlar
- İnkişaf siyasəti və yardım
- Çoxtərəfli forumlarda, xüsusilə də BMT-də iştirak.
İnsan haqları və demokratiyaya dəstək, hazırda siyasi kursu müəyyən edən prosesləri və bu kursun həyata keçirilməsi zamanını daima nəzərə alır. Məsələn, bütün ticarət və əməkdaşlıq sazişlərində tərəflər arasında münasibətlərdə insan haqlarının vacib element olmasını şərt qoyan bənd mövcuddur. Aydındır ki, bunlar nəzəri əsaslardır. Bəs reallıqda necə?
Ekspertlər hesab edir ki, istər ABŞ, istərsə də Avropa demokratiyası, vətəndaş cəmiyyətləri müharibələr, insan soyqırımlar üzərində qurulub və bu səbəbdən hazırda kosmetik şəkildə göstərilən vətəndaş cəmiyyətləri əslində görüntüdür. Məsələn, gəlin ABŞ-da vətəndaş cəmiyyətinin yaranması məqamlarına baxaq. ABŞ-da vətəndaş cəmiyyətinin vətəndaş müharibəsindən sonra yarandığı deyilir. Amerikada vətəndaş müharibəsinin isə səbəbi etnik milliyyətçilikdirmi, yoxsa quldarlıq qanunun ləğvinə görə ABŞ vətəndaşlarının(amerikalıların) fərqli düşüncəsimi? 500 mindən çox insanın öldüyü vətəndaş müharibəsi "Amerikan milliyyətçiliyinin" dövlətçiliyə yeni yön vermə və milli birliyin bərpası üçün aparılmış mübarizə idi. Amerikalı tədqiqatçı və professor B. Anderson Amerikadakı vətəndaş müharibəsi üçün bunları yazır: "Amerikadakı vətəndaş müharibəsi heç şübhəsiz milli birlik üçün aparılan mübarizə olub, amma o gendən bu yana müharibədə iştirak etmiş iki tərəfin də itkilərinin yaxınları üçün (hətta ataları Amerikaya sonradan gəlmiş, ya uzaqlarda qalmış olanlar üçün belə) ortaq Amerika tarixi yaratma səyinə simvolik olaraq böyük kömək etmişdir. Bu savaşa dair hekayələrdə qardaşın qardaşı öldürməsi mövzusuna daha çox yer verilməsinin səbəbi budur.Qardaş davası deyilərək əslində hər iki tərəfin də böyük bir ailənin mənsubu olduğu düşüncəsi işlənilir".
Başqa bir prizmadan baxaraq və özümüzə sual verək, bu müharibədə quldarlıq əleyhinə olan Şimal yox, Cənub zəfər qazansaydı, nəticəsi nə olardı? Bugünkü güclü Amerikanı görə bilərdikmi? Vətəndaş müharibəsinin sonlanması ilə Ameirkada yeni bir mübarizəyə start verilir. Bu dəfə "amerikalı" olan, amma hələ ki ameirkan vətəndaşı ola bilməyən qaradərililər ABŞ-dakı irqi ayrı-seçkiliyə son verib vətəndaşlıq haqqlarını qazanmaları üçün 100 illik mübarizəyə qalxır. ABŞ-da olan irqçiliyik üçün milliyyətçiliyi günahlandırmağı tələsməyin, əksinə, qaradərililərin ABŞ vətəndaşı olması üçün mübarizəsi məhz "Amerikan milliyyətçiliyinin" güclənməsinə təsir göstərəckdi. "Amerikan milliyyətçiliyi" haqda danışarkən tək bir millət və ya etnosdan söz etmirik, burdakı əsas məsələ ABŞ-da yaşayan alman, çinli, türk, irlandiyalı, yapon və s. etnik kimliyindən asılı olmayaraq onları birləşdirən "amerikalı" kimliyi və dövlətləri olan ABŞ-la olan dövlətçiliyiə sədaqəti özündə birləşdirən "vətəndaşlıq məsuliyətidir". Götürək Fransa inqlabını. Fransız inqilabı və bu inqilabın nəticəsi olan "İnsan və vətəndaş haqqları bəyyanaməsi" Fransa sərhədləri daxilində yaşayan hər kəsi eyni hüququlu edirdi, amma etnik kimliyindən asılı olmayaraq eyni zamanda, hər kəsi "fransız" edirdi.
XIX əsrdə dünyayı lərzəyə salan inqilab monarxiyadan respublikaya keçidlə "fransız olmağın" vacibliyini diktə edirdi. Lakin fransız milliyyətçiliyi "etnik milliyyətçilik" sinifinə daxil deyil. Kedurinin diliylə desək, "Fransızların vətəndaşlığa aid fikirləri etnik olmaqdan çox əsasən siyasi məna daşıyırdı". C. Calhounla davam edək " Fransa müasir milli dövləti yaratmaqda "müvəffəqiyyət əsərini" yazmış olaraq qəbul edilir. Ölkə daxilində monarxiyanın nişanəsi olan feodal dərəbəyləri zamanla mərkəzləmiş iqtidarın içində əridi." Fransada "vahid millət" eyni zamanda, etnik kimliyindən asılı olmayaraq "vətəndaş"ın yaranması inqilabla başlasa da, Napelonla birlikdə "imperial milliyyətçiliyə" çevrildi. Respublikanın "vətəndaş milliyyətçiliyi" yeni liderlə "dünya hakimi millət" anlayışına çevrildi. "Liberal dəyərləri" özündə əks etdirdiyi deyilən fransız inqilabının nəticə olan respublikanın qısa müddət sonra imperiyaya çevrilməsi əslində "daxiliyi bilriyin möhkəmlənməsi" üçün atılan addımdan başqa bir şey deyildi.
İndi isə gəlin, mövcud duruma baxaq. Hazırda Fransa da ən aparıcı siyasi güc ultra radikallardır və bütün seçkilərdə radikallar ikinci yeri əldə edə bilirlər. Və yaxud faşizmdən imtina edən Almaniyanın özün də bu günlərdə Azərbaycandan olan qaçqınların yaşadığı düşərgəyə od vuruldu. Başqa tərəfdən, bir müddət öncə ABŞ-da bütün ştatlarda qanlı toqquşmalar baş verdi. Əsəbəb isə polislərin qaradərililərə qarşı sərt davranışı və günahı olmayan bir qaradərilini öldürmələri idi. Bu isə sübut edir ki, istər ABŞ , İsətrəsə də Fransa başda olamaqla Avropa ölkələri heç də şovinizmdən, irqçilikdən xilas olaraq vətəndaş cəmiyyəti yarada bilməyiblər. Zaman keçdikcə bu proseslər çılpaqlığı ilə ortaya çıxır və məlum olur ki, hər şey keçmişə qayıdır. Belə olan halda, Azərbaycan və digər ölkələr hansı səbəbdən bu qütblərin yanlışlığını davam etdirməli və özünü doğrultmayan nümunələri qəbul etməliyik? Bunun əksinə, bu gün Azərbaycanda azərbaycançılıq ideologiyası mövcuddur və hər gün insanlar bu ideologiyanın doğruluğuna daha çox inanırlar. Bu isə o deməkdir ki, əslində azərbaycançılıq ideologiyası vətəndaş cəmiyyətinin ideologiyasıdır. Buna görə də qloballaşmanın getdiyi bir zamanda yad prinsiplərə inamdan imtina etməli və mövcud dövlətçilik ənənələrimizi qorumalı və milli ənənələrə söykənəcək vətəndaş cəmiyyətini formalaşdırmalıyıq. Hazırda Azərbaycan hakimiyyətinin təqdim etdiyi yol da məhz, bu yoldur.
Digər Xəbərlər
2024-12-23 19:12:14
2024-12-23 14:32:52
2024-12-23 14:06:54
2024-12-23 13:03:24
2024-12-23 12:21:16
2024-12-23 10:50:00
2024-12-23 10:35:49
2024-12-23 10:28:20
2024-12-23 09:21:33
2024-12-22 21:19:21
2024-12-22 21:09:13
2024-12-22 20:39:22
2024-12-22 20:25:43
2024-12-22 19:22:20
2024-12-21 17:27:25
2024-12-21 16:52:00
2024-12-21 13:50:00
2024-12-21 13:01:01