İsrail niyə HƏMAS-la danışıqlar aparmalıdır?
10:52 01-09-2015
DÜNYA
Təl-Əviv yumurtanı qırmadan qayğanaq bişirmək istəyir
"Sondan başlayaq. Pərdəarxasına boylanaq. Sonra isə fəaliyyətdə olan şəxslərdən danışarıq. Deməli, Qəzada HƏMAS-la uznmüddətli atəşkəs sazişi bağlamaq məqsədilə təmaslar gerçəkləşdirilir. Danışıqların məğzi aydındır və nəticələrdən hamı, o cümlədən israillilər məmnun qala bilər: beş və yaxud on il ərzində sərhədin hər iki tərəfində sakitlik, bölgədən blokadanın götürülməsi, Qəzanın bərpası üzrə beynəlxalq səylər və bölgədə dəniz limanının inşası". Bunu İsrailin "NRG" nəşrindəki məqalədə yerli analitik Şalom Yeruşalmi yazıb.
Məqalədə daha sonra deyilir: "Müqavilə İsraili HƏMAS-ı tanımağa, hansısa ərazidən əl çəkməyə və yaxud yəhudi qəsəbələrindən imtina etməyə məcbur etmir. Nəyi pisdir? Niyə sabah bu cür müqavilə bağlanmasın?
Və dövlətdə, siyasətdə hərc-mərclik buradan başlanır. Oyunçuların əksərriyyəti həmişəki kimi öz maraqlarına ziyan vuraraq HƏMAS-la müqavilə bağlamağın əleyhinə çıxış edirlər.
Bir sıra ekspertlərin fikrncə, Səudiyyə Ərəbistanı və Qətər İranın bölgədə nüfuzunu zəiflətməkdən ötrü hərbi-siyasi sünni oxu yaratqmaqda maraqlıdır. Onlar Türkiyə və HƏMAS-ı bu oxun işturakçısı kimi görür. Türkiyə istəyir ki, müqavilə Qəzada bağlansın. Türk hökumətinin təmsilçiləri müqavilənin imzalnması yolunda artıq ciddi irəliləyişdən xəbər verirlər. İsrail Tükiyə ilə pozulmuş münasibətlərin bərpasını istəyirsə, bu məsələdə fəaliyyətini Ankara ilə əlaqələndirməlidir. Lakin bu, baş vermir.
Sünni oxunun üzvü olan Misir də HƏMAS-a və onun müttəfiqi "Müsəlman qardaşlar"a nifrət edir. Digər tərəfdən, general əs-Sisi Ər-Riyadın təşəbbüsünə qarşı çıxış edə bilmir. Çünki Misir iqtisadiyyatı Ər-Riyadın sayəsində ayaqüstə durur.
Üçüncüsü, Qahirə Sinay yarımadasında "Əl-Qaidə" qruplaşmasına qarşı duran "HƏMAS üzərində nəzarəti tamamilə itirmək istəmir. Məhz buna görə HƏMAS nümayəndələrinə Qahirəyə gəlib danışıqlara qatılmaq icazəsi verilmişdi. Kip bağlanmış Qəza bölgəsindən böyük dünyaya yeganə çıxış olan Rafiahdakı nəzarət-buraxılış məntəqəsi məhz buna görə açılmışdı.
İsrail həmçinin Misirlə münasibətlərdə kövrək balansı qoruyub saxlamalıdır. Biz ölkənin güneyində barışıq və dinclikdə maraqlıyıq, lakin HƏMAS-la təması istəmirik. İsrail sağları və solları öz imtinalarını müxtəlif, bəzən isə tamamilə zidd səbəblərlə əsaslanıdrsalar da, bu məsələdə birfikirlidirlər. Sağlar HƏMAS-a legitimləşmək imkanı verməməkdən ötrü onunla danışıqlar aparmaq istəmirlər. Sollar isə öz sevimliləri Mahmud Abbasa ziyan vurmamaqdan ötrü HƏMAS-la təmasa girmək istəmirlər. İsrailin sol düşərgədən bəzi siyasətçiləri hesab edirlər ki, HƏMAS Qəzada iqtisadi bərpaya başçılıq etsə, bu o deməkdir ki, Əbu Mazən baş verənlərə hansısa təsirdən məhrum olacaq, həm də Fələstin dövləti yaradılmayacaq. İsrail yumurtanı qırmadan qayğanaq bişirmək istəyir. Qəza bölgəsində sakitlik əldə etmək, lakin həm də HƏMAS-la danışıqlara getməmək. Bu necə uzalaşa bilər, qətiyyən aydın deyil. Sadəcə, mümkün deyil. Və buna görə də HƏMAS-la pərdəarxası danışıqlar aparırırq. Eynilə "Sarsılmaz qaya" əməliyyatının gedişatında Gilad Şalitin azad edilməsi üzrə bu qruplaşma ilə apardığmız danışıqlar kimi. FAT-la da (Fələstin Azadlıq Təşkilatı-red) münasibətlər eynilə bu cür inkişaf etdi. Mən otuz il əvvəl 1986-cı ildə jurnalist kimi İsrailin Budapeştdə Mahmud Abbasla görüşən solçu radikal nümayəndələrini müşayiət edirdim. İsrail qanunu terrorçu qruplar sırasında adı çəkilən FAT-la istənilən təması qadağan edirdi. İsrail heyətinin iştirakçıları ölkəyə dönəndə polis onları birbaşa aeroportda həbs etdi. Əbu Mazən bu gün Fələstin administrasiyasının başçısıdır. Onun iqamətgahı üzərində bayraq yellənir. Bu bayraqdan istifadə keçmişdə həbsə səbəb ola bilərdi.
Mən HƏMAS-a ikrahla yanaşıram. Həm də təkcə mən yox. Söhbət İsrail dövlətini məhv etməyə can atan küt dini fanatlardan gedir. Onlar öz xalqlarını müdafiə etməyə və Qəza bölgəsini bərpa etməyə çox da cəhd etmirlər. HƏMAS-ın başçıları ancaq bircə şey istəyirlər - öz gönlərini xilas etmək və bölgədə hakimiyyətlərini qoruyub saxlamaq. Həm də İsrail uzun müddət ərzində bu amildən öz maraqları üçün istifadə edə bilər. Ərəfatla Mahmud Abbas danışqlarda İsrailin tərəfdaşı ola bilirdisə, onda HƏMAS da bu cür tərəfdaş ola bilər".
Murad İbrahimli
Digər Xəbərlər
2024-11-23 01:06:45
2024-11-23 00:40:00
2024-11-23 00:30:15
2024-11-23 00:27:51
2024-11-23 00:15:32
2024-11-22 23:59:38
2024-11-22 23:45:14
2024-11-22 23:30:24
2024-11-22 23:00:35
2024-11-22 22:42:45
2024-11-22 22:32:33
2024-11-22 22:15:55
2024-11-22 21:43:22
2024-11-22 20:56:07
2024-11-22 20:26:34
2024-11-22 20:06:36
2024-11-22 19:59:51
2024-11-22 19:50:41
2024-11-22 19:29:32
2024-11-22 18:59:58