3-cü sektor nümayəndələri yerli və mərkəzi icra orqanlarında
11:02 24-09-2015
KRİMİNAL
Və yaxud QHT-lərin ictimai şuralarda təmsilçiliyi dövlət qurumlarına ictimai nəzarəti hansı formada yarada biləcək?
QHT-lərin vətəndaş cəmiyyətinin inkişafında rolu danılmazdır. Vətəndaş cəmiyyəti institutları olmadan vətəndaş cəmiyyətini formalaşdırmaq çətindir. Ötən il qəbul edilən daha bir qanun isə QHT-lərin vətəndaş cəmiyyətinin problemlərinə daha yaxın olmasına, bu problemlərin aidiyyatı qurumlarda qaldırılması, öz həllini tapmasına kömək edəcək.
Bu, "İctimai iştirakçılıq haqqında" qanunudur ki, hansı ki, bu qanunla QHT sektoru təmsilçiləri çox rahat şəkildə ictimai şuralarda təmsil olunmaqla aidiyyatı qurumlar qarşısında təkliflə çıxış etmək səlahiyyətinə sahib ola bilərlər. Hazırda bütün yerli və mərkəzi icra hakimiyyəti orqanlarında olmasa da, əksər qurumlarda ictimai şuralar yaranıb. Və əksəriyyətində təmsil olunanlar 3-cü sektorun nümayəndələridir. 3-cü sektor təmsilçisi Azər Allahverənov bu qanunun vətəndaş cəmiyyətinin inkişafı baxımından eləcə də yerli və mərkəzi icra orqanlarında QHT-lərin ictimai nəzarəti təmin edəcəyini söyləyir. A. Allahverənov deyir ki, qanun ölkə vətəndaşlarının dövlət idarəetməsinin həyata keçirilməsinə cəlb edilməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyir. Və bu qanunun müddəaları vətəndaş cəmiyyəti institutlarının və ayrı-ayrı vətəndaşların ictimai iştirakçılığın həyata keçirilməsi ilə bağlı bu nəzərdə tutulmamış digər hüquqlarını məhdudlaşdırmır: " Qanunun 3-cü maddəsində göstərilir ki, ictimai iştirakçılığın məqsədləri vətəndaşların dövlətin idarə olunmasında iştiraka cəlb edilməsi, mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi, mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları ilə ictimaiyyət arasında səmərəli qarşılıqlı fəaliyyətin təşkili, mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının fəaliyyətində aşkarlığın və şəffaflığın təmin olunması və dövlət siyasətinin formalaşması, həyata keçirilməsi və qərarların qəbulu zamanı ictimai rəyin və vətəndaşların qanuni maraqlarının nəzərə alınması, eləcə də əsas insan və vətəndaş hüquqlarının müdafiəsini özündə etiva edir. Qanunun 5-ci maddəsində də ictima iştirakçılığın prinsiplərinin qanunçuluq, könüllülük, şəffaflıq, plüralizm, bərabərlik və ayrı-seçkiliyə yol verilməməsi olduğu göstərilir. İctimai iştirakçılığın formaları ictimai şura, ictimai müzakirə, ictimai dinləmə, ictimai rəyin öyrənilməsi, hüquqi aktların layihələrinin ictimai müzakirəsi, yazılı məsləhətləşmədir".
Bəs görəsən ictimai şuralar yerli və mərkəzi icra orqanlarında necə yaradılır, onların səlahiyyətinə nələr aiddir?
A. Allahverənovun sözlərinə görə, ictimai şura 5-15 üzvdən ibarət tərkibdə bu qanunla müəyyən edilmiş tələblər nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi əsasnaməyə uyğun olaraq vətəndaş cəmiyyəti institutları tərəfindən seçilir: "Azərbaycan Respublikasının 16 yaşına çatmış hər bir vətəndaşı ictimai şuranın üzvü ola bilər. İctimai şuranın səlahiyyət müddəti iki ildir. Mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanı öz internet səhifəsi və mövcud olan digər vasitələrlə ictimai şuraya namizədlərin irəli sürülməsi, onların qeydiyyatının başlanması və başa çatması vaxtını elan edir. Namizədlərin irəli sürülməsi və qeydiyyatı üçün nəzərdə tutulan müddət iyirmi iş günündən az ola bilməz. Hər bir vətəndaş cəmiyyəti institutu ictimai şuranın üzvlüyünə yalnız bir namizəd irəli sürə bilər. Namizədlərin irəli sürülməsi başa çatdıqdan sonra bir ay müddətində ictimai şuraya seçkilər keçirilir. Namizəd irəli sürməyən vətəndaş cəmiyyəti institutları da ictimai şuranın üzvlərinin seçilməsində iştirak edə bilərlər. İctimai şuranın üzvləri irəli sürülmüş namizədlər içərisindən vətəndaş cəmiyyəti institutlarının yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarına münasibətdə isə müvafiq ərazidə fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutlarının bərabər sayda təmsilçilərindən ibarət birgə yığıncaqda gizli səsvermə yolu ilə seçilir. İctimai şuradakı fəaliyyətinə görə üzvlərə əmək haqqı, qonorar, kompensasiya və başqa ödənişlər verilmir.
İctimai şuranın fəaliyyətinin texniki və informasiya təminatı ilə bağlı məsələlər müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanı və yerli özünüidarəetmə orqanı tərəfindən həll edilir. Mərkəzi və yerli icra hakimiyyəti orqanı və yerli özünüidarəetmə orqanı tərəfindən ictimai şuranın sərbəst fəaliyyəti üçün şərait yaradılır".
Amma bununla belə A. Allahverənov deyir ki, ictimai şuranın bir sıra hüquq və vəzifələri var. Bunlara mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarından öz fəaliyyəti üçün zəruri olan məlumatları, ictimaiyyətlə məsləhətləşmələr tələb edən məsələlər üzrə hüquqi aktların layihələrini almaq, ictimaiyyətlə məsləhətləşmələrin keçirilməsi barədə mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanına təkliflər vermək, müvafiq ərazidə və sahədə dövlət siyasətinin formalaşması və həyata keçirilməsi barədə təkliflərlə çıxış etmək daxildir. Eləcə də, müvafiq sahədə dövlət siyasətinin hazırlanması və həyata keçirilməsi barədə hüquqi aktların layihələrinin hazırlanması ilə bağlı təkliflər vermək, ictimai əhəmiyyət kəsb edən məsələlərin həllinə dair vətəndaş cəmiyyəti institutlarının təkliflərini toplamaq, ümumiləşdirmək və mərkəzi və yerli icra hakimiyyəti, yerli özünüidarəetmə orqanına təqdim etmək, dövlət və cəmiyyət həyatının ayrı-ayrı məsələlərinin müzakirəsi üçün açıq tədbirlər təşkil etmək də ictimai şuraların səlahiyyətlərinə aiddir. İctimai şuralar ictimai rəyin öyrənilməsi üçün sorğular keçirmək və ya müvafiq təşkilatlara sorğu keçirilməsi barədə təkliflər vermək, hüquqi aktların layihələrinin ictimai müzakirəsini keçirmək, şuranın işinə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, yerli özünüidarəetmə orqanlarının nümayəndələrini, vətəndaş cəmiyyəti institutlarını, ekspertləri və elmi təşkilatların, o cümlədən beynəlxalq təşkilatların nümayəndələrini, ayrı-ayrı mütəxəssisləri cəlb etmək, öz məqsədlərini həyata keçirmək üçün daimi və müvəqqəti işçi orqanlar yaratmaq səlahiyyətlərinə malikdir. Həmsöhbətim deyir ki, ictimai şuranın iclasları ildə dörd dəfədən az olmayaraq keçirilir. Növbədənkənar iclaslar ictimai şura sədrinin təşəbbüsü və ya üzvlərinin üçdəbir hissəsinin təşəbbüsü ilə çağırılır. İctimai şuranın iclasları açıq keçirilir. İctimai şuranın iclasının gündəliyinin layihəsi ictimai şura sədrinin və üzvlərinin təklifləri əsasında formalaşır və iclasda təsdiq olunur. Mərkəzi və yerli icra hakimiyyəti orqanı və yerli özünüidarəetmə orqanı ictimai şuranın müzakirəsinə məsələlər təklif edə bilər. İctimai şura üzvlərinin yarısından çoxu iştirak etdikdə iclaslar səlahiyyətlidir. İctimai şuranın iclaslarını onun sədri aparır. Sədr olmadıqda isə iclasa sədrlik onun müavini tərəfindən həyata keçirilir. İctimai şuranın aktları iclasda iştirak edənlərin sadə səs çoxluğu ilə qəbul edilir və sədrlik edən tərəfindən imzalanır. Səslər bərabər olarsa sədrin səsi həlledici olur. Mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanının nümayəndələri ictimai şuranın iclaslarında iştirak edə bilərlər. A. Allahverənovun sözlərinə görə, dövlət və yerli özünüidarəetmə orqanları, vətəndaş cəmiyyəti institutları, ictimai şuralar və ayrı-ayrı vətəndaşlar ictimai dinləmə və ictimai müzakirənin təşəbbüsçüsü ola bilərlər: "İctimai dinləmənin və ictimai müzakirənin təşkilinə və keçirilməsinə dair əsas tələblər də var. İctimai dinləmənin və ictimai müzakirənin təşkili və keçirilməsi zamanı ictimai dinləmənin və ictimai müzakirənin məqsədinin və mövzusunun dəqiq müəyyən edilməsi, dinləmənin və müzakirənin mövzusu barədə maraqlı tərəflərin məlumatlandırılması, dinləmələrə və müzakirələrə ekspertlərin və mütəxəssislərin cəlb edilməsi, problemin müstəqil və geniş təhlilinin aparılması, tələb olunduğu hallarda alternativ layihələrin və təkliflərin müzakirəyə çıxarılması, dinləmənin və müzakirənin mövzusuna aidiyyəti dövlət və yerli özünüidarəetmə orqanlarının səlahiyyətli nümayəndələrinin iştirakının təmin edilməsi, dinləmənin və müzakirənin nəticələri haqqında maraqlı tərəflərin məlumatlandırılması nəzərə alınmalıdır".
Digər Xəbərlər
2024-12-24 16:40:53
2024-12-24 16:28:43
2024-12-24 15:49:55
2024-12-24 12:37:49
2024-12-24 12:35:00
2024-12-24 12:04:26
2024-12-24 10:42:52
2024-12-24 10:35:08
2024-12-24 10:23:03
2024-12-24 10:16:42
2024-12-24 10:06:58
2024-12-24 09:50:20
2024-12-24 09:05:55
2024-12-24 09:01:18
2024-12-23 19:12:14
2024-12-23 14:32:52
2024-12-23 14:06:54
2024-12-23 13:03:24
2024-12-23 12:21:16